Icma.az
close
up
RU
Qadına qarşı zorakılıq kişinin öz daxilindəki zəif liyin və uşaqlıq travmasının maskalanmış formasıdır

Qadına qarşı zorakılıq kişinin öz daxilindəki zəif liyin və uşaqlıq travmasının maskalanmış formasıdır

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mahatma Qandi deyirdi ki, “Hər bir millətin əsl gücü qadınlarına necə davrandığı ilə ölçülür”.

Qadına qarşı zorakılıq sərgiləyən, qadına qarşı zorakılığa göz yuman millət güclü ola bilməz.

Bu gün demək olar ki, bütün dünyada qadınlar zorakılığa məruz qalır. Zorakılığın çox üzü var. Və zorakılıq ən dərin yaralar açır. Dünyada qadınlar zorakılığın müxtəlif növlərinə məruz qalırlar.

Bəziləri döyülür, təzyiqlərə məruz qalır, onlara güc tətbiq olunur. Bəziləri psixoloji və emosional zorakılığa məruz qalır, alçaldılır, təhdid edilir, manipulyasiyaya uğrayır, qısqanclıq adı altında nəzarətdə saxlanılır.

Bəzi qadınların qazancı əlindən alınır, işləməsinə mane olunur, "iqtisadi asılı" vəziyyətdə saxlanılır.

Seksual zorakılığa məruz qalan qadınlar da var. Razılıq olmadan təmaslar, təzyiq altında münasibət, təqiblər və s.

Bəzi qadınlar sosial zorakılıqla qarşılaşır. Qadın ailəsindən, dostlardan, dünyadan təcrid edilir.

Bu, dəyişməyən bir reallıqdır: Bütün dünyada statistikalar da sübut edir ki, qadına qarşı zorakılıq çox vaxt ən yaxın bildiyi kişi tərəfindən edilir. Həyat yoldaşı, sevgilisi, nişanlısı, atası, qardaşı və hətta qohumları tərəfindən qadınlar zorakılığa məruz qalır. Yəni təhlükə çox vaxt küçədə deyil, qadının evinin içində gizlənir.

Qadına qarşı zorakılığın əsas səbəbi güc bərabərsizliyidir. Cəmiyyətlərin çoxunda kişi güc, qadın isə itaət simvolu kimi yetişdirilib. Bu köhnə təfəkkür minlərlə dəfə dəyişsə də, kökləri hələ də bir çox ailənin içində yaşayır. Zorakılığın kökündə həmişə kişilərin güclü olması fikri dayansa da, əslində bu “güc” deyil, zəifliyin maskalanmış formasıdır. Yəni kişi zəif olduğunu anlayır və zorakılıq tətbiq edərək özünü sübut etməyə çalışır ki, “mən güclüyəm”. Güclü olan kişiyə qadın zatən könüllü "təslim" olur. Psixoloqlar da deyir ki, əslində zorakılıq edən kişi öz daxili boşluğu qarşısında aciz qalan və yetərsizliyinin fərqində olan kişidir. Zorakılığa əl atan kişilərdə nəzarət ehtiyacı olur. Onların daxilində özündən asılı insan yaratmaq arzusu baş qaldırır. Özlərini dəyərsiz hiss etdikləri üçün sübut etməyə çalışırlar ki, “mən dəyərliyəm”. Uşaqlıq travmaları da burada mühüm rol oynayır. Həyatındakı qadının azacıq "güclənmə"si, fikrini bildirməyə çalışması bu kişini qorxudur. Və dərhal susdurmağa çalışır.

Bir də itirmək qorxusu kişini zorakılığa istiqamətləndirir. Yetərsiz olduğunu dərk edən, anlayan kişi başa düşür ki, qadını itirir. Bu zaman ən ağır zorakılıq növünə əl atır ki, “həyatda olmasın, heç kimin olmasın”. Yəni əbədi itirməyə razılaşır, ondan uzaqlaşmasına deyil. Yanlış analmayın; bunun adı sevgi deyil, bu qorxudur.

Qadına zorakılığa qarşı bütün dünyada mübarizə aparılır. Qadın sığınacaqları yaradılır, qaynar xəttlər var. Zorakılıq edən şəxslərə məhkəmə qadağaları tətbiq olunur. Maarifləndirmə kampaniyaları da aparılır. Qadınlar üçün şərait yaradılır ki, iqtisadi baxımdan güclənsinlər və kişilərdən maddi asılı olmasınlar. Reallıq da budur ki, qadın güclənmədikcə, ona qarşı zorakılıq davam edəcək.

Qadına qarşı zorakılıq bütün cəmiyyətin, əslində bütün dünyanın problemidir. Yəni bugün hansısa qadın öldürülürsə və yaxud döyülürsə, bunda cəmiyyət də günahkardır. Yəqin fikir verirsiniz, hansısa qadın öldürülərsə, sosial şəbəkələrdə müzakirə obyektinə çevrilir, günahlandırılır, əxlaqsız çıxaılır, zorakılığı tətbiq edən şəxsə haqq qazandırılır. Hətta deyirlər ki, “günahı olmasaydı öldürüməzdi” və yaxud “nə həddə çatdırıb ki, kişi onu öldürmək qərarı verib”… Bilirsiniz bu nədir? Bu, cəmiyyətin zorakılığa haqq qazandırmasıdır. Belə bir cəmiyyətdə təbii ki, qadınla bir balaca sıxıntısı olan kişi zorakılığa əl atacaq. Bu günə qədər qarşıma çıxmadı ki, zorakılıq tətbiq edən biri qınansın…

Bu gün — 25 noyabrdır. 25 noyabr bütün dünyada qadına zorakılığa qarşı mübarizə günüdür. Cəmi bir gün hamının yadına düşür ki, “qadınlar zorakılığa məruz qalır”…

25 noyabrın da maraqlı bir tarixi var. 1960-cı ildə Dominikan Respublikasında diktaturaya qarşı çıxan üç bacı – Mirabal bacıları – qəddar şəkildə öldürüldüyü gün olduğu üçün, BMT həmin günü bütün qadınlara edilən zorakılığın simvoluna çevirdi.

Marcus Aurelius deyirdi ki, “Bir insan başqasını incitmək gücünə sahibdirsə, deməli, əvvəlcə öz içində çox şey itirib”. Bu, bir daha sübut edir ki, zorakılıq tətbiq edən şəxs daxili boş olan, sadəcə cisimdən ibarət olan biridir…

Unutmayın ki, qadının gözündəki qorxu — zorakılıq edən kişinin ən böyük rüsvayçılığıdır və zorakılığa susmaq da zorakılığın bir parçasıdır. Susmayın, kiminsə qarşılaşdığı zorakılıq qarşısında! "Nəyimə lazım" deməyin. Bu zorakılıq bir gün sizin də, yaxınınızın da başına gələ bilər. Zorakılıq edən şəxsin etdiyi davranışlar bir qadını deyil, bütün nəsli məhv edə bilər…

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Noyabr 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri