“Putinlə görüş olacaq, əminəm” Nikol Paşinyan
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan Baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Rusiya Prezidenti Vladimir Putinlə görüşünün baş tutacağına əminliyini ifadə edib.
“Qafqazinfo” xəbər verir ki, Nikol Paşinyan bu barədə rəhbəri olduğu “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
Görüşün vaxtı ilə bağlı danışan Baş nazir qeyd edib:
“Əvvəlcədən planlaşdırılmış konkret bir görüş olmayıb. Lakin yaxın gələcəkdə bu görüşün baş tutacağına tam əminəm. Rusiyanın Ermənistan mallarına tətbiq etdiyi məhdudiyyətlər problemini də diqqətdə saxlayırıq. Bu məsələni cari ilin avqust ayında keçirilməsi planlaşdırılan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclası çərçivəsində rusiyalı həmkarım ilə də müzakirə edəcəyəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 29 İyun 2026 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















