Icma.az
close
up
RU
PUTİNİN “STALİNLİYİ” TUTUB... Kurska ilk dəfə hərbi geyimdə gələn Rusiya başçısı nəyin mesajını verir?

PUTİNİN “STALİNLİYİ” TUTUB... Kurska ilk dəfə hərbi geyimdə gələn Rusiya başçısı nəyin mesajını verir?

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vladimir Putin 3 ildən artıqdır davam edən Ukraynaya qarşı işğalçılıq müharibəsi ərzində ilk dəfə “publika” önünə hərbi geyimdə çıxıb (desək ki, “əzəmətli Ali BAŞ Komandan” kimi görünürdü, bir az qeyri-səmimi olarıq). Zelenskiyə 3 ildir hərbi geyimdə gəzdiyinə, hətta Trampla görüşə belə bu formada getdiyinə görə lağ edən Rusiya təbliğatçıları isə Putinin geyiminə hələ ki, susur...

Hər necə olsa, Putinin bu müharibə ərzində ilk dəfə hərbi geyimdə görünməsi dünya mediasının diqqət mərkəzinə gəlib və bunun hansısa alt mənasının olduğuna, mesaj xarakteri daşıdığına dair müzakirələrə səbəb olub. Əsas sual isə odur ki, nədən məhz indi və nədən məhz Kurskda?

Bu, ilk növbədə Ukraynanın Kursk əməliyyatının, buradakı Rusiya ərazilərinin işğalının nə dərəcədə böyük siyasi əhəmiyyət daşıdığının və Kremlə necə böyük siyasi, hərbi və mənəvi zərbə vurduğunun göstəricisidir. Belə görünür ki, Putin Kurskun “azad edilməsinə” olduqca böyük önəm verir və Ukrayna qoşunlarının buradan çıxmasından sonra özünü bu “məğlubiyyət kompleksindən” qismən də olsa, qurtulmuş hesab edir.

Əlbəttə ki, dünyanın ən böyük nüvə silahı potensialına və milyonluq “ikinci ən güclü ordusuna” malik Rusiyanın beynəlxalq birliyin tanıdığı suveren ərazisinin 7 ay(!) cəmi 10 minlik Ukrayna qruplaşması tərəfindən işğal altında saxlanması Kreml və şəxsən Putin üçün biabırçı məğlubiyyət idi. İndi görünür, buna son qoyulmaq üzrə və bu hadisə “böyük qələbə” kimi təqdim olunmaqdadır.

Ancaq hərbi paradlara belə hərbi geyimdə qatılmayan Putinin, məsələn, İosif Stalindən çoxsaylı fərqlərindən biri odur ki, Stalinin generalları ona böyük-böyük Avropa şəhərlərinin, paytaxtların, hətta Berlinin götürüldüyü barədə raportlar verərkən, Putini generalları, indiki halda Baş Qərargah rəisi Valeri Gerasimov ona Kurskdakı balaca Sudja qəsəbəsinin və ətraf kəndlərin 86 faizinin(!) azad edildiyinə dair “qürurla” raport verir. Ruslar üçün əlbəttə ki, bu, həm gülməli, həm də ağlamalıdır...

Yeri gəlmişkən, Putin Kurskda deyib ki, bu ərazidə əsir düşən düşmən əsgərlərilə, işğalçı olduqlarına görə, terrorçu kimi davranılmalıdır. O halda maraqlıdır, Ukrayna hələ işğalın ilk günlərində Kiyev ətrafından başlayaraq əsir götürdüyü rus əsgərlərilə niyə terrorçu kimi rəftar etməsin?

Putinin Kurska xüsusi önəm verməsinin bir səbəbi də rusiyalılar - “dərin xalq” üçün bu bölgənin 7 ay(!) Ukraynanın nəzarətində qalmasının Kremlə qarşı inamsızlıq, ciddi narazılıq mənbəyi olmasıdır. Rusların əksəriyyəti “SVO”-nun(Xüsusi Hərbi Əməliyyat) əvvəldən elan edilən “demilitarizasiya”, “denasifikasiya” kimi ilkin hədəflərini nəinki anlamırlar, heç bu sözləri tələffüz belə edə bilmirlər. Əvəzində, Kurskun bir hissəsinin işğalda olduğunu, ordunun acizliyini yaxşı anlayırlar, oradan qaçqın düşənləri, onların acınacaqlı vəziyyətini, dövlətin onlara sahib çıxmadığını görürlər. Odur ki, Putinin buraya az qala “hərbi qələbə geyimində” gəlməsi onun nə dərəcədə sevindiyinin göstəricisidir. Sanki dəfələrlə “hər şey plan üzrə gedir” deyən Putinin başlatdığı “SVO”-nun başlıca hədəfi elə balaca Sudja qəsəbəsini azad etmək imiş...

Yeri gəlmişkən, Ukrayna qoşunlarının Sudjanı döyüşsüz, Kiyevdən gələn siyasi qərar əsasında tərk etdiyi bildirilir. Kremlə yaxın politoloq Sergey Markov isə Ukraynanın Kurskdan razılaşma əsasında çıxdığına eyham vuraraq, narazılıq edib və “Kursk əvəzinə atəşkəsin yolverilməz olduğunu” yazıb. İndi Putin hər nə qədər hərbi geyimdə “döyüşkən pozalar” versə də, Ukraynanın ABŞ-nin təkidi ilə 30 günlük atəşkəsə razılaşması və Tramp administrasiyasının eyni şeyi, özü də tezliklə ondan tələb etməsi Kreml başçısını çətin vəziyyətdə qoyub. Buna “hə” deməsi Rusiyanın geri çəkilməsi və məğlubiyyəti kimi qarşılanacaq. Çünki “SVO”-nun ilkin hədəflərindən demək olar, heç biri yerinə yetirilməyib, hətta onun istədiyi və konstitusiyaya saldığı Xerson, Zaporojye və Donetskin qalan hissələrini də Rusiya “qulağının dibini görəndə” alacaq. Artıq “Z kanallar” və Kreml təbliğatçıları da ikiyə bölünüblər. Bir hissəsi “hə” deməyin və müharibəni dayandırmağın, digər hissəsi isə “sona qədər getməyin” tərəfdarıdır. Auditoriyanın isə daha böyük hissəsi ikincilərin tərəfindədir. Bu o deməkdir ki, “hə” cavabı Putin üçün ən azından ölkə daxilində ciddi problemlər yarada bilər.

“Yox” cavabı da ağrılıdır və bəlkə də, “hə”dən daha ağrılıdır. Çünki bu halda bütün dünya sülh istəməyən tərəfin kim olduğunu bir daha görəcək və indiyə qədər görməyən, yaxud özünü görməzliyə vuran gözlər də açılacaq. Artıq nə Orban, nə Fitso, nə Si Cinpin, nə “Qlobal Cənub”, nə də başqa bir kimsə əvvəlkitək Putinin tərəfini tuta, Kiyevi günahkar çıxara bilməyəcək. Ən əsası isə ABŞ siyasi elitasının, Konqresin, Ağ Evin, eləcə də Avropanın Ukraynaya dəstəklə bağlı əl-qolu açılacaq. İndiyə qədər “Putin mənə hörmət edir” deyən Trampın Putinin “yox” cavabına reaksiyasını isə proqnozlaşdırmaq həm asandır, həm də çətin. Çünki ABŞ-nin əlində hələ də Rusiyaya qarşı istifadə edə biləcəyi, Trampın dili ilə desək, əhəmiyyətli kartlar var. Buraya rus neftini daşıyan “kölgə donanması”na qarşı sərt addımlardan, Rusiya bank sektoruna qarşı daha ağır sanksiyalardan tutmuş, Ukraynaya indiyə qədər verilməyən daha ağır və uzaqmənzilli silahların verilməsinə dair çox “kozırlar” aid edilə bilər...

Odur ki, həm “hə”, həm də “yox” variantı Putin üçün uduş vəd etmir və hər ikisi şəxsən onun özü və hakimiyyəti üçün təhlükəli, ziyanlıdır. Bir sözlə, Kreml tezliklə, özü də ağrılı qərar verilməlidir.

Yox, əgər Putin Kurska hərbi geyimdə gəlməklə müharibəni “qəti qələbəyə qədər” davam etdirmək istədiyinin mesajını verirsə, bunu qətiyyən uğurlu və təsirli gediş saymaq olmaz. Çünki Putin özünü hər nə qədər “generalissimus” kimi görsə, 1-ci Pyotr, 3-cü İvan, yaxud İosif Stalinlə bir sıraya qoymağa çalışsa da, hətta Stalinin mundirini, çəkmələrini geyinib, bığ saxlayıb, qəlyan çəksə də, tarixdə elə “3 günə Kiyevi alan” və “Sudja qəsəbəsini 7 aya işğaldan azad edən” “çar” kimi qalacaq...

Cəlal Məmmədov

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Mart 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri