Icma.az
close
up
RU
Putinlə görüş baş tutacaqmı? Tramp başa düşəcək ki…

Putinlə görüş baş tutacaqmı? Tramp başa düşəcək ki…

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Mövcud vəziyyətdə atəşkəs məsələsində Donald Trampın söz sahibi ola biləcəyi artıq böyük sual altındadır".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiya və ABŞ prezidentləri arasında keçiriləcək danışıqlara hazırlıqların sürətləndirilmiş templə davam etdiyi barədə CNN-nin məlumatını şərh edərkən deyib. 

Ekspertin fikrincə, yaxın zamanlarda Tramp-Putin görüşü olmayacaq:

"ABŞ-da Zelenskinin Tramp və onun komandası arasında görüşü fonunda yaşananlar Putin-Tramp görüşünün yaxın perspektivdə baş tutacağını sual altına qoyur. Çünki Zelenski ilə görüşdə Tramp komandası ciddi nüfuz itkisinə məruz qaldı. Bu baxımdan, Trampın tez bir zamanda Putinlə görüş imkanının olacağı düşünülmür. Qısa zamanda, Tramp başa düşəcək ki, hazırda seçdiyi yol reputasiyasına zərbədir və reputasiyasının zədələnməsi onun Putinlə görüşüb müharibənin taleyini həll etməyə səlahiyyətləndirməyəcək. Ona görə də yaxın günlərdə Tramp Putin görüşü proqnozlaşdırılmır. ABŞ dərin dövlətinin də Trampa təsir edəcəyi gözlənilir. Onun götürdüyü həll yolu əslində ABŞ-ın təklənməsinə gətirib çıxara bilər".


Ekspert qeyd edir ki, görüşdə baş verən hadisə maraqlı tendensiyaları ortaya qoyub: 

"Görüş Trampın qısa zamanda müharibəni bitirəcəyi barədə səsləndirdiyi bəyanatının mənasızlığını ortaya qoydu. Bu da o deməkdir ki, artıq Tramp atəşkəsin əldə edilməsində əsas vasitəçi ola bilməyəcək. Onun münaqişə ilə bağlı sərgilədiyi mövqe haqlı olaraq Zelenski tərəfindən denansasiya edildi. Çünki söhbət Ukraynanın masa arxasında tort şəklində bölünməsindən gedirdi. Ona görə güman edirəm ki, ABŞ danışıqlardan kənarda qalacaq. Kiyev Avropa, Türkiyə və Çinin qismində digər aktorlarda nicat axtarır". 

Konfliktoloq düşünür ki, Tramp Rusiya münasibətləri fonunda yaşananlar Avropa ölkələrinin birləşməsinə, Çinlə Aİ arasındakı münasibətlərə yenidən baxılmasına imkan verir:

"Avropa ölkələrinin konsolidasiyası güclənib, habelə Pekinlə Aİ arasında yaxınlıq baş verməkdədir. Gözlənilən odur ki, Avropa Türkiyə ilə birlikdə toparlanıb güc mərkəzi kimi müharibədə daha təsirli imkana malik olacaq. Qərb də öz növbəsində Türkiyəni Avropa ailəsinə qəbul etməklə bağlı hərəkətlənəcək. Çin də Avropa ölkələrilə daha sıx əlaqələr yaradacaq. Belədə Trampın Putinlə görüşünün heç bir faydası olmayacaq. Mövcud vəziyyətdə atəşkəs məsələsində Trampın söz sahibi olması artıq böyük sual altındadır. Əfsuslar ki, Tramp Putini ilhamlandırıb. O təkcə Ukrayna ilə kifayətlənməyəcək. Putin buradan qalib ayrılsa, Şərqi Avropa, Baltik ölkələri və Cənubi Qafqazla bağlı iddialarını da gerçəkləşdirməyə fürsət tapacaq".

Qeyd edək ki, CNN-nin məlumatına görə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçiriləcək danışıqlara hazırlıq sürətləndirilmiş templə davam edir".

Qeyd olunub ki, Tramp və Zelenski arasında Ağ Evdə baş verən mübahisə Vaşoqntonun Ukrayna liderini gözdən salmaq və onu gələcək danışıqlardan kənarlaşdırmaq üçün planlaşdırıla bilər. 

Rüfət Sultan


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Mart 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri