Putinin obrazını Hollivud ulduzu canlandıracaq
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Olivye Assayasın Culiano da Empolinin eyniadlı bestseller əsəri əsasında çəkdiyi "Kreml sehrbazı" siyasi trillerində Cud Lou Rusiya Prezidenti Vladimir Putinin rolunu ifa edəcək.
Bakıvaxtı.az xəbər verir ki, romanın hadisələri 1990-cı illərin əvvəllərində Rusiyada cərəyan edir. Süjetin mərkəzində gənc televiziya prodüseri Vadim Baranov durur ki, o, gözlənilmədən Federal Təhlükəsizlik Xidmətinin agenti Putinin siyasi texnoloqu olur.
Baranovun obrazı əsasən Vladislav Surkovdan ilhamlanıb. Kitabda, həmçinin Putinin ətrafından olan Yevgeni Priqojin kimi real şəxsiyyətlər də yer alırlar.
Lou ilə yanaşı filmdə Pol Dano ("Neft"), Alisia Vikander ("Maşından"), Zak Qalifianakis ("Veqasda kişi məclisi") və Tom Sterrik ("Rok dalğası") də rol alacaqlar. Olivye Assayas "Zamanın xaricində", "Şəxsi alıcı", "İrma Vep" və "İkili həyat" filmləri ilə məşhurlaşıb.
Baxış sayı:160
Bu xəbər 11 Yanvar 2025 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















