Qadın süni mayalanma klinikasını məhkəməyə verdi: Uşaq başqasının çıxdı
Icma.az bildirir, Baku.ws portalına istinadən.
ABŞ sakini Kristina Mürrey süni mayalanma (EKO) klinikasını məhkəməyə verib. Buna səbəb onun bioloji baxımdan əlaqəsi olmayan bir uşağı dünyaya gətirməsi olub.
BAKU.WS xəbər verir ki, bu barədə Oddity Central məlumat yayıb.
Məlumata görə, Kristina və onun seçdiyi sperma donoru ağdərili olsa da, dünyaya gələn uşaq afroamerikalı olub. O, klinikaya müraciət edərək baş verən səhvi bildirsə də, uşağı saxlamağa qərar verib və bir neçə ay ərzində ona analıq edib. Lakin bioloji valideynlər uşağın qaytarılması üçün məhkəməyə müraciət ediblər.
"Uşağı bətnimdə daşımaq, ona bağlanmaq, dünyaya gətirmək və ana-övlad arasında unikal bir bağ qurmaq... sonra isə onu itirmək – bu, heç vaxt öhdəsindən gələ bilməyəcəyim bir ağrıdır," – deyə Kristina bildirib.
Hüquqşünaslarla məsləhətləşmədən sonra o, uşağın qaytarılmasına razılıq verib, çünki bioloji valideynlərin hüquqlarını məhkəmə yolu ilə mübahisələndirmək mümkün olmayıb. Hazırda uşaq başqa bir ştatda bioloji valideynləri ilə yaşayır və adı dəyişdirilib.
Klinika isə səhvi etiraf edərək bunun "nadir hal" olduğunu və gələcəkdə belə problemlərin qarşısını almaq üçün əlavə təhlükəsizlik tədbirləri gördüklərini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 25 Fevral 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















