Icma.az
close
up
RU
Hamilə qadın daim ciddi dəstək almalıdır PSİXOLOQ

Hamilə qadın daim ciddi dəstək almalıdır PSİXOLOQ

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Əgər doğuş sonrası psixoz başlayıbsa, mütləq həkimə müraciət etməlidir


İsveçdə aparılan və “Molecular Psychiatry” jurnalında dərc olunan geniş araşdırma göstərib ki, qadınlarda doğuşdan sonrakı həftələrdə psixi sağlamlıq problemləri riski yüksəlir. Məlum olub ki, doğuşdan 5–15 həftə sonraya qədər depressiya riski hamiləlikdən əvvəlki dövrlə müqayisədə 20 faiz daha yüksəkdir. Psixoz riski isə doğuşdan sonrakı ilk 5 həftədə 6-7 dəfə, 20-ci həftəyə qədər isə iki dəfə artır. Ekspertlər vurğulayıb ki, bu hallar ciddi müalicə tələb edən psixi pozuntulardır. Simptomlara halüsinasiyalar, paranoya və bipolyar pozuntu daxildir, lakin düzgün müalicə ilə tam sağalma mümkündür. Tədqiqat 2003–2019-cu illər arasında İsveçdə 1,8 milyon doğuşun məlumatları əsasında aparılıb. Alimlər bildirir ki, həkimlərin hamiləlik dövründə qadınları daha yaxından izləməsi psixi sağlamlıq problemlərinin vaxtında aşkarlanmasına və ağırlaşmaların qarşısının alınmasına kömək edə bilər. ÜST-nın məlumatına görə, dünyada hər 10 hamilə qadından biri və doğuşdan sonrakı qadınların 13 faizi psixi pozuntular yaşayır. Alimlər gənc anaların psixi sağlamlığının qorunması üçün doğuşdan sonrakı dövrdə diqqətli müşahidə və dəstəyin vacib olduğunu vurğulayır.


Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu Elşən Mustafayev “Sherg.az”a açıqlamasında deyib ki, doğum sonrası psixoz adlandırılan bu hal nadir rast gəlinən xəstəliklərdəndir. Psixoloqun sözlərinə görə, uşağın dünyaya gəlişi hər bir ailə üçün sevincdir. Ancaq bəzi hallarda bu proses qadının həyatında xoşagəlməz dəyişikliklərə səbəb olur. Doğuşdan bir müddət sonra qadın özünü qəribə aparır: 

“Adətən bu dəyişiklik özünə qapılmaq, qorxu hissi keçirmək, küçəyə çıxmamaq kimi hallarla özünü büruzə verir. Bu zaman ciddi problem yaranır. Doğum sonrası psixoz doğuşdan 2-4 həftə sonra baş verir. Statistikaya görə, bu xəstəlik dünyaya uşaq dünyaya gətirən hər min qadından bir-ikisində rast gəlinir. Yuxusuzluq, gərginlik, baş ağrısı, rahatsızlıqla başlanan vəziyyət, doğulan uşağın onun olmaması fikirləri, uşaqda hansısa xəstəliyin olması düşüncəsi, ona yetərincə qulluq edə bilməmək kimi fikirlər, özünü günahlandırma hissi müşahidə olunur və bu səbəblər sonunda uşağı öldürüb ondan qurtulmaq kimi fikirlərə gətirib çıxardır. Doğuş sonrası psixoz yüngül və ağır formada gedə bilər. Əgər bu problem vaxtında aradan qaldırılmasa, gələcəkdə uzun sürən, hətta qarşısı alınmayan problemlərə gətirib çıxara bilər”.


Doğuşdan sonra müşahidə edilən psixoloji pozuntuların səbəblərinə gəldikdə isə E.Mustafayev hormonal dəyişiklik, xüsusilə doğuşdan sonra estrogenlərin azalması, doğumdan əvvəl psixi pozuntulardan əziyyət çəkmə, narkotik maddələrdən istifadə, doğumla bağlı stress kimi halları sadalayıb:

"Əsas simptomları isə oyanıqlığın artması, hallüsinasiya, şəxsiyyət dəyişikliyi, iştahanın pozulması və ölüm fikridir. Əgər qadında doğuş sonrası psixoz başlayıbsa, mütləq  həkimə müraciət etməlidir. Belə hallarda antipsixotik dərman maddələri – neyroleptik və antidepresan dərman maddələri verilməlidir. Əgər anada ciddi problemlər olarsa, uşaqdan ayrılmalı, psixiatrik stasionara yerləşdirilməlidir. Qadının evdə, yaxud xəstəxanada olmasından asılı olmayaraq, daim yaxınları tərəfindən ciddi dəstək almalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Oktyabr 2025 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri