Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Putinin təcüməçisi: Prezidenti hirsləndirən Sadıkov FOTOLAR

Putinin təcüməçisi: Prezidenti hirsləndirən Sadıkov FOTOLAR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov bu yaxınlarda Moskvada Vladimir Putinlə görüşərkən Rusiya liderinin tərcüməçinin işindən razılıq edib. O, Putinin sinxron tərcüməçisi Aleksey Sadıqovu çətin işin öhdəsindən məharətlə gələn bacarıqlı fenomen adlanırıb.
Putinin şəxsi tərcüməçilərinin adları çox nadir hallarda mediada çəkilir. Onlar mediaya müsahibə verməkdən demək olar ki, tamamilə uzaq tutulurlar.

Bu da səbəbəsiz deyil. Axı tərcüməçilər beynəlxalq siyasətin arxa səhnəsində mühüm rol oynayan diplomatlar hesab olunurlar. Tərcüməçilər olmadan liderlər arasında səmərəli və məhsuldar dialoq mümkünsüz olardı.
Putinin tərcüməçiləri təkcə siyasi danışıqları deyil, bəzən qapalı görüşləri, fövqəladə zəngləri, hətta emosional çıxışları da tərcümə edirlər. Yəni dövlət başçısının əsəbi, ironiyası, hədəsi və ya yumoru da onların səsi ilə qarşı tərəfə çatdırılır.

Prezidentlə ən məxfi danışıqlarda iştirak edən tərcüməçiləri bəzən “sirr daşıyıcıları” da adlandırırlar. 
Adətən prezidentlərin yanında ya sinxron (eyni anda tərcümə edən), ya da ardıcıl (danışıqdan sonra tərcümə edən) tərcüməçilər olur. Hər iki iş yüksək dil bilikləri, diplomatik terminologiya, beynəlxalq hüquq və protokol qaydaları, eləcə də psixoloji dözümlülük tələb edir.

Modern.az
saytı Stiv Uitkovun tərifini nəzərə alaraq, Putinin tərcüməçilərini – xüsusilə də Aleksey Sadıkovu araşdırmağa çalışıb.
Prezident Putinin bütün tərcüməçiləri Rusiya Xarici İşlər Nazirliyinin diplomatlardır.

Rusiya mənbələrindəki açıq məlumatlara görə, Vladimir Putin yalnız beş-altı tərcüməçi ilə işləyir. Onlardan ən məşhurları Aleksey Sadıkov, Natalya Krasavina və Sergey Çudinovdur.

Rusiya Prezidenti Vladimir Putin ana dili ilə yanaşı, iki xarici dil bilir: alman və ingilis dillərini.
Rusiya lideri alman dilini yaxşı səviyyədə bilir. Axı o, vaxtilə “KQB” zabiti kimi bir müddət Şərqi Almaniyada xidmət edib.
Məlumatlara görə, Putin prezident olduqdan sonra ingilis dilini də öyrənib. Lakin Rusiya liderinin bu dili yüksək səviyyədə deyil, danışıq səviyyəsində bildiyi qeyd olunur. Putin çox nadir hallarda publika qarşısında ingilis dilində danışır. Diplomatik görüşlər zamanı isə ümumiyyətlə ingiliscədən istifadə etmir, yalnız rus dilində danışır.
15 avqust 2025-ci ildə Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Alyaskanın Ankoriç şəhərində tarixi görüş keçirilərkən bir məqam diqqətdən qaçmamışdı. Prezidentlər hava limanındakı qırmızı xalçanın üzərində əl-ələ görüşmüş və ayaqüstü qısa söhbət etmişdilər. Bu söhbət zamanı liderlərin yanında tərcüməçi olmamışdı. Həmin vaxt bir-birilə tərcüməçisiz dialoq quran prezidentlər ingilis dilində danışmışdılar.
Rusiya mediası yazır ki, Putin bir dəfə almanlarla görüşdə tərcüməçilik etməli olub. Belə ki, alman biznes nümayəndələri ilə görüşdə texniki sistem sıradan çıxdıqda tərcüməçilər eşidilməyib və Putin onların rolunu öz üzərinə götürməklə qonaqlarla birbaşa alman dilində danışıb.

Müşahidəçilər deyirlər ki, Putinlə işləyən tərcüməçilərin işi çox çətindir. Onlar tərcüməçilik edərkən öz ifadələrində Rusiya liderinin hər bir mesajının intonasiyasını, onun əhval-ruhiyyəsini dəqiq şəkildə çatdırmalıdırlar.  

Putin dəfələrlə tərcüməçilərə irad tutub. Bu da onun səsləndirdiyi çətin ifadələrin tərcüməsiylə bağlı olub.
Məsələn, Putinin tərcüməçisi Natalya Krasavina çıxışlarının birində Prezidentin səsləndirdiyi "ayaqlarımızı açıb dayana bilmərik" və ya "Donbas əliboş maşın sürmür" ifadələrini nümunə gətirib.

Bu cür ifadələri hətta yazılı tərcümədə belə uyğunlaşdırmaq çətindir və onları dərhal sinxron olaraq düzgün tərcümə etmək həqiqətən də böyük məharət tələb edir.

Prezidentin çıxışını dəyişdirmək qəti olmaz. Misir lideri ilə görüş zamanı Putin "Necəsiniz?" sualına "Əla" cavabını verib. Tərcüməçi bu cavabı "Hər şey yaxşıdır" kimi tərcümə edəndə bu, Vladimir Vladimiroviçin iradına səbəb olub. Putin üçün tərcümədə incəliklər və nüanslar çox vacibdir.

Prezidentin tərcüməçiləri iddia edirlər ki, yeganə problem mürəkkəb lüğət və məcazi nitqdir. Əks halda, Vladimir Vladimiroviç əla iş şəraiti yaradır: o, aydın və səlist danışır, tərcümə üçün fasilələrə icazə verir ki, sözlərin başa düşülməsi asan olsun.

Bu xəbər ilə bağlı

Ərdoğanın tərcüməçisi - Qalmaqallı deputatın qızı bu posta necə GƏLDİ...

Xəbəri oxu

Lakin heç kim 100% qüsursuz ola bilməz, o cümlədən də tərcüməçilər. Prezident Putinin tərcüməçiləri çox vaxt çox yüksək tempdə işləyirlər, onlar dövlət başçısının və yüksək vəzifəli qonaqların sözlərinin arxasınca “qaçmalı”, mürəkkəb lüğət və aksentləri araşdırmalı olurlar.

Siyasi ekspertlər deyirlər ki, Putinin tərcüməçisi kimi işləmək daimi stress altında yaşamaq deməkdir və bunu anlamaq çox vacibdir.

Dövlət başçısının tərcüməçilərinə dövlət sirlərinə giriş üçün təhlükəsizlik icazəsi verilir ki, bu da onların daim basqı və məhdudiyyətlər altında olmasını şərtləndirir.

Prezidentin daimi tərcüməçilərinin - Xarici İşlər Nazirliyinin işçilərinin maaşları barədə ictimaiyyətə açıq məlumat yoxdur, çünki bu məlumat məxfidir.

Yuxarıda açı çəkilən sinxron tərcüməçi Aleksey Sadıkov dəfələrlə Rusiya prezidentini mühüm danışıqlar zamanı müşayiət edib.

O, 2018-ci ildə Helsinkidə Vladimir Putinlə Donald Tramp arasında keçirilən ilk görüşdə tərcüməçi olub.
A.Sadıkov 15 avqust 2025-ci ildə Alyaskada keçirilmiş Tramp-Putin görüşündə də Rusiyanın tərcüməçisi kimi iştirak edib.
A.Sadıkov 2015-ci ildə Con Kerri (o zaman ABŞ Dövlət katibi) və 2012-ci ildə London Olimpiada oyunlarının açılış mərasimində də Putinə tərcümə xidmətləri göstərib.
Aleksey Sadıkov "Rossiya 1" televiziya kanalının "Moskva. Kreml. Putin" proqramına verdiyi müsahibədə bildirib ki, Rusiya prezidenti öz çıxışının tərcüməsini diqqətlə izləyir və istədiyi zaman sözlərinin xarici dil versiyasını dəqiqləşdirməli ola bilər.
Aleksey Sadıkov Rusiya Xarici İşlər Nazirliyinin Dil Dəstəyi Departamentinin müşaviri vəzifəsində işləyir.


Sadıkovun sözlərinə görə, o, bir dəfə təsadüfən çaşqınlıq içində olub və yorğunluq üzündən tərcümədə xırda səhvə yol verib... Və bu səhv Putinin diqqətindən qaçmayıb, Prezident hirslənib: "O [Putin] mənə tərəf döndü və sərt şəkildə dedi: "Məni diqqətlə dinlə!"”.

A.Sadıkov əlavə edib ki, bəzi söhbətlər "tam məxfi" kimi təsnif edilir, ona görə də tərcüməçilər hər danışığın məzmununu ən yaxın dostları ilə də bölüşmürlər.

Putinin digər tərcüməçisi - Rusiya Xarici İşlər Nazirliyinin Dil Dəstəyi Departamentinin üçüncü katibi Natalya Krasavina qeyd edib ki, prezidentlərin söhbətlərini tərcümə etmək "tibbi məxfiliklə müqayisə edilə bilər".
"Bizim peşəmiz əsasən məxfilikdən, onu qorumaq və hörmət etmək qabiliyyətimizdən asılıdır", - Krasavina deyib.
Rusiya mənbələrində Putinin sevimli tərcüməçisi Aleksey Sadıkovun milliyyəti, doğum tarixi və ailəsi barədə açıq məlumatlar yoxdur.

Məlum olan budur ki, o, 2003-2008-ci illərdə Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) Humanitar və tətbiqi elmlər fakültəsində təhsil alıb.
Aleksey Sadıkov daha sonra Davamlı Təhsil İnstitutunda əlavə yenidənhazırlıq proqramını uğurla başa vuraraq tərcüməçi ixtisasına yiyələnib.

Sadıkov 2009-2010-cu illərdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında sinxron tərcümə üzrə mütəxəssis kursunu da başa vurub.


Aleksey hazırda Rusiya Xarici İşlər Nazirliyində Dil dəstəyi şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. O, həmçinin Moskva Dövlət Linqvistika Universitetinin tədbirlərində qonaq mühazirəçi kimi çıxış edir və BMT Tərcüməçi Kursunun tələbələri üçün ustad dərsləri keçir.
Aleksey Sergeyeviç Sadıkovun bacarığı və peşəkarlığı dəfələrlə qeyd edilib.

O, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Xarici Dillər və Mədəniyyətlərarası Ünsiyyət kafedrasının da dosentidir.

 “Biz kafedramızda yalnız təhsilə deyil, həm də dünya tarixinə töhfə verən Aleksey Sadıkov kimi görkəmli mütəxəssislərin çalışması ilə fəxr edirik”, - deyə Maliyyə Universitetinin Xarici Dillər və Mədəniyyətlərarası Ünsiyyət kafedrasının onunla bağlı açıqlamasında bildirilib.
Ə.Qafarlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Fevral 2026 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri