Qadın həndbol millimizin VI İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlandı
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək qadın həndbolçulardan ibarət millimizin yekun heyəti müəyyənləşib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, baş məşqçi Aleksandr Revvanın rəhbərlik etdiyi komandanın tərkibində Alyona Barbakadze, Azaliya Həsənova, Dinara Süleymanova, Elnarə İbrahimova, Günel Əliyeva, İranə Şükürova, İrina Mixalkoviç, Kamilə Bayramova, Lyubov Rəsulova, Marta Abbasova, Mehparə Əliyeva, Rəna Həsənova, Sabina Smaqina, Səkinə Musayeva, Ülviyyə Şərifova və Yelizaveta Səlimova yer alıblar.
Qeyd edək ki, noyabrın 13-21-də keçiriləcək yarışlarda yığmamız B qrupunda Qazaxıstan, Özbəkistan və Qətər komandaları ilə mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 11 Noyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















