Icma.az
close
up
RU
“Pyaçentsa” bir gündə iki məşqçi qovdu

“Pyaçentsa” bir gündə iki məşqçi qovdu

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

İtaliya çempionatının 4-cü divizion klubunda maraqlı hadisə baş verib.

D seriyasında keçirdiyi son altı oyunun heç birində qələbə qazana bilməyən “Pyaçentsa” noyabrın 19-u, səhər saatlarında təkcə idman direktoru Alesio Sestanın yox, baş məşqçi Karmin Parlatonun da istefaya göndərildiyini elan etdi. İkincinin yerinə gələn Simone Bentivolyo isə yeni vəzifəsində heç bir gün də davam gətirmədi. İş ondadı ki, tifozi “Pyaçentsa”nın yeni baş məşqçisini qəbul etmədi. Onlar Bentivolyonun rəhbərliyi altında keçirilən ilk məşqdəcə bildirdilər ki, o qovulmasa, sevimli komandalarının oyunlarını boykot edəcəklər.
Azarkeşlərin italiyalı mütəxəssisə neqativ münasibətinin səbəbini 2011-ci ildə yaşanan danışılmış oyunlarla bağlı qalmaqalda axtarmaq lazımdı. Onda günahını boynuna alan Siomen 13 aylıq cəzalanmışdı. Həmin vaxt o, “Bari”nin şərəfini qoruyurdu.
Azarkeşlərin mövqeyini nəzərə alan klub rəhbərliyi yeni çalışdırıcını elə ilk iş günündə qovdu. Onun yerinə isə “Pyaçentsa”dan ayyarım əvvəl – oktyabrın 7-də ayrılan Stefano Rossini gətirildi. Klubun mətbuat xidmətinin məlumatı:

“Simone Bentivolyo ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozduq. Bu andan etibarən birinci komandaya rəhbərliyi Stefano Rossini həyata keçirir”.


“Pyaçentsa” 12 turdan sonra 14 xalla D seriyasının D qrupunda 11-ci pillədə qərarlaşıb. Eyniadlı şəhəri təmsil edən komanda üç qələbə qazanıb, 4 oyunda uduzub, 5 dəfə heç-heçə edib. “Qırmızı-ağlar”ın qızıl erası 1990-cı illərin sonun – 2000-ci illərin əvvəlində, yəni komanda İtaliya futbolunun elitasında mübarizə aparanda yaşanıb. Onların A seriyasındakı ən yaxşı nəticəsi 1997/98 və 2001/02 mövsümlərinə təsadüf edib – 12-ci yer. “Pyaçentsa” A seriyasında sonuncu dəfə 2003-cü ildə görünüb.
Adı çəkilən komanda noyabrın 20-də Rossininin dönüşündən sonra ilk oyuna çıxıb. “Canavarlar” “Villa Valle”ni 2:1 hesabıyla məğlub edərək D seriyasının İtaliya kubokunda 1/8 finala vəsiqə qazanıb. Rossininin növbəti hədəfi çempionatdakı məğlubiyyət seriyasına son qoymaqdı. “Qırmızı-ağlar” bazar günü “İmoleze” ilə qarşılaşacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Dekabr 2024 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri