Icma.az
close
up
RU
“Putinlə danışıqlar Ukraynanın bölünməsinə gətirərdi” Polşa və Baltik ölkələrindən Merkelə sərt ittihamlar

“Putinlə danışıqlar Ukraynanın bölünməsinə gətirərdi” Polşa və Baltik ölkələrindən Merkelə sərt ittihamlar

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Polşa və Baltik ölkələrinin rəsmiləri Almaniyanın keçmiş kansleri Angela Merkelin son açıqlamalarına kəskin reaksiya veriblər.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, onlar Merkelin bəyanatlarını Rusiyanın Ukraynaya təcavüzünə görə məsuliyyətin bir hissəsini Şərqi Avropa ölkələrinin üzərinə atmaq cəhdi kimi qiymətləndiriblər. Ekspertlərin fikrincə, bu tənqidlər Merkelin Rusiya ilə münasibətlərdə uğursuz siyasətini və onun siyasi irsinin sual altına düşdüyünü göstərir. Xüsusilə də Almaniyanın yeni hökumətinin Merkelin miqrasiya və enerji siyasətindən imtina etməsi fonunda bu məsələ daha çox müzakirə olunur.

A.Merkel Macarıstanın müxalifət mediasına verdiyi müsahibədə bildirib ki, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan əvvəl o, Vladimir Putin və Emmanuel Makronla birbaşa danışıqlar formatı qurmaq istəyib, lakin Polşa və Baltik ölkələri bu təşəbbüsü bloklayıb.

“2021-ci ilin iyununda hiss etdim ki, Putin artıq Minsk razılaşmalarını ciddiyə almır. Mən istəyirdim ki, Avropa İttifaqı birbaşa Putinlə dialoqa girsin,” – deyə Merkel qeyd edib.

Lakin həmin vaxt Avropa Şurasında Polşa və Baltik dövlətləri bu təşəbbüsə qarşı çıxıblar.

Latviyanın sabiq Baş naziri Krişyanis Kariņş Merkeli təkzib edərək bildirib ki, bir çox dövlətlər, o cümlədən Almaniya, Rusiya təhlükəsini lazımi qədər qiymətləndirmirdi: “Mən Merkelə dəfələrlə demişdim ki, Putinlə səmimiyyətə əsaslanan danışıqlar aparmaq olmaz. Amma o düşünürdü ki, Baltik ölkələri yanılır. İndi baş verənlərdən sonra belə, onun bu mövqeyini qoruması məni şoka salır”.

Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna isə vurğulayıb ki, müharibəyə görə yeganə məsuliyyət Rusiyanın üzərindədir: “Rusiyanın Ukraynaya qarşı müharibəsi Sovet İttifaqının dağılmasını qəbul etməməsindən və imperiya ambisiyalarından qaynaqlanır. Bu aqressiyaya görə yalnız Rusiya günahkardır.”

Merkelin açıqlamaları Polşada, xüsusən də mühafizəkar dairələrdə kəskin etirazla qarşılanıb.

Sabiq Baş nazir, “Hüquq və Ədalət” (PiS) partiyasının sədr müavini Mateuş Moravetski bildirib: “Merkel bu düşünülməmiş müsahibəsi ilə sübut etdi ki, o, son əsrdə Avropa üçün ən zərərli alman siyasətçilərindən biridir”.

Avropa Parlamentinin üzvü Valdemar Buda isə əlavə edib: “Merkel yenidən Putinlə razılığa gəlmək istədiyini deyəndə, bu, yəqin ki, Ukraynanın bölünməsi ilə nəticələnərdi. Putinlə danışıqlar müharibəni dayandırmadı, əksinə, onu alovlandırdı”.

Beləliklə, Merkelin son açıqlamaları Şərqi Avropa ilə Almaniya arasında uzunmüddətli etimadsızlığı bir daha üzə çıxarıb və onun Rusiya siyasətinə dair irsini ciddi şəkildə mübahisə predmetinə çevirib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Oktyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri