Icma.az
close
up
RU
Putinin SSRİ xülyası: Kremlin sahibi işğalın yeni yolunu axtarır

Putinin SSRİ xülyası: Kremlin sahibi işğalın yeni yolunu axtarır

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Rusiya rəhbərliyinin son günlər SSRİ-nin bərpası mövzusunu tez-tez yenidən gündəmə gətirməsi postsovet məkanında ciddi narahatlıqla qarşılanıb. 

Doğrudur, istər Prezident Vladimir Putin, istərsə də Kremlin mətbuat katibi Dmitri Peskov bu dəfə SSRİ-nin bərpa etməyin əleyhinə çıxış edərək bunun mümkün olmadığını bəyan ediblər. Lakin antitəbliğatın özü də bir təbliğatdır və bu mənada dövlət başçısı səviyyəsində SSRİ-nin bərpası məsələsindən söz açılması heç də yaxşı əlamət deyil. 

Çünki Vladimir Putinin ən azı son 10 ildə yürütdüyü siyasət keçmişdə Sovet İttifaqına daxil olan ölkələrə qarşı ərazi iddiasından ibarət olub. Hər kəsə yaxşı məlumdur ki, Putinin məqsədi Rusiya-Belarus İttifaqının sıralarını genişləndirmək, keçmiş Sovet respublikalarına bu birliyə daxil etməklə SSRİ-ni bərpa etməkdir. 2015-ci ildən başlayaraq, Ukraynaya qarşı hərbi təcavüzün həyata keçirilməsi də həmin planın tərkib hissəsidir. 

Hətta 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğalçılıq müharibəsinin başlanmasından sonra Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ermənistan və Moldovanı İttifaq Dövlətinin tərkibinə könüllü daxil olmağı təklif etməklə dolayısı ilə Putinin xəbərdarlıq mesajını çatdırmışdı. 

Bu ilin may ayında isə Vladimir Putinin müşaviri Anton Kobyakov  SSRİ-nin mövcudluğunun dayandırılması barədə sazişi hüquqi və siyasi baxımdan qanunsuz  adlandırmışdı. Kobyakv SSRİ-nin hüquqi baxımdan hələ mövcud olduğunu demişdi. 

Rusiya dövlət rəsmisinin bu ifadəni işlətməsi böyük məsuliyyətsizlik olmaqla yanaşı, postsovet ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə təhdid yaradan fikirdir. Şübhəsiz ki, prezident Putinin razılığı olmadan Kobyakov bu sözləri işlədə bilməzdi. Ona görə də İndi Putinin SSR-nin bərpasının qeyri-mümkünlüyündən danışması təəccüblü görünür. 

Dekabrın 4-də Putin  Hindistana səfəri zamanı “India Today”-ə müsahibəsində SSRİ-ni bərpa etməyə can atıb-atmaması barədə sualı cavablandırarkən bunu təkzib edib. "Xeyr, əlbəttə ki, yox. Mümkün deyil. Sadəcə olaraq mənasızdır. Burada həm də rasional yanaşma məsələsi var. Mövcud şəraitdə bunun mənası yoxdur. Çünki bu, Rusiya Federasiyasının milli və dini tərkibini kəskin şəkildə dəyişər”, - deyə o bildirib. 

Dekabrın 10-da isə Dmitri Peskov Vladimir Putinin SSRİ-ni bərpa etmək arzusunun olmadığını bildirib. “Vladimir Putin SSRİ-ni bərpa etmək istəmir. Çünki bu qeyri-mümkündür. O, bunu dəfələrlə deyib və bu barədə danışmaq bizim tərəfdaşlarımıza, MDB-dəki müttəfiqlərimizə və inteqrasiyanın daha təkmil formalarına hörmətsizlikdir”, - deyə Peskov bildirib.

Rusiya rəhbərliyinin son günlər bu məsələni tez-tez dilə gətirməsi maraq doğurur və təsadüfi sayıla bilməz. Rusiya Prezidentinin bu açıqlaması çox güman ki, diplomatik gedişdir və Qərblə münasibətlər fonunda siyasi “kölgə”yə çəkilmək məqsədi daşıyır. 

Əks təqdirdə, Putinə SSRİ-nin dövlət rəmzlərini nə üçün bərpa etməsi ilə bağlı suallar ünvanlana bilər. Putinin təklifi ilə Rusiyanın dövlət himninin dəyişdirilərək SSRİ himni ilə əvəz edilməsi Sovet İttifaqının bərpasına xidmət edir. SSRİ bayrağının Ukraynaya hücum edən Rusiya tanklarının üzərində asılması, “Qırmızı meydan”da keçirilən hərbi paradlarda qaldırılması Putinin Sovet İttifaqının bərpasına yönəlik siyasət yürütdüyünü bir daha təsdiq edir. 

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin üzərində SSRİ-nin gerbi həkk olunub. Böyük Oktyabr Sosialist İnqilabının banisi, SSRİ-nin qurucusu Vladimir Leninin cəsədi isə hələ də mavzoleydə saxlanılır. Leninin dəfn edilməsi dəfələrlə təklif edilsə də, Putin onun cəsədini mavzoleydə nümayiş etdirməklə postsovet respublikalarına SSRİ-nin qayıdacağına dair mesaj göndərməyə çalışır. 

Belə faktlar Rusiya rəhbərliyinin SSRİ-ni bərpa etmək niyyətindən əl çəkmədiyini göstərir. Bu cür təxribatlar Azərbaycanda da həyata keçirilir. Rusiyanın “5-ci kolon”una bağlı olanlar Azərbaycanda SSRİ-nin bayrağını qaldırmağa cəhd etməklə imperiya siyasətinə dəstək verməyə çalışıblar. 

Rusiya hakimiyyətinin bu siyasəti təbii ki, Qərbdə ciddi narahatlıqla qarşılanır. Çünki bu gün Ukraynada Rusiya ilə qarşı-qarşıya gələn NATO SSRİ-nin bərpasında maraqlı deyil. Hazırda Ukrayna münaqişəsinin həllinə dair ABŞ ilə anlaşmaya yaxın olan rəsmi Moskvanın SSRİ-nin bərpası istəyini açıq ifadə etməsi Tramp administrasiyası ilə ciddi fikir ayrılığı yaşayan Avropanı yaxınlaşdıra bilər. 

Avropa isə Ukraynanın məğlub olacağı təqdirdə Rusiyanın növbəti hədəfinin Qərb dövlətləri olacağını yaxşı bilir. Avropalılar Rusiya Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedyevin “Rus tankları yenidən Berlinin küçələrində gəzəcək” sözlərini unutmayıb. 

Yəni Berlin divarının yenidən inşasını istəməyən Avropa bütün potensialı ilə Ukrayna cəbhəsində Rusiyaya qarşı müqavimət göstərir. Ona görə də Putinin SSRİ-nin bərpasında maraqlı olmadığı və bunun qeyri-mümkünlüyü barədə fikirləri daha çox Qərbi sakitləşdirməyə yönəlib. Rusiya hakimiyyətinə indiki halda daha çox Qərbin Ukraynada sülh planına dəstəyi lazımdır.

Putinin açıqlamasında gerçəkliyi əks etdirən məqam ondan ibarətdir ki, Rusiya prezidenti kommunizmin bərpası uğrunda çalışmır.  Kreml rəhbəri yaxşı anlayır ki, Marksizm-Leninizm ideologiyası, planlı iqtisadiyyat bərpa olunmaz prosesdir və tarixin arxivində qalıb. Putin keçmiş SSRİ-nin sərhədləri çərçivəsində Rusiya imperiyası yaratmaq xəyalları üzərində düşünür. 

Putin bütün postsovet  respublikalarını hər hansı muxtariyyət və federal status verilmədən Rusiya imperiyasının ərazisi elan etmək niyyətindədir. Ukraynada baş verənlər isə bütün bunların Rusiyanı sonu görünməyən müharibələrə sürükləyəcək siyasi utopiya olduğunu göstərdi.

Müşfiq Abdulla
"Cebheinfo.az"

Açar sözlər: Putin SSRİ

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Dekabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri