Icma.az
close
up
RU
Putinin Vardanyandan sonra Karapetyan SEÇİMİ

Putinin Vardanyandan sonra Karapetyan SEÇİMİ

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Ermənistanda hazırda həbsdə olan rusiyalı milyarder, “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan tərəfdarlarına müraciət edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Karapetyan yeni siyasi komandasını formalaşdırmağa başladığını bildirib. “Mən indiyədək Nikol Paşinyanın antixalq siyasətinə qarşı real mübarizə aparmış siyasi qüvvələrə və xadimlərə böyük hörmətlə yanaşıram. Amma Ermənistanın yaxşı gələcəyi ilə bağlı bizim öz baxışımız var. Biz həmfikirimizlə daxili siyasi əməkdaşlığı istisna etmədən, yeni komandamızla öz yolumuzla gedəcəyik. 

Çalışacağıq ki, xalqı ədalətli və böyük məqsədlər ətrafında birləşdirək. Hazırkı hakimiyyətin ölkəni parçalamaq, zəiflətmək üçün cəmiyyətə tətbiq etdiyi ağ-qara və digər süni parçalanmaları rədd edəcəyik. 

Hətta bu gün bu rejimin müxtəlif halqalarında dar iqtidar qrupunun dəyərlərini bölüşməyən, lakin mövcud vəziyyətdən hələ çıxış yolu görməyən əsl peşəkarlar var. Artıq siyasi komandamızın formalaşmasına başlanılıb”,- deyə müraciətdə bəyan edilir. 

Qeyd edək ki, Samvel Karapetyan və qohumları Kremlə bağlı nəsil hesab olunur. Onun yaxın qohumu və “Qazprom” şirkətinin İdarə Heyətinin üzvü olan Karen Karapetyan 2016-2018-ci illərdə Ermənistanın baş naziri vəzifəsində çalışıb. 

Rusiyanın bu dəfə Samvel Karapetyanın üzərində dayandığını görmək olar. Yəni 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərində müxalifətin vahid namizədi kimi Samvel Karapetyan baş nazir postuna irəli sürülə bilər. Artıq Eçmiədzin kilsəsinin Paşinyana qarşı çıxan ruhaniləri Samvel Karapetyana dəstək verməyə hazır olduqlarını bəyan ediblər. 

Karen Karapetyanın son vaxtlar ardıcıl verdiyi siyasi bəyanatlar da onun “Qarabağ klanı”nın qalıqlarını Samvelə dəstək məqsədilə səfərbər etmək niyyətindən xəbər verir. Rusiya eks-prezidentlər Robert Köçəryanın və Serj Sarkisyanın heç bir nüfuza malik olmadığına görə seçkilərdə Paşinyana qalib gəlmək şanslarının olmadığını bilir. 

Görünür, Samvel Karapetyanın üzərində dayanılması da bununla bağlıdır. Qeyd edək ki, hazırda Ermənistan konstitusiyasında və müxtəlif qanunvericilik aktlarında cinayət işinin predmeti olan şəxsin baş nazir vəzifəsinə namizəd olması üçün birbaşa qadağa yoxdur. 

Lakin bir qayda olaraq, qüsursuz reputasiya və cinayət tərkibinin, yaxud cinayət təqibinin olmaması ilə bağlı dövlət vəzifələrini, xüsusilə də ən yüksək vəzifələri tutmaq üçün müəyyən tələblər var. Bu baxımdan, Samvel Karapetyanın həbsdə olması onun baş nazir postuna namizəd kimi irəli sürülməsinə hüquqi maneə yaratmır. 

Samvel Karapetyanın milyarder olması onun Paşinyana alternativ seçilməsində mühüm rol oynayıb. O, Ermənistan cəmiyyətində daha çox xeyriyyəçi kimi tanınır. Yəni 3,2 milyard dollar sərvətə malik S.Karapetyanın xeyriyyəçi imici ətrafında aparılan təbliğat Paşinyanın elektoratını təşkil edən kasıb ermənilərin səslərini qazanmağa hesablanıb. 

Əslində, Rusiyanın milyarder namizədlər vasitəsilə hakimiyyət dəyişikliyinə nail olmaq cəhdləri tanış taktikadır. Kreml 2011-ci ildə Gürcüstanda milyarder Bdzina İvanişvilinin qələbəsinə nail olmaqla Mixail Saakaşvilinin hakimiyyətinə son qoya bilib. 

2022-ci ildə Rusiya milyarder Ruben Vardanyanı Qarabağa göndərməklə analoji siyasi layihəni sonradan Ermənistanda həyata keçirmək istəyirdi. Yəni məqsəd “Qarabağ klanı”nı və müxalifəti Vardanyanın ətrafında birləşdirmək, sonra onu vahid namizəd kimi Ermənistanda siyasi səhnəyə çıxartmaqdan ibarət idi. Lakin Azərbaycanın qondarma rejimi məhv etməsi və Ruben Vardanyanı həbs edərək məhkəmə qarşısına çıxartması Rusiyanın bu planlarını pozdu. 

Ona görə də Rusiya bu dəfə Paşinyana qarşı Samvel Karapetyan “kart”ını işə salıb. Samvel Karapetyan Rusiyaya bağlı şəxs olsa da, həmişə siyasi proseslərdən kənarda dayanıb. Karapetyan Ermənistan cəmiyyətində daha çox siyasətdən uzaq iş adamı kimi tanınıb. Nikol Paşinyan və digər müxalifət liderləri S.Karapetyandan fərqli olaraq, güclü siyasi təcrübəyə malikdir.

Samvel Karapetyanın siyasi təşkilatı və sabit elektoratı yoxdur. Onun və arxiyepiskopların həbsi qarşıdakı 10 ayda Ermənistanda inqilabi yolla hakimiyyət dəyişikliyinin mümkün olmayacağını göstərdi. Nikol Paşinyan güclü inzibati resurslara malikdir və aparılan həbslərə münasibətdə kütləvi xalq etirazları baş vermədi. 

Hakimiyyət dəyişikliyi yalnız seçkilər yolu ilə ola bilər. Bu baxımdan, parlamentli respublika olan Ermənistanda deputat yerlərinin əksəriyyətini qazanmaq və baş nazir seçilmək sabit elektorata, həmçinin siyasi liderlik keyfiyyətlərinə malik olmayan Samvel Karapeyan üçün asan olmayacaq. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 İyul 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri