Icma.az
close
up
RU
Qabiliyyət tələb edən ixtisaslar üzrə plan yerləri SİYAHI

Qabiliyyət tələb edən ixtisaslar üzrə plan yerləri SİYAHI

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə plan yerləri müəyyənləşib.

Modern.az-ın Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 4-cü nömrəsindən əldə etdiyi məlumata görə, Bakı Dövlət Universitetinin Qazax filialında fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasına 30 yer ayrılıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetində dizayn ixtisası üzrə Azərbaycan bölməsinə 125, Azərbaycan və rus bölmələri birgə olmaqla ingilis dilində tədrisə 25, rus bölməsinə 50 plan yeri ayrılıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan bölməsi üzrə fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyinə 50, musiqi müəllimliyinə 30, təsviri incəsənət müəllimliyinə 90 yer verilib. Rus bölməsi üzrə fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyinə və təsviri incəsənət müəllimliyinə ayrı-ayrılıqda 20 plan yeri ayrılıb.

Bakı Musiqi Akademiyasında musiqi müəllimliyinə 30, bəstəkarlığa 2, dirijorluğa 10, instrumental ifaçılığa 82, musiqişünaslığa 12, populyar musiqi və caz ifaçılığına 3, vokal sənətinə isə 12 yer ayrılıb.

Azərbaycan Milli Konservatoriyasında musiqi müəllimliyinə 25, bəstəkarlığa 3, xalq çalğı alətləri orkestrinin dirijorluğuna 2, xor dirijorluğuna 3, instrumental ifaçılığa 70, musiqişünaslığa 8, populyar musiqi və caz ifaçılığına 20, xanəndəlik üzrə vokal sənətinə 40, milli vokal üzrə vokal sənətinə 20 yer verilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqi müəllimliyinə 20, təsviri incəsənət müəllimliyinə 40, Azərbaycan bölməsi üzrə aktyor sənətinə 53, rus bölməsi üzrə aktyor sənətinə 7, dekorativ-tətbiqi sənətə 15, dizayna 50 plan yeri ayrılıb. Universitetdə fortepiano, violin, viola, gitara, klarnet, saksofon və zərb alətləri üzrə instrumental ifaçılığa 25, tar, kamança, qanun, nağara, balaban və saz üzrə instrumental ifaçılığa 40 yer verilib. Qrafika ixtisasına 10, musiqişünaslığa 3, Azərbaycan bölməsi üzrə operator sənətinə 14, rus bölməsi üzrə operator sənətinə 6, populyar musiqi və caz ifaçılığına 10, rejissorluğa 15, rəngkarlığa 12, xanəndəlik üzrə vokal sənətinə 20 plan yeri ayrılıb.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təsviri incəsənət müəllimliyinə 40, dekorativ-tətbiqi sənətə 80, dizayna 100, heykəltəraşlığa 10, qrafikaya 20, rəngkarlığa 35 plan yeri verilib.

Bakı Xoreoqrafiya Akademiyasında Azərbaycan bölməsi üzrə xoreoqrafiya sənətinə 110, rus bölməsi üzrə xoreoqrafiya sənətinə 10, instrumental ifaçılığa 5 yer ayrılıb.

İdman Akademiyasında fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyinə 275, adaptiv bədən tərbiyəsinə 100, kütləvi-sağlamlaşdırıcı idmana 25, olimpiya fiziki hazırlığına 100 yer ayrılıb. Komanda idman növləri üzrə ixtisasa 175 plan yeri verilib.

Akademiyada məşqçilik ixtisasının ağırlıqqaldırma istiqaməti üzrə Azərbaycan bölməsinə 8, rus bölməsinə 3, ingilis dilində tədrisə 2 yer ayrılıb. Futbol üzrə Azərbaycan bölməsinə 37, ingilis dilində tədrisə 2, gimnastika üzrə Azərbaycan bölməsinə 8, rus bölməsinə 10 yer verilib.

Həndbol üzrə Azərbaycan bölməsinə 10, rus bölməsinə 5, ingilis dilində tədrisə 3, idman dırmanmasına 8, kamandan oxatmaya 10, kanoe və avarçəkmə üzrə Azərbaycan bölməsinə 15, ingilis dilində tədrisə 2 plan yeri ayrılıb.

Karate üzrə Azərbaycan bölməsinə 12, rus bölməsinə 3, qılıncoynatma üzrə Azərbaycan bölməsinə 10, ingilis dilində tədrisə 2, qış idman növləri üzrə Azərbaycan bölməsinə 2, ingilis dilində tədrisə 3 yer verilib.

Şahmat üzrə məşqçiliyə 10, sambo üzrə məşqçiliyə 12, sərbəst güləş üzrə Azərbaycan bölməsinə 20, rus bölməsinə 5, ingilis dilində tədrisə 2 plan yeri ayrılıb. Stolüstü tennis üzrə Azərbaycan bölməsinə 14, rus bölməsinə 4 yer verilib.

Naxçıvan Dövlət Universitetində fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyinə 30, musiqi müəllimliyinə 15, təsviri incəsənət müəllimliyinə 15, aktyor sənətinə 10, bəstəkarlığa 3, dirijorluğa 3 yer ayrılıb. Tar, kamança, qarmon, balaban, qanun, nağara və saz üzrə instrumental ifaçılığın Azərbaycan bölməsinə 10, rus bölməsinə 5 plan yeri verilib.

Fortepiano üzrə instrumental ifaçılığa 15, violin, viola, violonçel və kontrabas üzrə instrumental ifaçılığa 5, fleyta, klarnet, saksofon, truba, trombon, qoboy, valtоrna, faqot, tuba və zərb alətləri üzrə instrumental ifaçılığa 5 yer ayrılıb. Musiqişünaslıq üzrə Azərbaycan bölməsinə 5, rus bölməsinə 10, rəngkarlığa 5, vokal sənətinə 10 yer verilib.

Universitetdə atletika üzrə məşqçiliyin Azərbaycan və rus bölmələrinin hər birinə 17, voleybol üzrə məşqçiliyin Azərbaycan bölməsinə 17, rus bölməsinə 16, futbol üzrə məşqçiliyin Azərbaycan bölməsinə 16, rus bölməsinə 17 plan yeri ayrılıb.

Gəncə Dövlət Universitetində fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyinə 30, musiqi müəllimliyinə 20, təsviri incəsənət müəllimliyinə 40 yer verilib. Futbol və atletika üzrə məşqçiliyə ayrı-ayrılıqda 15, atletikanın rus bölməsinə 10, boks üzrə məşqçiliyə 15, sərbəst güləş üzrə Azərbaycan bölməsinə 15, rus bölməsinə 10, yunan-Roma güləşinə 15, basketbol və voleybol üzrə məşqçiliyə ayrı-ayrılıqda 10 yer ayrılıb. Ümumi fiziki hazırlıq ixtisası üzrə plan yerlərinin sayı 60-dır.

Sumqayıt Dövlət Universitetində fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasına 20 yer ayrılıb.

Lənkəran Dövlət Universitetində musiqi müəllimliyinə 25, təsviri incəsənət müəllimliyinə 20, dizayn ixtisasına 30 plan yeri verilib.

Qarabağ Universitetində fortepiano üzrə musiqi müəllimliyinə 10, müxtəlif musiqi alətləri üzrə musiqi müəllimliyinə 10, bəstəkarlığa 2, dekorativ-tətbiqi sənətə 10, xor dirijorluğuna 5, dizayna 40 yer ayrılıb.

Universitetdə nəfəs və simli alətlər üzrə instrumental ifaçılığa 10, tar, kamança, saz, nağara, qanun və balaban üzrə instrumental ifaçılığa 15, fortepiano üzrə instrumental ifaçılığa 15, musiqişünaslığa 5, rəngkarlığa 10, xanəndəlik və akademik vokal üzrə vokal sənətinə ayrı-ayrılıqda 5 plan yeri verilib.

Xəzər Universitetində təsviri incəsənət müəllimliyi ixtisasına 20 yer ayrılıb.

Odlar Yurdu Universitetində dizayn ixtisasının Azərbaycan və rus bölmələri üzrə birgə qəbuluna 55, ingilis dilində tədrisinə isə 15 plan yeri verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Avqust 2026 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri