Icma.az
close
up
RU
Qaçqınların qoruma statusunu ləğv edilib

Qaçqınların qoruma statusunu ləğv edilib

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ Honduras və Nikaraquadan gələn miqrantlara verilmiş müvəqqəti qoruma statusunu (TPS) rəsmən dayandırıb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) tərəfindən "Federal Reyestr"də dərc olunan bildirişə görə, hər iki ölkə üçün TPS statusu 8 sentyabr saat 23:59-da qüvvədən düşüb.

Qərarın icrasından sonra ölkədəki təxminən 76 min Honduraslı və Nikaraqualı miqrantın deportasiyadan müdafiəsi və iş icazələri etibarsız sayılıb. Xatırladaq ki, TPS proqramı 1999-cu ildə, 1998-ci ildə baş verən Mitch qasırğasının yaratdığı dağıntılardan sonra Honduras və Nikaraqua vətəndaşlarına tanınmışdı.

DHS, hər iki ölkənin artıq proqram üçün tələb olunan hüquqi şərtlərə cavab vermədiyini bildirərək, Honduras və Nikaraquadakı şəraitin vətəndaşların təhlükəsiz şəkildə geri qayıtmasına imkan verəcək dərəcədə yaxşılaşdığını vurğulayıb. Vəzifəyə başladığı gün imzaladığı prezident fərmanı ilə sələfi Co Bayden dövründə tətbiq edilən “çeşidlilik, bərabərlik və inklüzivlik” siyasətini ləğv edən ABŞ Prezidenti Donald Tramp daha sonra qanuni yollarla miqrasiya imkanı yaradan “CBP One” tətbiqinin də dayandırıldığını açıqlamışdı.

Prezident Tramp ölkəyə qanunsuz daxil olan “cinayətkar miqrantların” nəzarət altında saxlanılması üçün Quantanamo körfəzində 30 min nəfərin yerləşdirilə biləcəyi müəssisənin hazırlanması göstərişini verib. ABŞ Müdafiə naziri Pit Hegseth isə həmin müəssisənin “miqrantlar üçün ideal bir məkandır” olduğunu söyləyib. Donald Tramp prezidentliyə başladığı vaxtdan bəri Haiti, Venesuela və Əfqanıstan kimi ölkələrə qarşı müvəqqəti qoruma statusunun ləğv edilməsi istiqamətində addımlar atıb. Lakin bu təşəbbüslərdən bəziləri məhkəmə tərəfindən dayandırılıb. Qeyd edək ki, TPS proqramı miqrantlara ölkədə işləmək imkanı yaradır, eyni zamanda onların deportasiyasının qarşısını alır.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see355

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see338

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see327

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see291

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see279

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see275

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see263

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see248

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see239

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see237

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see236

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see229

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see223

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see220

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see214

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see204

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see202

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see196

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see196

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri