Icma.az
close
up
RU
Qadın qatilinə ömürlük həbs təklifi REAKSİYA

Qadın qatilinə ömürlük həbs təklifi REAKSİYA

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Deputat ağır cəzaların tətbiqi ilə bağlı ictimai dinləmələrə çağırır - iki fərqli mövqe 
“Məişət zorakılığı ilə bağlı qanuna dəyişikliyə yenə ehtiyac var”. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deputat Tamam Cəfərova bildirib. O təklif edib ki, məişət zorakılığı ilə bağlı qanun yenə müzakirəyə çıxarılsın və aidiyyəti qurumlar burada iştirak etsinlər.  
“Qadın qətlləri ilə bağlı məsələni xüsusi vurğulamaq istəyirəm. 2024-cü ilin statistikasına baxdım, 2023-cü ilə nisbətən faiz etibarilə aşağı düşüb. Amma yenə də mətbuatda hər həftə qadınların qətlə yetirilməsinin şahidi oluruq. Çox üzücü haldır ki, onlar həyat yoldaşı, keçmiş ərləri, birlikdə yaşadığı kişilər tərəfindən qətlə yetiriliblər. Biz həmçinin yeniyetmələrin öz anasını qətlə yetirməsinin şahidi olduq. Sonuncu dəfə 14 yaşlı oğlan öz anasını qətlə yetirdiyini məhkəmədə etiraf etdi. Bununla yanaşı, ataların öz qızlarını, qardaşların bacılarını qətlə yetirməsi faktları var. Ona görə də bu məsələ müzakirə olunmalıdır”.  
Onun fikrincə, dünyada belə bir proseslər gedir ki, qadın qətllərinə görə ömürlük həbs cəzası verilsin. “Düşünürəm ki, bu məsələ ilə bağlı ictimai dinləmənin keçirilməsi çox yaxşı olar”, - deputat bildirib. 
Son dövrlər ölkədə qadın zorakılığı və qadın qətlləri adi hal alıb. Elə bir gün yoxdur ki, mediada qadın zorakılığı və qətlləri ilə bağlı xəbərlərə rast gəlməyək. Təəssüf ki, bu hallar son illərdə qadınlara qarşı zorakılıq statistikasının nə qədər acınacaqlı olduğunu bir daha göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə məişət zorakılığı ilə bağlı 1482 cinayət törədilib, ümumilikdə 1386 şəxs məsuliyyətə cəlb edilib. Onlardan 88-i qadın, 1298 nəfəri isə kişi olub. Bu hüquqazidd əməllər nəticəsində 1513 zərərçəkmiş şəxs müəyyən edilib. Onlardan 1224-ü qadın, 289 nəfəri isə kişidir. Bu statistik rəqəmlərdən də göründüyü kimi, zorakılıq törədənlərin əksəriyyəti kişilər, zərərçəkmiş şəxslərin isə əksəriyyəti qadınlardır. 
2024-cü ildə isə 1471 nəfər məişət zorakılığı nəticəsində zərərçəkib. Zərərçəkənlərin 83,5 faizini qadınlar, 1,2 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib. Bu rəqəm əvvəlki illərlə müqayisədə (2022-ci ildə 1605 nəfər) müəyyən qədər azalsa da, qadınlara qarşı aqressiyanın davam etdiyini göstərir. 
Deputatın təklifinə hüquq müdafiəçiləri necə yanaşırlar? Ömürlük həbs cəzası cinayətlərin sayının azalmasına səbəb ola bilərmi? 
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki,  bu məsələni yalnız hüquqi sərtliklə həll etmək mümkün deyil: “Tarix və dünya təcrübəsi göstərir ki, ən sərt cəzalar belə, cinayətlərin tam qarşısını almır. 

Məsələn, İranda oğurluq edənlərin cəzalandırılması üçün radikal üsullar, o cümlədən əl kəsmək kimi cəzalar tətbiq olunur. Amma bütün bunlara baxmayaraq, oğurluq tamamilə aradan qalxmayıb. Deməli, əsas məsələ yalnız cəza mexanizmlərində deyil, bu cəzaların arxasında dayanan cəmiyyətin dəyərlərində, düşüncə tərzində və sosial mühitindədir". 
N.Cəfəroğlu qeyd edib ki, son illərdə Azərbaycanda qadınlara qarşı zorakılıq və qadın qətllərinin artması təsadüfi deyil: “Bu, cəmiyyətin daxilində dərin psixoloji, sosial və mədəni böhranların nəticəsidir. Ən vacib sual isə budur: niyə kişilər həyat yoldaşına, sevgilisinə, bacısına və ya qızına düşmən münasibəti bəsləməyə başlayır? Çünki artıq insanlar öz emosiyalarını idarə etməyi, ailə münasibətlərini sağlam şəkildə qurmağı öyrənmirlər. Ən əsası, televiziya, seriallar, internet məzmunu və sosial şəbəkələrdə zorakılığı, aqressiyanı, nifrəti təbliğ edən materiallar geniş yayılıb. Gənclər teatr, kitab, incəsənət, sağlam ictimai fəaliyyətlərdən uzaq düşüb. Onların əvəzinə, zorakı filmlər, mənfi təsirli seriallar həyat tərzinə çevrilib. Şəhər həyatında da görmək olur ki, insanlar getdikcə daha əsəbi, gərgin və aqressivləşir”.  
Müsahibimiz hesab edir ki, əslində qadın qətllərinin qarşısını almağın açarı cəmiyyətdədir: “İstər ömürlük həbs, istər ölüm cəzası tətbiq edilsin, bu, problemin köklərini aradan qaldırmayacaq. Ən vacibi cəmiyyətin qadına münasibətinin dəyişməsidir. Hər bir qadının faciəsinin arxasında bir kişi dayanır. Deyirlər ki, indi bütün dünyada, eləcə də Azərbaycanda əxlaqsızlıq baş alıb gedir. Qadın məgər əxlaqsızlığı təkbaşına edir? Əlbəttə ki, xeyir, hansısa kişi ilə edir.  
Qadın qətlləri ilə mübarizə aparmaq üçün məktəblərdə və universitetlərdə psixoloqlar cəlb edilməli, gənclərə zorakılığın faciəvi nəticələri izah olunmalıdır. Zorakılığı, aqressiyanı, qətlləri əks etdirən filmlərin yayımı məhdudlaşdırılmalı, onların əvəzinə pozitiv, ailə dəyərlərini təşviq edən proqramlar hazırlanmalıdır. Həmçinin adət-ənənələrə qayıdış etməliyik. Burada söhbət qapalılıqdan yox, ailə bağlarının möhkəmləndirilməsindən, qadına hörmət və qayğının təbliğindən gedir". 

 Ramil Süleymanov 
Hüquqşünas Ramil Süleymanov isə məsələyə bu cür mövqe bildirib: “Ümumiyyətlə, kriminallaşdırma və cəzanın sərtləşdirilməsi bir çox hallarda həmin şəxsin islah olunmasına, o cümlədən ölkədə cinayətkarlığın statistik azalmasına gətirib çıxarmır. Bununla bağlı maarifləndirmə işləri aparılmalıdır. Cəza ağırlaşdırıla bilər, amma hesab edirəm ki, ömürlük azadlıqdan məhrumetmə bu tip cinayətlərdə tətbiq olunmamalıdır. 
Məsələn, sırf qadın qətllərinin bu şəkildə qabardılması fonunda siz elə düşünürsünüz ki, kişi qətlləri azdır? Əlbəttə ki, xeyr, kişi qətlləri də kifayət qədər var. Sadəcə, bu gün qadın qətlləri daha çox ürəkağrıdıcıdır. Ona görə də bu qətllərin motivləri araşdırılmalıdır. Bu araşdırmaları mütləq şəkildə prokurorluq aparmalıdır. Ölkənin hüquq sistemi bu məsələləri kifayət qədər ciddi şəkildə müzakirə etməlidir". 
Hüquqşünas qeyd edib ki, ölkədə qadın hüquqlarının qorunması istiqamətində tədbirlər görülməli, qadınlarla bağlı daha yüngül qanunlar qəbul olunmalıdır: “Digər tərəfdən, QHT-lər bu işlərə aktiv cəlb olunmalıdır. Regionlarda, hətta paytaxtın özündə belə işlər görülməlidir. Maarifləndirmə işi aparılmalıdır. Dövlətin sərt cəza siyasəti deyil, kifayət qədər məşğulluq siyasəti ortada olmalıdır. Sosial problemlərin həlli istiqamətində tədbirlər görülməlidir. 
Qadınların artıq iş saatlarına cəlb edilməməsi vacibdir. Bir çox hallarda qadınlar işdən gec qayıdır, cahil düşüncəli həyat yoldaşları onları qısqanır və nəticədə qadın qətlə yetirilir. Ailə, Qadın və Uşaq Komitəsi isə yalnız dövlət büdcəsindən maliyyələşməklə kifayətlənməməli, ciddi işlər görməlidir. Qonşu ölkələrin təcrübəsini öyrənib, onu ölkəmizdə tətbiq etmək üçün artıq aktiv fazaya keçməlidirlər".  (Musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Sentyabr 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri