Icma.az
close
up
RU
Dərsliklərdə plagiat mətnlərlə bağlı iddialara Cavab

Dərsliklərdə plagiat mətnlərlə bağlı iddialara Cavab

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev bəzi dərsliklərdə plagiat mətnlərin olması ilə bağlı iddialara aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, direktor bu barədə “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün keçirilən təlimdə məsələ ilə bağlı sualı cavablandırarkən danışıb.

“Dərsliyə verilən mətnlərin çox ciddi tələbləri var. O mətnlər hansı meyarlara cavab verməlidir, həmin meyarlara cavab verən əsərlərin tapılması, bunların mütləq adaptasiyası, uyğunlaşdırılması olmalıdır. Orada bir neçə əsərdən söhbət gedirdi. O əsərlərin birbaşa, ilk müəllifinə - Braziliyadan ilk dəfə həmin süjeti işıqlandıran yazıçıya çıxmışdıq. O da sağdır, yəqin ki, Braziliyada yaşayır. Etiraf edir ki, bu süjeti hardasa eşidib və bədiiləşdirib. Bunlar gəzəyən süjetlərdir, o süjetlərin, hadisələrin müəllifi olmur.  Bunlar bədii əsərlər deyil, hadisələrdir.

Yazıçılar həmin süjeti bir ölkədə bir formada, başqa ölkədə başqa formada bədiiləşdirirlər, obrazlara xarakter verirlər, bəzi situasiyalar əlavə edirlər. Maraqlı, dramatik bir bədiiyyat yaradırlar, şagirdi həmin əsərə cəlb edirlər, onu tədris materialı üçün yararlı bir formaya salırlar. Orada heç bir plagiatdan söhbət getmir. Sadəcə olaraq gündəmi zəbt etmək üçün belə müzakirə yaradırlar. Çünki bu, gündəmə gəlmək üçün çox uğurlu bir mövzudur”.

Qeyd edək ki, bir müddət əvvəl yazar Səhər Əhməd məktəb dərsliklərində müəllif hüquqlarının pozulması ilə bağlı iddialar irəli sürmüşdü.

Gülnar Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Noyabr 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see466

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see373

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see370

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see342

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see339

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see329

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see329

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see325

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see321

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see306

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see298

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see295

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see280

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see280

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see272

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see267

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see266

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see264

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri