Putinin Qərbi qorxuya salan mesajları: ABŞ belə siyahıdadır
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Yeni “Poseydon” sualtı maşını düşmənin sahil strukturlarını məhv etmək üçün okeanı keçə bilən inqilabi rus silahıdır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetinin məqaləsində qeyd olunub.
“Poseydon”un gücü onun nüvə reaktoru ilə işləmək qabiliyyətindədir. Qurğu potensial olaraq dəniz bazaları və limanları da daxil olmaqla mühüm sahil infrastrukturunu məhv edə bilər. Bu silah gizli sualtı hərəkət üçün nəzərdə tutulub. “Poseydon” və “Burevestnik” qanadlı raketindən ibarət kompleks oyun qaydalarını dəyişdirməyə qadirdir”, – deyə nəşr yazıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin nüvə enerjisi ilə işləyən pilotsuz sualtı “Poseidon” aparatı, o cümlədən “Burevestnik” qanadlı raketinin sınaqlarının başladığını elan etmişdi. Qərb mediası isə bu xəbərləri “təşviş doğuran addım” kimi qiymətləndirmişdi.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 02 Noyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















