Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qadağa elektron siqaret çəkənlərin sayını azaldıb? VACİB AÇIQLAMA

Qadağa elektron siqaret çəkənlərin sayını azaldıb? VACİB AÇIQLAMA

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Azərbaycanda elektron siqaretlərlə bağlı qadağa 1 aprel 2026-cı ildən qüvvəyə minib və bu qərar ölkədə tütünçəkməyə qarşı aparılan siyasətin daha da sərtləşdirilməsi kimi qiymətləndirilir.

Qadağa ilə bağlı BAKU.WS-ə danışan "Azad İstehlakçılar" İctimai Birliyi"nin sədri Eyyub Hüseynov (AİİB) isə hesab edir ki, ölkəmizdə 8.08.2021-ci ildə "Tütün və tütün məmulatları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub, bu müddət ərzində tütündən istifadənin daha da məhdudlaşdırılması üçün Qanunda 18 dəfə dəyişıklik aparılıb və son dəyişıklik 2026-cı ilin 1 fevral tarıxində olub:

"Qanunda olan son dəyişikliyə görə 2026-cı ilin 1 aprel tarixindən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilib. Qeyd etdiyimiz kimi bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna müvafiq dəyişiklik edilib. Eyni zamanda həmin qanunla qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə otuz manat məbləğində cərimə nəzərdə tutulub. AİİB-ə qadağanın konkret olaraq hansı məhsullara şamil edildiyi barədə çoxsaylı müraciətlər və suallar daxil olur. Eyyub Hüseynov əlavə edib ki, qanunda edilmiş son dəyişikliklə qadağa yalnız elektron siqaretlərə aiddir və digər qızdırılan tütün məmulatlarına şamil olunmur: "Bu məhsullar qanunvericilikdə iki ayrı kateqoriya kimi müəyyən edilib. "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanuna elektron siqaretləri qızdırılan tütün məmulatlarından ayırmaq məqsədilə iki maddə əlavə olunub:

1.0.4-1. qızdırılan tütün məmulatı – tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilmir. 1.0.4-2. elektron siqaret – qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsul. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.

Beləliklə, elektron siqaret qadağası qızdırılan tütün məmulatlarına və onların cihazlarına şamil olunmur", AİİB sədri sonda qeyd edib.

Maraqlıdır bu qadağa Azərbaycanda və dünyada hansı nəticələrə səbəb olub? Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, elektron siqaretlərlə bağlı qadağanın qüvvəyə minməsi birbaşa məhz həmin siqaretlərin ziyanları ilə bağlıdır:

"Artıq qırxdan artıq ölkədə elektron siqaretlərdən istifadə qadağandır və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də tövsiyələrdən biri məhz bu siqaretlərin istifadəsinin məhdudlaşdırılması ilə bağlıdır. Ona görə də bu addım həm beynəlxalq tövsiyələrə, eyni zamanda bir sıra ölkələrdə tətbiq edilən praktikaya uyğun olaraq atılıb. Çünki aparılan monitorinqlər göstərirdi ki, xüsusən gənclər arasında elektron siqaretdən istifadə halları artıb. Bu isə təbii ki, vətəndaşlarımızın sağlamlığı baxımından arzuolunan deyil. Buna görə də qadağa aprelin 1-dən qüvvəyə minib və müəyyən müddətdən sonra bu istiqamətdə əlavə monitorinqlərin aparılması nəzərdə tutulur. Elektron siqaretlərlə bağlı tətbiq edilən cərimələr də qısa müddətdir qüvvədədir. Bu səbəbdən müəyyən zaman keçdikdən sonra rəsmi statistika və monitorinq nəticələrinin açıqlanacağı gözlənilir".

Qeyd edək ki, dünyada elektron siqaretlərlə bağlı yanaşma vahid deyil, lakin son illərdə bir çox ölkə bu məhsullara qarşı sərt məhdudiyyətlər tətbiq edir. Ümumdünya Səhiyyə Təşkilatı məlumatına görə, hazırda 40-dan çox ölkə elektron siqaretlərin satışını tam qadağan edib, 130-dan artıq ölkədə isə müxtəlif formalarda tənzimləmə mövcuddur. Ekspertlər qeyd edir ki, qadağaların təsiri hər yerdə eyni deyil. Hətta elektron siqareti qadağan edən ölkələrin yalnız təxminən 24%-i bu qərarların real təsirini sistemli şəkildə ölçə bilib. Bu isə göstərir ki, qadağalar effektiv olsa da, onların nəticəsi əsasən nəzarət və tətbiq mexanizmlərindən asılıdır.

Digər tərəfdən, bəzi ekspertlərin fikrincə, məhsulların düzgün tənzimlənməsi və gənclərin istifadəsinin qarşısının alınması kimi effektiv nəzarət mexanizmləri qadağalardan daha səmərəlidir. Belə ki, bütöv bir məhsul kateqoriyasının qadağan edilməsi istənilən bazarda qanunsuz məhsulların meydana çıxmasına zəmin yarada bilər. Məhz bu məqamda iqtisadi və sağlamlıq faydaları son dərəcə diqqətlə ölçülüb-biçilməlidir.

Orxan Hüseyn

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://baku.ws
archiveBu xəbər 06 May 2026 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri