Icma.az
close
up
RU
Qacar Rus Savaşları Gülüstan və Türkmənçay müqavilələri

Qacar Rus Savaşları Gülüstan və Türkmənçay müqavilələri

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

VIII Yazı

II Qacar-Rus Savaşı (1826-1828)

Hüseyn xan Sarı Aslan savaşa baş komandan Abbas Mirzənin göstərişi ilə sınanmış atlı və piyada ordusu ilə Sərdarabad və Gümrü tərəfdən həmlə etmiş, rus ordu komandanı Orlovun əsgərlərinə qarşı bir neçə saat sürən döyüş nəticəsində rusları məğlub edilərək geri çəkilməyə məcur edilmişdir və sonra Hüseyn xan Sərdar Qacarın qüvvələri ilə birləşmişdir.

Abbas Mirzə sərkərdələrinin qələbəsindən xəbərdar olduqdan sonra Gəncəyə nicat vermək məqsədi ilə hərəkət etmişdir.O,yola çıxanda Xoy şəhərində görüşmək üçün Gəncə valisinin (Cavad xan Ziyadoğlu -Qacar) oğlu Uğurlu xan Qacara xəbər göndərmişdi.Xoy şəhərində Uğurlu xanla görüşdükdə Abbas Mirzə ona şəhər əhalisinə,xüsusən üləmalara Qacar qoşunlarına kömək göstərmək üçün hərəkət etməsini tapşırmışdır.Gəncə valisinin oğlu bu tapşırığı məharətlə yerinə yetirmiş,əhalini gizlicə üsyana hazırlamışdır.Buna görə də Abbas Mirzə ordusu ilə Gəncəyə çatmamış Uğurlu xan Qacarın hazırladığı qüvvələr gizləndikləri yerdən çıxıb şəhərin rus qarnizonuna həmlə etmişdir.Bu vaxt şəhərin xaricində düşərgə salmış bir çox rus ordu qüvvələri qorxuya düşüb qarnizona yardım etmək üçün Gəncəyə doğru yollanmışdı.

Şəhərdə dəhşətli,şiddətli bir döyüş başlamışdır.Abbas Mirzənin qoşunu Gəncə əhalisinin yardımına çatıb rusları məğlub etmişlər.Düşməndən çoxlu qənimət alınmışdır.Düşmənin Şəmkir kəndinə qaçmış bir ordusunu isə Uğurlu xan izləyərək son nəfərinədək həlak etmişdir.O biri gün Gəncə valisinin oğlu Uğurlu xan meyidlərin içindən tanıdığı rus sərkərdələrinin başlarını hədiyyə olaraq Fətəli şah Qacara göndərmişdi.Abbas Mirzə bu parlaq qələbədən sonra bir dəstə qoşunla qardaşı Məmmədəli Mirzəni şəhərin müdafiəsi üçün qoyub özü Şuşanı xilas etmək məqsədi ilə hərəkət etmişdir.

Azərbaycan cihadı.Qacar ordusunun Qarabağa girməsi Azərbaycan türklərinin milli birliyini gücləndirdi və şücaətə sövq etdi.Borçalıda Loru şəhəri ruslar əleyhinə üsyan elədi.Bakılılar Hüseynəli xanı dəvət edərək,təkrar şəhəri rus qoşunlarından təmizlədilər.Surxay xan da Dağıstana girdi və Şimali Azərbaycanın bütün işğal edilmiş nöqtələrində xalq üsyan edərək,rus qarnizonlarını məhv edir və sabiq xanları öz yerlərinə dəvət edirdilər.Bunu görən ruslar dərhal Osmanlı hüdudundan və Gürcüstandan ordularını Azərbaycana cəmləşdirdilər.

Rusların Qafqazdakı ordularının baş komandanı qoşunlarının məğlubiyyəti xəbərini eşitdikdə təcrübəli sərkərdəsi general Valerian Qriqoryeviç Mədətova göstəriş vermişdir ki,kazak hissələri,iyirmi min könüllü erməni və iyirmi topla birlikdə Gəncəyə tərəf yollansın.

Saysız rus ordusunun hücumu qarşısında əsgərlərinin az olduğuna görə iztiraba düşmüş Məmmədəli Mirzə Gəncə şəhərinin müdafiəsini Nəzərəli xana tapşırıb özü Əmir xan sərdarla birlikdə rusların qabağına çıxmışdır.

Şəmkir civarında iki tərəf arasında qanlı döyüş olmuşdur.Bu döyüşdə görünməyən qoçaqlıq göstərib cəsarətlə düşmənə sağdan,soldan həmlə edən Əmir xan sərdara gözlənilmədən güllə dəyib yıxılmışdır.

Sayca bir neçə mindən keçməyən Qacar əsgərləri sərkərdələrinin şəhid olduğunu gördükdə qorxuya düşərək geri çəkilmişlər. Milliyətcə erməni olan rus ordu komandanı Mədətov isə o biri tərəfdən Gəncəyə gəlib Nəzərəli xanı təslim olmağa məcbur etmişdir.

Naibüssəltənə Abbas Mirzə rusların Gəncəni aldığını eşitdikdə Şuşanı mühasirəyə almaqdan əl çəkib,öz ordusu ilə tələsik Gəncəyə doğru hərəkət etmişdir.

Abbas Mirzə Gəncəyə çatmadan Gorusda rus qüvvələrinin avanqardına rast gəlmişdir.Ön xətdə hərəkət edən sərkərdə burada əhalinin köməyi ilə rus ordusuna hücum edərək min nəfər əsir və altı top qənimət alıb,düşmənin avanqardını dağıtmışdır. Bu uğurdan sonra Abbas Mirzə Mədətovun qoşunlarının böyük hissəsinə hücum etmiş,şiddətli savaş nəticəsində onlara böyük zərbə endirib,rusları geri çəkilməyə məcbur etmişdir.Sonra Abbas Mirzə öz qüvvələrini toplayaraq,geri çəkilən düşməni qovmuş,hələ də fəzası top mərmilərinin və barıtın tüstüsündən təmizlənməmiş Şəmkir nahiyəsində Mədətovun qorxub ruhiyyəsini itirmiş qüvvələrini məğlub etmişdir.O,ruslardan iki min əsir və səkkiz top qənimət aldıqdan sonra yenidən Gəncəni ələ keçirmişdir.O günün səhəri Gəncədə görünməyən şənliklə onu qarşılayan şəhər əhalisinin alqışı altında Abbas Mirzə şəhərə girib əhaliyə öz məmnunluğunu bildirmək üçün birbaşa böyük məscidə getmişdir.

Səfər ayının 23-də səhər tezdən general Mədətovun yardımına böyük ordu ilə gələn general İvan Fyodoroviç Paskeviç Şəmkirdə Abbas Mirzənin qoşunlarına rast gəlmişdir.Hər iki tərəf mövqelərini möhkəmləndirib,qoşunlarını döyüşə hazırlamışlar.

Abbas Mirzə şəxsi qvardiya atlılarını,Əbdülməliki adını daşıyan atlı hissələrini,habelə bəxtiyarlı və Azərbaycan piyada hissələrini sol cinahda,təcrübəli,döyüşkən astrabadlı Türkman və mazandaranlı əsgərlər isə sağ cinahda müdafiə üçün təyin etmişdir.Sonra o,Cahangir Mirzəni iki başqa oğlu və Azərbaycan piyada,atlı hissələri ilə birlikdə orta atəş xəttində qoyub,özü isə bir dəstə seçilmiş əsgərlə yaxın dərədə, qərargahında qalmışdır.Azərbaycan və Mazandaran piyada hissələrinin tüfəng atəşi ilə döyüş başlanmışdır.Döyüşün əvvəlində Azərbaycan atlı hissələrinin avanqardı olan Şahsevənlərin şiddətli həmləsi nəticəsində düşmən avanqardını təşkil edən atlı və piyada hissələri məğlub edilmişdir.Lakin bu zaman general Mədətovun əmri ilə rus topçuları toplardan atəş açaraq Azərbaycan əsgərlərinin üstünə amansızcasına mərmilər yağdırmışlar.

Hacı Məhəmməd xanın başçılığı altında döyüşən bir dəstə piyada hissəsi rusların top mərmilərindən qorxuya düşüb geri çəkilmişdir.Lakin Uğurlu xan Ziyadoğlu-Qacar müqavimət göstərmək üçün əsgərlərini ruhlandırıb, özü də savaşda görünməyən qoçaqlıq göstərmiş,nəhayət,bir sıra heyrətləndirici qəhrəmanlıqlardan sonra rusların hədsiz çox qüvvələri qarşısında geri çəkilmək məcburiyyətində qalmışdı.

Bu zaman bir dəstə əsgərlə ruslara əsir düşmüş Qacar sərkərdəsi Məmməd Mirzə cəsarətli bir şahsevən əsgərinin fədəkarlığı nəticəsində xilas olmuşdur.Bundan sonra düşmənin sayca üstün olduğuna görə Qacar qüvvələri Araz çayına doğru geri çəkilmək məcburiyyətində qalmışdır.

General Mədətov əldə etdiyi qələbəyə baxmayaraq,Abbas Mirzənin arxada,Naxçıvanla Şuşa arasında toplanmış əsgərlərindən qorxub,Qacar ordusunun arxasınca getməkdən imtina etmişdir.Naibüssəltənə isə şiddətli qar yağdığına görə yolların bağlanmasını düşünüb Təbrizə qayıtmışdır.

Fətəli şah Qacar cəbhədə vəziyyəti bilmək üçün Azərbaycana gəldikdən sonra Abbas Mirzə Cənubi Qafqaza tərəf hərəkət etmiş və Allahyar xan Asəfüddövlə ilə birlikdə İrəvan xanlığının Gorus şəhərinə gəlmişdir.Bu şəhərdə o,rusların böyük qüvvə ilə Abbasabadı mühasirəyə almalarını eşitmişdir.Abbas Mirzə altı min atlı hissələri və iki topla Rüknüddövlə və Asəfüddövləni öz yanına gətirib Abbasabadı mühasirəyə alan rusları dağıtmaq üçün hərəkət etmişdir.

Abbas Mirzə qabaqcadan Həsən xan Sarı Aslana əmr etmişdir ki,düşmən qüvvələrinin nəzərini yayındırmaq məqsədi ilə hamıdan əvvəl döyüşə başlasın.Abbas Mirzənin məqsədi bu idi ki,düşmən qoşunları Həsən xanın az qüvvələrinə aldanaraq,Abbasabadın mühasirəsindən əl çəkib səngərlərindən çıxsın və bu zaman özü pusqudan çıxıb qəfildən ruslara həmlə etsin.

Abbas Mirzə öz hücum planını sərkərdələrinə izah etdiyi vaxt qoşunun içərisində xəyanətkar Tehran ermənilərindən biri Qacar baş sərkərdəsinin planından xəbərdar olmuşdur.Gecənin qatı qaranlığında Qacar əsgərləri yatdığı zaman həmin erməni hiyləgəri əsgər atlarından birinə minib özünü tələsik düşmən ordusunun komandanı Paskeviçin yanına yetirmiş,Qacar baş sərkərdəsinin planını ona xəbər vermişdir.

Qacar ordusunun hərbi planının həyata keçirilməsinə mane olmaq məqsədi ilə Paskeviç yeni əsgərləri ilə birlikdə hərəkət etmişdir.Yolda Qacar və rus əsgərləri bir-birinə rast gələrək,dəhşətli,qanlı savaş olmuşdur.Qacar qoşunu düşmənin üstünlüyünə baxmayaraq,cəsarətlə müqavimət göstərmiş,lakin hər cür yeni silah və hərbi vəsaitlə təchiz olunmuş rus ordusunun təzyiqi nəticəsində qaçmaq məcburiyyətində qalmışdır.

Qacar ordusunun parlaq qələbələri və rus ordusuna qarşı üsyanlar

Abbas Mirzənin qələbə və müvəffəqiyyət xəbərini Qafqaz müsəlmanları və türkləri eşitdikdə on üç il ərzində Rusiya hökumət adamlarının mənəvi təhqirinə və cürbəcür zülmlərinə məruz qaldıqlarına görə cəsarətlənib rus valisi və ordusu əleyhinə üsyan qaldırmışlar.Bakı, Şirvan və Salyan şəhərlərində üsyanlar daha çox genişlənib,əhali özünü rus işğalçılarından xilas edə bilmişdir. Dağıstan müsəlmanları isə silaha sarılıb Abbas Mirzənin ordusu yetişən kimi rusları qətl etmiş, rus ordu komandanı və başçılarının zorla aldıqları yerləri geri qaytarmışlar.

Hüseynqulu xan Sərdar Qacar dövlətinə pənah gətirmiş axırıncı Gürcüstan şahının oğlu İsgəndər Mirzə ilə birlikdə İrəvanla Tiflis arasındakı bütün məntəqələrə nəzarət etmiş,Qafqazın mərkəzi olan Tiflisə qədər irəliləmişlər.

Abbas Mirzə cəsarətli və vətənpərvər sərkərdəsi Hacı Məmməd xan Dəvəlliyə Lənkəranı xilas etmək vəzifəsini tapşırmışdı.O, bu vəzifəni yerinə yetirmək üçün tanınmış Lənkəran polku ilə birlikdə Kürlü kəndindəki rus mövqelərinə hücum etmişdir.Təcrübəli və döyüşkən Lənkəran polku,çətin keçiləcək yolları olan şimal dağları ilə düşmənə doğru irəliləmiş,Məmməd xan isə rus qüvvələrini sağ tərəfdən sıxışdırıb bir savaş nəticəsində onların geri çəkilməməsi üçün yollarını tamamilə kəsmişdir.

Rus generalı mövqeyini pis vəziyyətdə gördükdə geri çəkilsə də,çox tələfat verərək məğlub edilmişdir. O biri gün Hacı Məmməd xan Abbas Mirzənin göndərdiyi yeni polkun və şəhərdəki müsəlmanların köməyi ilə bu əhəmiyyətli limanı işğal edərək düşməndən xilas etmişdir.

Döyüşkən Qacar qüvvələri tərəfindən Gəncə şəhəri alınıb xilas edildikdən sonra Qacar ordusundan bu kimi cəsarətli hücumları gzləməyən Rusiya imperatoru I Nikolay (1825-1855) Avropa cəbhəsində qəhrəmanlıqlar göstərmiş, Polşa və Osmanlı müharibələrində böyük qələbələr əldə etmiş general Paskeviçi çağırtdırıb,onu Qafqaz cəbhəsindəki rus ordusuna baş komandan təyin etmişdir. Rus imparatoru ona tapşırıq vermişdir ki,nəyin bahasına olursa-olsun, Abbas Mirzənin ordusunu darmadağın etsin...

Paskeviç bu vəzifəyə təyin olunduqdan sonra böyük bir qüvvə ilə Qafqaza doğru hərəkət etmişdir. Gəncədə və İrəvan ətrafında Mədətovun məğlubiyyətini eşitdikdə onun basılmış və acınacaqlı bir halda olan ordusuna yardım etmək üçün böyük ordu ilə Tiflisə yollanmışdır.

Bu zaman öz planlarını həyata keçirmək yolunda Abbas Mirzəni ən böyük maneə sayan Paskeviç ona qarşı sui-qəsd təşkil etmək məqsədi ilə dörd nəfər təcrübəli əsgərinə tapşərıq vermişdir ki,Qacar dövlətinin qoçaq sərkərdəsi döyüş və müdafiə ilə məşğul olduğu vaxt onu öldürsünlər.

Uzun nizələrlə silahlanmış dörd atlı savaş zamanı özlərini Abbas Mirzəyə yetirmişlər.Abbas Mirzə ona qəfildən sui-qəsd ediləcəyini duyaraq,cəld əlindəki tapançadan ikisinə atəş açmış,uzun nizə ilə onun üstünə cuman iki nəfəri isə qılıncla yerə sərmiş və beləliklə,düşmənin alçaq planını heçə çıxararaq dörd kazakı öldürmüşdü.

Bu yeni qanlı döyüşdə fədəkarlıq göstərən Qacar dövləti şahı Fətəli xan Qacar yaralandığına baxmayaraq,qanı axa-axa yenə mövqeyini müdafiə etməyə davam edirdi.Nəhayət,o,taqətdən düşüb yıxılmış və döyüş meydanında düşmən atlılarının ayağı altında ayaqlanan meyidlərin arasına düşmüş son anda xilas edilmişdi.

Abbas Mirzə düşmənin saysız qüvvələrinə qarşı əsgərlərinin müqavimət göstərməsini faydasız görmüşdür. Abbas Mirzə həyəcanlanıb əsgərlərinə geri çəkilmək əmri vermiş və qoşunlarını Araz çayı kənarına geri çəkmişdir.

Paskeviç bu qələbədən sonra hiylə işlədib rus əsgərlərinin ön sırasında qondarma Qacar bayrağı qaldırmaqla Araz çayından keçib Abbasabada qədər sürətlə irəliləmişdir.Qabaqcadan Paskeviç ilə gizli əlaqəsi olan xəyanətkar Ehsan xan Kəngərli rus qoşunları Abbasabad yaxınlığında olarkən namərdlik göstərib öz tərəfdarlarının köməyi ilə qaladakı vətənpərvər Qacar əsgərlərini tutaraq rus ordusunun generalına vermiş,sonra Paskeviçi qarşılayıb müdafiəsiz Abbasabadı düşmən əlinə tapşırmışdır.

Azərbaycanın İrəvan və Naxçıvan şəhərlərinin Osmanlı dövləti sərhədlərinə yaxın olması və hərbi cəhətdən coğrafi mövqeyinin əhəmiyyəti Şimali Azərbaycanda istiqlaliyyətini mühafizə etməkdə olan bu son iki xanlığı da rusların istilasına məhkum etmişdi.

Ardı var

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Oktyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see195

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see160

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see145

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see141

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see140

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see135

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see130

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see126

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri