Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qabaqlayıcı zərbə: Paşinyan riski kiçikkən boğmağa çalışır

Qabaqlayıcı zərbə: Paşinyan riski kiçikkən boğmağa çalışır

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanda yaxın perspektivdə “klassik anlamda dövlət çevrilişi” ehtimalı aşağıdır


Ermənistanda daxili siyasi vəziyyət kritik həddə çatıb. Bu gün səhər saatlarından etibarən hüquq-mühafizə orqanları “Müqəddəs Mübarizə” hərəkatının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın və onun tərəfdarlarının evlərində genişmiqyaslı axtarışlara başlayıb. Rəsmi məlumatlara görə, hərəkatın üzvləri ölkədə dövlət çevrilişi və terror aktları planlaşdırmaqda ittiham olunurlar.

Baş nazir Nikol Paşinyan açıqlamasında hüquq-mühafizə orqanlarının sabitliyi pozmağa çalışan "kriminal-oliqarx din xadimlərinin" planlarını alt-üst etdiyini bəyan edib. Saxlanılanlar arasında separatçı rejimə bağlı şəxslər və “Daşnaksütyun” Partiyasının nümayəndələri də var. Paralel olaraq, müxalif “Ermənistan Birliyi” Partiyasının üzvlərinin də evlərində axtarışlar aparılır.

Arxiyepiskop Qalstanyanın vəkili onun siyasi motivli təqiblərə məruz qaldığını iddia edir və yaxın zamanda həbs qərarının veriləcəyini bildirib. Rusiya tərəfi isə Paşinyanın açıqlamalarına reaksiya verərək bu prosesləri Ermənistanın “daxili işi” adlandırıb.

Ölkədə baş verən son hadisələr kilsə, müxalifət və dövlət orqanları arasında kəskin qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərir. Dövlət çevrilişi iddiaları fonunda Ermənistanın siyasi gələcəyi ilə bağlı ciddi suallar yaranıb.


Politoloq Turan Rzayev Sherg.az-a söyləyib ki, Ermənistanda son günlərdə baş verən hadisələr arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs Mübarizə” hərəkatının üzvlərinə qarşı aparılan axtarışlar, onların “terror aktları planlaşdırmaq” ittihamı ilə hədəfə alınması təəccüblü deyil:


"Mənə görə Ermənistan cəmiyyəti uzun illərdir ki, üç əsas qütbə bölünüb: Paşinyan və onun çevrəsindəki “inqilabçılar”, köhnə siyasi elita və oliqarxik dairələr, kilsə. Baqrat Qalstanyanın başçılıq etdiyi hərəkat da məhz bu üçüncü qrupa aiddir. Onun rəhbərlik etdiyi cərəyan siyasi sistemin dəyişdirilməsi, dövlətin “millilik” xəttinə qayıtması və Paşinyanın qərbyönlü, kompromisçi siyasətindən imtina olunması ideyası üzərində qurulub. Erməni Apostol Kilsəsinin bu qədər aktiv şəkildə siyasi proseslərə cəlb olunması da təsadüf deyil. Bu, həm də xarici təsirlərin, xüsusilə Rusiya və regiondakı anti-Qərb dairələrinin dəstəklədiyi ideoloji xəttin təzahürüdür. Qərbyönlü Paşinyan hakimiyyətinə qarşı son bir ildə artan təzyiqlər həm daxildə (kütləvi yürüşlər, “Artsax məsələsi”ndə xəyanət ittihamları), həm də xaricdə (Rusiyanın Ermənistanı regional layihələrdən təcrid etməsi) müşahidə edilir".


Analitik qeyd edib ki, son axtarışlar və “terror planları” ilə bağlı yayılan məlumatlar isə onu deməyə əsas verir ki, Paşinyan riskin artdığını anlayır və prosesi nəzarətdən çıxmadan öncə onu boğmağa çalışır:

"Bu, çevriliş təhlükəsi ilə üz-üzə qalan hakimiyyətlərin atdığı qabaqlayıcı zərbədir. Ancaq bu taktika risklidir. Çünki kilsə kimi hələ geniş nüfuza malik institutlara qarşı belə addımlar bir çox hallarda cəmiyyətin bir hissəsinin daha da radikallaşmasına səbəb ola bilər. İdeoloji motivasiyalı kütlələr öz liderlərini “şəhid”, “qurban” obrazında görərək daha inadlı müqavimətə keçə bilər. 

Hesab edirəm Ermənistanda yaxın perspektivdə “klassik anlamda dövlət çevrilişi” ehtimalı aşağıdır. Birincisi hərbi elita Paşinyanı hələlik dəstəkləyir. İkincisi Qərb üçün Paşinyan hələlik məqbuldur. Üçüncüsü Ermənistan cəmiyyəti hələlik genişmiqyaslı qarşıdurmaya tam hazır deyil. Lakin lokal toqquşmalar, təhlükəsizlik sisteminə qarşı təxribatlar və siyasi zorakılıq halları baş verə bilər. Əgər Paşinyan bu prosesi yalnız güc yolu ilə həll etməyə çalışsa hazırda marjinal görünən hərəkatlar zamanla kütləvilik qazana bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 İyun 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see615

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see432

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see315

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see304

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see251

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see232

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see223

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see220

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see211

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see202

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see200

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see199

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see196

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see190

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see185

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see175

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see175

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see172

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see163

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri