Icma.az
close
up
RU
Bakı məktəblilərinin “Türk dünyasına səyahət”i

Bakı məktəblilərinin “Türk dünyasına səyahət”i

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bakı şəhərindəki 156 nömrəli tam orta ümumtəhsil məktəbinin təşkilatçılığı ilə “Türk dünyasına səyahət” adlı tədbir keçirilib. Tədbir Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə baş tutub. Tədbirdə Milli Məclisin deputatı və Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Macarıstannın ölkəmizdəki səfiri Tamaş Yojef Torma, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner, Türkmənistanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Begenç Kakajanov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Fəttah Fəttayev və idarənin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova iştirak ediblər.

XQ-yə Bakı şəhəri üzrə Təhsil İdarəsi Media və İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, tədbir çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası mədəniyyətini, milli-mənəvi dəyərlərini və mətbəx nümunələrini əks etdirən guşələrə və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Çıxış edənlər tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, türk dünyasının ortaq tarixi, mədəni irsi və mənəvi dəyərlərinin gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb, türk dövlətləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində bu cür tədbirlərin rolunu xüsusi qeyd ediblər. 

Tədbirdə bədii proqram çərçivəsində şagirdlərin ifasında türk dövlətlərinin mədəniyyətini əks etdirən ədəbi-bədii kompozisiyalar təqdim olunub. 

M.MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see268

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see183

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see175

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see164

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri