Icma.az
close
up
RU
Qadın sahibkarların artan rolu və qarşılaşdıqları çətinliklər

Qadın sahibkarların artan rolu və qarşılaşdıqları çətinliklər

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan iqtisadiyyatında son illər aparılan islahatlar və sahibkarlığa dəstək mexanizmləri özəl sektorun sürətli inkişafına şərait yaradıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, hazırda ölkə iqtisadiyyatında özəl sektorun payı 81%-ə çatıb. Bunun mühüm göstəricilərindən biri də qadın sahibkarların sayının artmasıdır. Rəsmi məlumata əsasən, 2025-ci ilin ilk 6 ayında qadın sahibkarların sayı 7% artaraq 333 minə yaxınlaşıb.

Bu rəqəmlər qadınların biznes sahəsində getdikcə daha aktiv rol aldığını göstərsə də, onların sahibkar olma yolunda üzləşdiyi bir sıra çətinliklər hələ də qalmaqdadır.

1. Maliyyə resurslarına çıxış çətinliyi

Qadın sahibkarların ən böyük problemlərindən biri kapital əldə etməkdə məhdudiyyətlərdir. Bank kreditlərinə çıxışda zəmanət tələbləri və yüksək faiz dərəcələri qadınların biznes qurmasını çətinləşdirir. Çox vaxt qadınların maliyyə təminatı və girov imkanları məhdud olur ki, bu da onların fəaliyyətini genişləndirməsinə maneə yaradır.

2. Sosial stereotiplər və gender ayrı-seçkiliyi

Cəmiyyətdə hələ də “kişinin işi” və “qadının işi” anlayışı güclüdür. Bir çox qadın bizneslə məşğul olmaq istəyəndə, ailə və yaxın çevrədən “uyğun deyil”, “risklidir”, “sənin məsuliyyətin evdir” kimi münasibətlərlə qarşılaşır. Bu isə qadınların təşəbbüslərini zəiflədir və onların potensialını məhdudlaşdırır.

3. İş və ailə balansı

Qadın sahibkarların digər çətinliyi işlə ailə həyatını eyni anda idarə etməkdir. Xüsusilə ailəli və övladlı qadınlar üçün bizneslə məşğul olmaq əlavə yük yaradır. Qadının üzərinə düşən məişət öhdəlikləri çox zaman onun iş imkanlarını azaldır və bu, biznesin inkişaf tempinə təsir göstərir.

4. Dəstək infrastrukturunun məhdudluğu

Qadın sahibkarlar üçün mentorluq, biznes təlimləri, şəbəkələşmə imkanları hələ də kifayət qədər geniş deyil. Bir çox qadın bazara daxil olanda hansı hüquqi, maliyyə və idarəetmə alətlərindən istifadə etməli olduğunu bilmir. Dövlət dəstəyi mexanizmləri mövcud olsa da, qadınların onlardan xəbərdar olması və real istifadə etməsi səviyyəsi aşağıdır.

5. Bazar şərtlərinə uyğunlaşma problemi

Qadınların bir qismi biznesə daha çox mikro səviyyədə kiçik ticarət, xidmət və məişət yönümlü sahələrdə daxil olur. Bu isə onları iri bazar oyunçuları ilə rəqabətdə çətin vəziyyətə salır. Rəqəmsallaşma və yeni texnologiyaların sürətlə tətbiqi də qadın sahibkarların uyğunlaşmaqda çətinlik çəkdiyi sahələrdəndir.

Qadın sahibkarların artması iqtisadiyyatın dayanıqlılığı və inklüzivliyi üçün mühüm faktordur. Rəsmi rəqəmlər müsbət dinamikanı göstərsə də, qadınların sahibkar olma yolundakı sosial, maliyyə və institusional çətinliklər aradan qaldırılmadan bu artımın davamlılığı təmin olunmayacaq.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Oktyabr 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see237

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see194

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see181

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see160

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see159

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see142

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see138

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see136

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see130

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see129

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see126

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see122

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see122

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see122

Donald Tramp Yaxın Şərqdə sülh planına dəstək verən ölkələrlə bağlı paylaşım edib

02 Oktyabr 2025 08:41see122

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see119

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see119

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see116

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see116

I Liqa: Səbail in Şamaxı sınağı, Şəfa MOİK ə qarşı

02 Oktyabr 2025 11:52see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri