Qaçırdıqları maşınlarda tutuldular
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yasamal və Abşeron rayonlarında avtomobil qaçıran şəxslər saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, noyabrın 29-da gecə saatlarında Yasamal rayonu ərazisindən “KİA” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 28 yaşlı T.Salahov avtomobili idarə edərkən saxlanılıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Xırdalan şəhəri ərazisindən “KİA” markalı avtomobil qaçırmaqda şübhəli bilinən 28 yaşlı S.Aydınov avtomobillə birgə Digah qəsəbəsi ərazisində saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.

Qaçırdıqları maşınlarda TUTULDULAR
30 Noyabr 2024 13:42
Kabel oğruları tutuldular FOTO
18 Dekabr 2024 09:05
62 kq narkotiklə tutuldular
28 Yanvar 2025 13:29
Keçmiş məhkumlar oğurluğa görə tutuldular
05 Aprel 2025 13:46
Maşınlarda qaz balonları buna görə partlayır Ekspert
19 Mart 2025 08:31

