Icma.az
close
up
RU
Putinin səhhəti yenidən gündəmdə

Putinin səhhəti yenidən gündəmdə

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin Əmək Qəhrəmanları və dövlət mükafatı laureatları ilə söhbətində sağlamlığı haqda da danışıb.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, mükafatlandırma mərasimi zamanı baş tutan qeyri-rəsmi söhbətin kadrlarını “Rossiya-24” dövlət telekalında “Moskva. Kreml. Putin” müəllif proqramının aparıcısı Pavel Zarubin öz Telegram kanalında yayımlayıb.

Putin etiraf edib ki, bir neçə il əvvəl görmə qabiliyyəti bir qədər pisləşib və bu səbəbdən həkimə yoxlanmağa gedib: "Mənə dedilər ki, görmə qabiliyyətim 0,9-dan 0,8 olub. İndi mən eynəkdən istifadə edə bilərdim. Və mənə eynək verdilər. İlk dəfə taxanda başım fırlanmağa başladı. Düşünürəm ki, indi çıxarmasam, ömrümün sonuna qədər taxacağam".

Kremldə dövlət mükafatı laureatlarından biri, oftalmoloq-cərrah Georgi Stolyarenko prezidentlə razılaşmayaraq bunun “tam doğru olmadığını” qeyd edib. Buna cavab olaraq Putin deyib ki, o, eynəksiz “heç bir problem olmadan sərbəst oxumağa” davam edir və yaxşı görür”.

İştirakçılarından biri zarafatyana "ən yaxşı avtomobilin belə texniki baxışa ehtiyacı var" deyəndə Putin belə cavab verdi: "Biz müntəzəm texniki baxışdan keçirik. Hər il, hərtərəfli yoxlama. Hər il tam iki günümü buna həsr edirəm".

Putinin müntəzəm olaraq Mərkəzi Klinik Xəstəxanada tibbi müayinədən keçdiyini Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da müsahibələrinin birində təqdiqləyib. Peskov deyib ki, Putinin Mərkəzi Klinik Xəstəxanaya səfərləri profilaktik məqsədlə həyata keçirilən “adi tibbi müayinələr”dir.

Vladimir Putinin (hazırda 73 yaşı var) səhhəti 2021-ci ildə, prezidentin COVID pandemiyasından sonra uzun müddət ictimaiyyət qarşısına çıxmadığı vaxt fəal müzakirə olunmağa başladı. Xüsusilə onun xərçəng ola biləcəyi ilə bağlı şayiələr yayıldı. Putin prezident olduğu andan Kreml onun səhhəti ilə bağlı məlumatları gizlədib. Əvvəlcə heç kim buna əhəmiyyət vermədi. Lakin sonradan Putin vaxtaşırı ictimaiyyətin gözündən itməyə başlayanda çoxları (amma inandırıcı sübutlar təqdim etmədən) bunun onun müalicəsi ilə bağlı ola biləcəyini güman edirdi. Eyni zamanda, prezidenti bütün səfərlərində böyük həkim briqadası müşayiət edir. O da bildirilir ki, yaşı artdıqca Putin alternativ təbabətə də maraq göstərməyə başlayıb. Belə ki, Putinin buynuz vannaları qəbul edir, bu barədə ona sabiq müdafiə naziri Sergey Şoyqu məsləhət bilibmiş. (Bu vannanın faydası barədə heç bir inandırıcı dəlil yoxdur). Nəşr yazır ki, Putinin marağına görə buynuz vannaları digər yüksək vəzifəli məmurlar arasında populyarlaşıb. Putin yaxın qohumları arasında həkim çoxdur. Belə ki, qızı Mariya Moskva Dövlət Universitetinin tibb fakültəsini bitirib, əmisi oğlu Yevgeni Putin uşaq cərrahı, həyat yoldaşı ginekoloq, uşaqları isə psixoloq kimi təhsil alıb. Putinin daha bir yaxın qohumu Tatyana Ptaşuk uzun müddət Rusiya məmurlarının müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanada müavin olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 İyun 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see466

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see373

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see370

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see342

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see339

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see329

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see329

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see325

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see321

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see306

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see298

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see295

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see280

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see280

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see272

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see267

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see266

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see264

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri