Rusiyalı biznesmenlər Dubaydan çıxır
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Dubayda fəaliyyət göstərən Rusiya şirkətləri ciddi iqtisadi çətinliklərlə üzləşib. 2022-ci ildən etibarən rusiyalı sahibkarlara məxsus bizneslərin təxminən 21 faizi Birləşmiş Ərəb Əmirliklərinin bu şəhərini tərk edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
BƏƏ-də fəaliyyət göstərən Wesupport agentliyinin təsisçisi Sabina Həsənovanın sözlərinə görə, Rusiya şirkətlərinin Dubaydan getməsinin əsas səbəbləri yüksək xərclər, müştəri cəlb etməkdə çətinliklər, yerli və beynəlxalq şirkətlərlə rəqabət, eləcə də investisiya mühitinin pisləşməsidir.
Bundan əlavə, Yaxın Şərqdə münaqişənin kəskinləşməsi və turist axınının azalması da bizneslərin gəlirlərinə mənfi təsir göstərib. Məlumata görə, 2022-ci ildə müxtəlif hesablamalara əsasən, yarım milyona qədər rusiyalı Dubaya köçüb. Şəhər sahibkarları aşağı vergi yükü, rezident vizasının nisbətən asan əldə edilməsi və alıcılıq qabiliyyəti yüksək olan müştəri bazası ilə cəlb edib.
Lakin sonradan bir çox şirkət yerli bazarda möhkəmlənə bilməyib. Bəzi bizneslər yanlış seçilmiş biznes modeli, digərləri isə güclü rəqabət səbəbindən fəaliyyətini dayandırıb.
Konsaltinq şirkəti “Nikoliers”in hesablamalarına görə, təkcə 2026-cı ilin üçüncü rübündə Dubayda fəaliyyət göstərən 107 Rusiya geyim və restoran brendindən 30-u bağlanıb.
Ekspertlər hesab edirlər ki, Rusiya şirkətlərinin Dubay bazarından çıxması müəyyən mənada təbii bazar seçimi prosesidir. İlkin mərhələdə böyük perspektivlər vəd edən, lakin gəlirli biznes modelinə malik olmayan layihələr fəaliyyətini davam etdirə bilməyib.
Bununla belə, Dubayın xarici sahibkarlar üçün cəlbediciliyini tamamilə itirdiyini söyləmək tezdir. Güclü maliyyə imkanlarına, dayanıqlı biznes modelinə və yerli bazara uyğunlaşma qabiliyyətinə malik şirkətlərin fəaliyyətini genişləndirmək imkanları qalır.
Vilayət Muxtar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 23 Noyabr 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















