Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Putinlə anlaşma olmayacaq, ABŞ ənənəvi siyasətinə qayıdır Ekspert

Putinlə anlaşma olmayacaq, ABŞ ənənəvi siyasətinə qayıdır Ekspert

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Trampın Putinlə münasibətində belə bir turblentlik gözlənilən idi".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Vaşinqtonun Moskvaya qarşı ənənəvi siyasətinə qayıtması ehtimalını şərh edərkən deyib. 

Ekspert bildirib ki, ABŞ prezidenti Ukrayna müharibəsindən maksimum şəkildə öz merkantil məqsədləri üçün istifadə etmək istəyir:

"Tramp istəyir ki, nəyin bahasına olursa-olsun, cəbhədə sülhə nail olsun. Müharibəni səngitməklə onu öz aktivinə yazmaq və özünü sülh göyərçini kimi təqdim etmək istəyir".

Konfliktoloq deyib ki, Trampın İrana, Venesuelaya olan münasibəti, Yaxın Şərq, Qəzza zolağına münasibətdəki hərəkətləri, bəzi qonşu dövlətləri hədələməsi, apardığı ticarət müharibəsi onun barəsində "müharibə tanrısı" kimi bir rəyin formalaşmasına əsas verib: 

"Ukrayna məsələsinə gəldikdə, Kiyevin ərazi itkiləri Trampın heç vecinə də deyil, təki atəşkəs olsun".

Ekspert düşünür ki, Putinlə növbəti görüşə getsəydi, Tramp həm özünün, həm də Amerikanın imicini zədələyə bilərdi:

"Avropa da Trampın Putinlə siyasi sövdələşməsindən narahat olaraq, Ukraynaya dəstək üçün yenidən toplaşmağa qərar verib. Tramp nəticədə Ukrayna və Avropanı itirə biləcəyinin fərqində oldu. O, məcbur olaraq növbəti sanksiyalar paketini elan etdi. Ehtimallara görə, Putin masaya oturmaqda maraqlı olmasa, Tramp Ukraynaya "Tomaqawk" silahını da verəcək. Proses buna doğru gedir. Əks təqdirdə, Rusiya Avropaya, hətta ABŞ-ın maraq dairəsində olan digər bölgələrə də təzyiq edəcək. Ona görə də Tramp dönüş etməyə və Ukraynaya daha yaxından dəstək verməyə məcbur olacaq. Bu, Tramp üçün beynəlxalq birlik qarşısında bir imtahandır".


Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putini sülhə gətirmək yolunda növbəti səyi də iflasa uğrayıb. Belə ki, tərəflər arasında bu günlərdə baş tutan telefon danışığında, Budapeştdə görüşmək barədə razılığa gəlsələr də, son anda həmin görüşün alınmayacağı üzə çıxıb. Tramp Rusiyanın ələ keçirdiyi Ukrayna ərazilərini əlində saxlamaqla tərəfləri danışıqlara dəvət etsə də, Kreml əvvəlki kimi bütün Donbasın ona verilməsini tələb etməkdə davam edib. Hətta Rusiya XİN rəhbəri Sergey Lavrov daha da irəli gedərək, bütün Ukraynanın onlara verilməsini istəyib. 

Nəticədə ABŞ prezidenti Rusiyaya qarşı ilk sanksiyalarını açıqlayıb. ABŞ Maliyyə Nazirliyi Rusiyanın 2 böyük enerji şirkəti - "Rosneft" və "Lukoil"a qarşı (34 törəmə şirkətləri ilə bərabər) total sanksiyaların tətbiqi barədə qərar qəbul edib. 

ABŞ maliyyə naziri Skot Bessent bildirib ki, Rusiya mövcud təmas xəttində atəşkəsə razılaşmasa, sanksiyalar genişləndiriləcək. Habelə, Rusiyanın  20 min ukraynalı uşağı oğurlaması səbəbi ilə terrorçu dövlət kimi tanınması haqqında qanun layihəsi ABŞ Senatının Xarici Əlaqələr Komitəsində yekdilliklə qəbul olunub. Bütün bunlar isə Trampın Ukrayna məsələsində 9 aylıq cəhddən sonra yenidən ABŞ-ın ənənəvi siyasətinə dönüşü kimi dəyərləndirilə bilər. 

Rüfət Sultan


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri