Icma.az
close
up
RU
Bir gündə iki etimadsızlıq...

Bir gündə iki etimadsızlıq...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Fransada hökumət böhranı pik həddə çatdı

Son bir il ərzində Fransada sosial-iqtisadi və siyasi mühit kəskin şəkildə mürəkkəbləşib. Yüksək inflyasiyanın təsirləri, dövlət borcunun artması, büdcə kəsirinin Avropa İttifaqı meyarlarını aşması və sosial xərclərin azaldılması planları cəmiyyətdə narazılığı gücləndirib. Xüsusilə 2026-cı ilin dövlət büdcəsinin parlamentdən keçməməsi ölkədə institusional bloklanma yaradaraq 2025-ci ilin sonlarında hökumət böhranını dərinləşdirib.

Qeyd edək ki, büdcə layihəsinin qəbul edilməməsi təkcə maliyyə sənədinin gecikməsi deyil, həm də icraedici hakimiyyətlə qanunverici orqan arasında dərin siyasi uçurumun göstəricisi kimi qiymətləndirilir. Müxalif qüvvələr hökuməti sosial ədalətsizlikdə, qeyri-effektiv iqtisadi idarəetmədə və ictimai dialoqu zəiflətməkdə ittiham edirlər. Nəticədə həm maliyyə bazarlarında təzyiq artıb, həm də ölkə daxilində etiraz aksiyaları intensivləşib. Bu isə nəticə etibarı ilə hökumətə qarşı etimadsızlıq mühitini daha da dərinləşdirir.

“Sağlar” razılaşmır...

Yeri gəlmişkən, fevralın 23-də Fransa Assambleyasında iki dəfə hökumətə etimadsızlıq votumu verilib. İlk təklif Marin Le Penin rəhbərlik etdiyi Fransanın sağçı “Milli Birlik” Partiyası tərəfindən irəli sürülüb. Bəyanatda qeyd olunub ki, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş enerji strategiyası, digər iradlarla yanaşı, vergilərin və ya kommunal xidmət tariflərinin artmasına gətirib çıxara bilər, bu da fransızlara 300 milyard avrodan baha başa gələcək. Müxalifət partiyası hökumətin 2035-ci ilə qədər təsdiq edilmiş enerji strategiyası ilə razılaşmır - səsverməyə səbəb ölkənin növbəti 10 il üçün enerji siyasətini müəyyən edən üçüncü çoxillik enerji proqramı (PPE3) haqqında fərmanın dərc olunmasıdır. Partiya sənədin adekvat qanunvericilik bazası olmadan qəbul edildiyini bildirib.  Çünki müvafiq enerji proqramlaşdırma qanunu parlament tərəfindən təsdiqlənməyib və müvafiq qanun layihəsi əvvəllər parlament üzvləri tərəfindən rədd edilib. “Milli Birlik” Partiyası hesab edir ki, hökumət Avropa Komissiyasının Bərpa Olunan Enerji Direktivlərinin (RED III) dəyişdirilməsi tələblərinə güzəştə gedib və bu, partiyanın fikrincə, Fransanın strateji maraqlarına ziddir. Fraksiyanın bəyanatında qəbul edilmiş proqramın bərpa olunan enerji mənbələrinin sürətləndirilmiş inkişafının nüvə sənayesini kifayət qədər dəstəkləmədiyi vurğulanıb.

Bundan əlavə, partiya iddia edir ki, proqramın həyata keçirilməsi xərclərin artmasına və dövlət maliyyəsinin üzərinə daha böyük yükün düşməsinə, eləcə də ev təsərrüfatları və müəssisələr üçün enerji qiymətlərinin artmasına səbəb ola bilər. Etimadsızlıq səsverməsi Fransa Konstitusiyasının 49-cu maddəsinə əsasən tətbiq edilib.

Solçulardan etiraz...

İkinci etimadsızlıq səsverməsi isə solçu “La France Insoumise” partiyası tərəfindən irəli sürülüb. Bəyanat partiyanın sosial media hesabında dərc edilib. Bəyanatda partiyanın parlament müsbət rəyi olmadan təsdiqlənmiş 2035-ci il enerji strategiyasından narazılığı səbəbindən hökumətin istefasını tələb etdiyi izah olunur. “Bu yanaşma, ictimaiyyətin müzakirə hüququna məhəl qoymadan, təxminən on il qüvvədə qalacaq konkret şəxslərin qərarlarını bütün Fransaya qəbul etdirmək cəhdidir”, - deyə vurğulanır. La France Insoumise öz bəyanatında enerji strategiyasının ölkənin gələcək uzun illər inkişafını müəyyən edən vacib sənəd olduğunu və buna görə də müəyyən edilmiş parlament prosedurlarına əməl etmədən qəbul edilə bilməyəcəyini vurğulayır.

Vurğulayaq ki, hələ yanvar ayında baş naziri Sebastyan Lekornu hökumətin məsuliyyəti altında 2026-cı il dövlət büdcəsi qanununun qəbul ediləcəyini elan edəcəyini açıqlamışdı. O, bu məqsədlə Fransa Konstitusiyasının 49-cu maddəsinin 3-cü hissəsini tətbiq etmək niyyətində olduğunu bildirmişdi. Hələ o dövrdə “La France Insoumise” partiyasının parlament qrupunun lideri Matilda Pano qeyd etmişdi ki, “qrupumuz hökumətə etimadsızlıq səsverməsi üçün təklif təqdim edəcək”.

Makron nə edəcək?

Vurğulayaq ki, bundan öncə, fevralın 20-də Fransa Prezidenti Emmanuel Makron gecikmələrlə qəbul edilən və parlamentdən keçə bilməyən 2026-cı il dövlət büdcəsi qanununu imzalayıb. 2026-cı il büdcəsində müdafiədən başqa bütün sahələrdə xərclərin azaldılması nəzərdə tutulur və burada 6,7 milyard avro artım planlaşdırılır. 2025-ci ildə büdcə kəsiri ÜDM-in 5,4 faizini təşkil edib ki, bu da kreditorların Fransaya olan inamını sarsıdıb. Hakimiyyət əvvəlcə kəsiri 2026-cı ildə 4,7 faizə endirməyi planlaşdırırdı, lakin müxalifət tərəfindən edilən düzəlişlərdən sonra onun 5 faizə çatacağı gözlənilir.

Siyasi ekspertlər yaranan vəziyyəti Prezident Emmanuel Makronun hakimiyyəti dövrünün ən mürəkkəb mərhələsi hesab edirlər. Parlamentdə sabit çoxluğun olmaması, hökumətin tez-tez etimad sınağı ilə üzləşməsi və sosial narazılığın artması onun siyasi manevr imkanlarını xeyli məhdudlaşdırıb. Makronun təşəbbüs göstərdiyi struktur islahatları - xüsusilə pensiya, sosial təminat və dövlət xərclərinin optimallaşdırılması istiqamətində atılan addımlar, o cümlədən son hadisədə olduğu kimi, enerji siyasəti geniş ictimai müqavimətlə qarşılanıb. Müxalifət isə onu kompromisə getməməkdə və cəmiyyəti daha da qütbləşdirməkdə günahlandırır. Bəzi siyasi şərhçilər artıq prezidentin səlahiyyət müddətini başa vurmadan istefa verməsi və ya növbədənkənar seçkilərə getməsi ehtimalını da müzakirə etməyə başlayıblar. Hərçənd bu ssenari hələlik rəsmi gündəmdə deyil, lakin siyasi təzyiqin artması belə ehtimalları tamamilə istisna etmir.

Nələr gözlənilir...

Fransa Milli Assambleyasındakı hökumətə qarşı son etimadsızlıq təşəbbüsləri isə ölkədəki siyasi böhranın kulminasiya nöqtəsi kimi qiymətləndirilir. Müxalifət bloklarının kompromisə getməməsi əsas arqument kimi irəli sürülür. Siyasi mütəxəssislərin fikrincə, etimadsızlıq səsverməsi hökumətin legitimliyinə ciddi zərbə vurub və siyasi sistemdə parçalanmanı daha da dərinləşdirib. Bu proses bir neçə mümkün nəticə vəd edir:

 - Hökumətin istefası və yeni kabinetin formalaşdırılması;

- Növbədənkənar parlament seçkilərinin elan olunması;

- Prezidentin parlamenti buraxmaq səlahiyyətindən istifadə etməsi.

Əks halda mövcud icra qrupunun zəifləməsi fonunda iqtisadi qeyri-müəyyənliyin artması müşahidə olunacaq. Mövcud vəziyyət göstərir ki, Fransada iqtisadi böhran artıq sırf maliyyə məsələsi olmaqdan çıxaraq sistemli siyasi qarşıdurmaya çevrilib. Əgər yaxın aylarda kompromis əldə olunmazsa, ölkəni həm daxili siyasi sabitlik, həm də Avropa miqyasında mövqeyi baxımından çətin bir mərhələ gözləyə bilər.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Fevral 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see327

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see299

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see279

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see277

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see231

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see208

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see202

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see201

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see200

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see199

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see196

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see194

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see193

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see192

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see192

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see177

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see172

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see170

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see169

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri