Icma.az
close
up
RU
Qadın mədə əməliyyatından sonra görmə qabiliyyətini itirdi

Qadın mədə əməliyyatından sonra görmə qabiliyyətini itirdi

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Şotlandiyanın Qlazqo şəhərindən olan Çelsi Konnell mədənin bir hissəsinin cərrahi yolla çıxarılması əməliyyatından (rezeksiya) sonra qismən görmə qabiliyyətini itirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Konnell artıq çəkidən qurtulmaq məqsədilə İngiltərənin Mançester şəhərində yerləşən özəl "Spire Hospital" klinikasında əməliyyat etdirib. Əməliyyatdan qısa müddət sonra başgicəllənmə, qusma və görmə problemləri yaşamağa başlayıb. Əvvəlcə bu simptomlar əməliyyatdan sonra orqanizmin təbii reaksiyası kimi qiymətləndirilib. Lakin aparılan təhlillər nəticəsində Konnelldə tiamin (B1 vitamini) çatışmazlığı aşkarlanıb. Bu vəziyyət onun beynində ciddi zədələnməyə səbəb olub.

Konnell üç ay xəstəxanada qalıb, bu müddətdə o, ayaqda durmaqda belə çətinlik çəkib. Hazırda nistagm (istəksiz göz hərəkətləri), daimi miqrenlər və başgicəllənmələr (verdiqo) onu narahat edir. O, verdiqonu "davamlı sərxoşluq hissi” kimi təsvir edir. Qadın artıq rəsmi olaraq qismən görmə əngəlli kimi qeydiyyata alınıb, nə avtomobil idarə edə, nə də ictimai nəqliyyatdan müstəqil istifadə edə bilir.

Çelsi pillələri saya-saya yeriməyə məcbur olduğunu, əks halda yıxılmaq riskinin yüksək olduğunu bildirib. Bütün bu ağır nəticələrə baxmayaraq, Konnell əməliyyatdan peşman deyil. O, çəkisinin azalmasının ikinci dəfə ana olmasına imkan verdiyini və bunun üçün yenidən eyni addımı atacağını söyləyib. Lakin o, klinikanın əməliyyatdan sonrakı zəif nəzarətini kəskin tənqid edib. Onun sözlərinə görə, klinika yalnız telefonla məsləhətlər verməklə kifayətlənib, vəziyyətin pisləşdiyini vaxtında aşkarlamayıb.

Hazırda Konnell evdə bir sıra adaptasiyalarla yaşayır: duxovoy kabinəni vannayla əvəz edib, gözəllik sahəsindəki işindən imtina edib və şəxsi gözəllik salonu açmaq planlarını dayandırıb. Həyat daha çətinləşsə də, o, müsbət düşüncəsini qoruyur, çünki artıq şəkərli diabet və digər artıq çəki ilə bağlı xəstəliklərdən azad olduğunu bildirir.

"Spire Hospital" klinikasının nümayəndələri baş verən hadisəyə görə təəssüf hissi keçirdiklərini bildiriblər və Konnell ilə əlaqə saxlayaraq şikayətlərini araşdırdıqlarını qeyd ediblər.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 İyun 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri