Icma.az
close
up
RU
Putinlə görüşmək istəyir: Şərtləri danışacaq

Putinlə görüşmək istəyir: Şərtləri danışacaq

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Rusiya Prezidenti Vladimir Putinlə görüşünün baş tutacağına əminliyini ifadə edib.

Nikol Paşinyan bu barədə rəhbəri olduğu “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Görüşün vaxtı ilə bağlı danışan Baş nazir qeyd edib:

“Əvvəlcədən planlaşdırılmış konkret bir görüş olmayıb. Lakin yaxın gələcəkdə bu görüşün baş tutacağına tam əminəm. Rusiyanın Ermənistan mallarına tətbiq etdiyi məhdudiyyətlər problemini də diqqətdə saxlayırıq.

Bu məsələni cari ilin avqust ayında keçirilməsi planlaşdırılan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclası çərçivəsində rusiyalı həmkarım ilə də müzakirə edəcəyəm”.

Maraqlıdır, Paşinyan Putin ilə görüşmək istəməsində nə məqsəd güdür? Ümumiyyətlə, Paşinyan Rusiyanın dövlət rəhbərindən nə əldə etmək istəyir?

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, əsasən Rusiyanın Ermənistandan istədikləri var və Moskva öz tələblərində israrlıdır:

“Əslində Paşinyanın Kremldən ciddi bir istəyi yoxdur. Əksinə Moskvanın Paşinyan hakimiyyətindən istədikləri var. Hazırkı proseslər onu göstərir ki, Paşinyan hakimiyyəti Ermənistanı Rusiyadan uzaqlaşdırıb Qərbə yaxınlaşdırmaq siyasəti yürüdür.

Bu da Moskvanı ciddi şəkildə narahat edir. Qərbin Cənubi Qafqazda möhkəmlənməsi və maraqlarını təmin etməsi, sözsüz ki, Rusiyanın bu regionda təsir imkanlarına və mövqelərinə ciddi zərbədir. Ona görə də Moskva İrəvanın Qərbə yaxınlaşmasına imkan verməməyə çalışır, Ermənistana iqtisadi-ticari embarqolar qoyur.

Paşinyanın Putinlə görüşmək istəməsində əsas hədəfinə gəlincə, Ermənistanın Qərbə yaxınlaşma prosesində Rusiya ilə hər hansı ciddi qarşıdurmanın qarşısını almaqdır. Bildiyimiz kimi, Ermənistanın bu qarşıdurmaya müqavimət göstərmək imkanlarına malik deyil.

Bununla yanaşı, Ermənistan iqtisadiyyatı Rusiya bazarından asılıdır. Əgər Rusiya Ermənistan məhsullarının öz bazarlarında satışına qadağa qoyarsa, Ermənistan iqtisadiyyatı qısa müddət ərzində çökər. Avropa İttifaqı isə Ermənistana Rusiyaya alternativ ola biləcək iqtisadi-ticari şərtlər təqdim edə bilmir. 

Paşinyanın çalışdığı bundan ibarətdir ki, Qərbə inteqrasiya prosesində Rusiya ilə münasibətlərdə gərginlik yaranmasın və iqtisadi-ticari əlaqələr davam etsin, ən əsası da İrəvan Avrasiya İqtisadi İttifaqının güzəştlərindən yararlansın. Halbuki Paşinyanın bu məqsədlərinin reallaşması qeyri-mümkün görünür.

Rusiyanın hakim dairələri hesab edirlər ki, Paşinyanın taktikası yolverilməzdir. Ermənistan seçim etməlidir, ya Rusiyanın orbitində qalmaq, ya da Qərbə yaxınlaşmaq. Kreml Ermənistanın Rusiya bazarlarından və iqtisadi güzəştlərindən yararlanmaqla Qərbə yaxınlaşmasına imkan verə bilməz”.

O bildirib ki, əgər Paşinyan ilə Putin arasında nəzərdə tutulan görüş baş tutarsa, bu görüşdə bütün bu məsələlər daha açıq və daha prinsipal şəkildə müzakirə oluna bilər:

“Böyük ehtimalla, bu görüşdə Putin Paşinyandan Ermənistanın Qərbə yaxınlaşma prosesindən imtina etməsini tələb edəcək.
Rusiyanın dövlət başçısı Ermənistanın baş nazirinə bu mesajı çatdıracaq ki, Ermənistana qarşı embarqolar yalnız İrəvanın Rusiyanın orbitində qalacağı təqdirə arandan qalxacağı mümkündür”.  

Yunis Abdullayev 
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan Elçin Xalidbəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 İyun 2026 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri