Putinin bu fotosu Qərbi qorxuya saldı Lavrov açıqladı
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putin, Hindistanın Baş naziri Narendra Modi və Çin sədri Si Cinpinin Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) birgə fotosu Qərbdə qəzəb doğurub.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazirin sözlərinə görə, fotoşəkil bütün dünyada dolaşıb və bəzi Qərb liderləri arasında anlaşılmaz qəbul olunub.
“Onlar bu fotonu “dünya nizamına meydan oxumaq” adlandırıblar. Bilirsiniz, belə bir sifariş olmayıb. Amma bizim Hindistan və Çinlə ikitərəfli münasibətlərimiz çoxdan mövcuddur”, – Lavrov əlavə edib.
Qeyd edək ki, sentyabrın 2-də yayımlanan fotoda Putin, Modi və Cinpinin ŞƏT sammiti öncəsi söhbəti əks olunub. Jurnalistlər şəkli “fil, əjdaha və ayı” kimi qiymətləndiriblər.
Əliyar Xəlil
Globalinfo.az


