Icma.az
close
up
RU
Qadından gənc oğlana qarşı dəhşətli əməl: “Əxlaqsız təklif etdi...” Şok təfərrüat

Qadından gənc oğlana qarşı dəhşətli əməl: “Əxlaqsız təklif etdi...” Şok təfərrüat

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bərdə rayonunda 1985-ci il təvəllüdlü Tamara şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi İntiqama (adla şərti göstərilib – red.) xəsarət yetirib.

Hadisə 1 yanvar 2024-cü ildə Bərdə rayonunun kəndində baş verib.

1999-cu il təvəllüdlü kənd sakini İntiqam Tamaranın fərdi yaşayış evinin həyətinə gəlib. Mübahisə zamanı o, üzərində olan cib bıçağı ilə İntiqamın döş qəfəsinə 2 zərbə endirib.

Hadisəni törədən Tamaranın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tamara ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O, ifadəsində göstərib ki, İntiqamı özünü müdafiə etmək üçün vurub: “İntiqam anamın xəstəsi olub. Oğlumun dostu kimi uşaqlıqdan yanımızda böyüyüb. Anam İntiqamın sənədlərinin hazırlanması zamanı ondan harada işlədiyini soruşub. O da mağazada işlədiyini bildirib. Anam İntiqamdan nəsə lazım olarsa alıb gətirməsini xahiş edib. Mən 10 ildir tək yaşayıram, ərimdən ayrılmışam, oğlum atası ilə gedib.

Tanımadığım nömrədən zəng gəldi və xətdə olan şəxs İntiqam olduğunu bildirdi. Nömrəni ona Səma nənənin (yəni mənim anamın) verdiyini bildirdi.

Kənddə güclü külək əsirdi. İntiqamdan şam alıb gətirməsini xahiş etdim. O da şam alıb gətirdi. Məndən isti çayın olub-olmadığıını soruşdu. “Əvvəllər ərim, oğlum olub, indi mənim barəmdə pis fikirləşərlər, deyərlər ki, bu, tək yaşayır, burada yad adamın nə işi var” dedim. İntiqam cavabında “qələt edirlər” dedi. “Sən deməklə deyil” dedim.

İntiqam evə daxil oldu. Mən onun anasına zəng etdim, İntiqamın bizə gəldiyini bildirdim. O da cavabında mənə “gəlib, lap yaxşı” dedi. Telefonu söndürdükdən sonra İntiqam mənə niyə anasına xəbər verdiyimi soruşdu. “Sən səmimisənsə, niyə deməyim” dedim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, İntiqam ona qəribə baxışla baxıb: “Bundan sonra İntiqama Naftalana toya getdiyimi, "orada yaxşı qızlar var, birini oğluma, birini sənə düzəldəcəm" söylədim. İntiqam cavabında “qız sənsən” dedi.

İntiqamın yaxasından tutub “utanmırsan, belə söz deyirsən” bildirdim. Anasına zəng etdim, o, cavabında oğlunun ağır dərmanlar qəbul etdiyindən özündə olmadığını söylədi. Xahiş etdi ki, heç kəsə heç nə deməyim, qan düşər, olmamış kimi qəbul eləyim”.

Tamaranın sözlərinə görə, ertəsi gün İntiqamın anası onu çağırıb və söhbət etmək lazım olduğunu bildirib:

“Saat 12 radələrində onlara getdim, söhbət etdik. İntiqamın anası oğlunun dərman qəbul etdiyini, ağlının özündə olmadığını bildirdi. İntiqamın anasına “oğlun Cəmilə adlı qızla gəzir, caamatın ailəsini dağıdır, ailəsi bilsə, çox pis olar" dedim. O da bir şəxsə zəng etdi və "Tamara belə-belə şeylər deyir” bildirdi.

Daha sonra İntiqamın anası mənə zəng elədi, xəbər verdi ki, İntiqam deyib, Tamaranı öldürəcəm, onun nə işinə qalıb mən kimlə gəzirəm. Oğlunun mənə xəsarət yetirə biləcəyini dedi, evdə qalmamağımı xahiş elədi. Bu səbəbdən qonşugildə qalmağı düşündüm. Bu vaxt İntiqamın gəldiyini gördüm, əlində şüşə parçası vardı. Məni təhqir etdi, mənə xəsarət yetirdi, boğazımdan qan axdı.

Boğazım kəsiləndə İntiqamı itələdim. Onun əlindən çıxıb çölə qaçdım. Yenidən mənə hücum etdi, məni arxadan tutdu. Yenə onun əlindən çıxdım. Tək yaşadığım üçün üzərimdə bıçaq vardı.

Mən kiməsə xəsarət yetirmək istəməmişəm. İntiqam məndən əl çəkmədiyindən özümü müdafiə etmək üçün bıçaqla ona xəsarət yetirdim. İntiqamın anası hadisədən sonra gəldi. Hadisə isə heç 20 dəqiqə çəkməmişdi. İntiqam məni evin içərisində, mən isə onu pilləkəndən düşəndə vurdum.

Mən ekspertizadan keçdim. Boğazımda şüşə ilə kəsilmə xəsarətinin əlamətləri aşkarlandı. Başqa cızıqları da vardı.

İntiqamın məni öldürəcəyini düşündüyüm üçün çölə çıxdım. O, yenidən məni vurmaq istədi. Mən də üzərimdə olan bıçağı açaraq iki dəfə ona xəsarət yetirdim. Bundan sonra İntiqamın anası gələrək oğlunu apardı. Mən isə Daxili İşlər Nazirliyinin 102-ə zəng mərkəzində müraciət etdim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən İntiqamın sözlərinə görə, Bərdənin kəndində ata-anası ilə birlikdə yaşayır: “Tamara ilə həmkəndliyik. Tamaranın anası Səmanın yanında, Gəncə şəhərində müalicə almışam.

Tamaranın anası Səma məndən xahiş etdi ki, arada bir Tamara ilə maraqlanım, nəsə lazım olsa, aparıb ona verim.

Dəqiq xatırlamadığım vaxtda həmkəndlim Turan Tamaranın “Tik tok” sosial şəbəkəsində olan hesabını mənə verdi. Mən həmin hesabda olan bəzi şəkilləri bəyəndim. Tamara da sosial şəbəkədə mənə öz təşəkkürünü bildirdi. Bu formada həmin hesabla bir müddət yazışmalı olduq”.

İntiqam qeyd edib ki, Tamara ona telefon nömrəsini verib, onunla danışıb: “Lakin aramızda heç bir sevgi və ya digər formada münasibəti olmadı.

Bayramdan bir-iki gün əvvəl Tamara mənə zəng edərək, şokolad istədiyini bildirdi. Şokolad alıb evinə apardım. Ona çay içmək istədiyimi bildirdim. Tamara məni evinə dəvət etdi, çay təklif elədi. Həmin vaxt aramızda heç bir problem olmadı. Hətta Tamara zarafatla mənə qız alacağını bildirdi. Mən də ona qız istəmədiyimi bildirdim.

Sonra telefonda bacısı ilə danışdı. Mənim getməyimi istədi, mən də getdim”.

İntiqamın sözlərinə görə, yanvarın 1-də Tamara ilə telefonla danışıb: “Dedi ki, kənddə haqqında pis söz danışsalar, onu müdafiə edim. Ona Turan adlı şəxslə münasibəti olduğunu bildirdim. Bundan əsəbiləşən Tamara telefon xəttinə Turanı qoşdu. Turan məni söyüb təhqir etdi.

Bundan sonra Tamara da telefonda anamı və məni təhqir etdi. Bu söhbətləri anama dedim. Anam onu evə görüşə dəvət etdi. Onlar görüşən zaman mən evdə olmamışam. Görüş zamanı Tamara anama kənddə Cəmilə adlı qadınla münasibətimin olduğunu bildirib. Anam buna görə məni danladı.

Anama həmin münasibətin çoxdan bitdiyini, hazırda elə bir şeyin olmadığını bildirdim”.

İntiqam qeyd edib ki, Tamaranın anasına Cəmilə haqda danışmasından əsəbiləşib, Tamaranın anasına zəng edib, qızının Turanla əlaqəsi olduğunu bildirib: “Tamaranın anası da üzərimə şər atdı ki, guya Tamaraya əxlaqsız təklif etmişəm. Halbuki belə bir şey olmayıb.

Bu şərdən əsəbiləşdim, anamı da götürərək Tamaranın evinə getdim. Söhbət zamanı mən Tamaranı, Tamara isə məni təhqir etdi. Sonra Tamara bizi evdən qovdu. Biz evdən çıxanda onunla mübahisə etdim. Heç bir xəsarət yetirmək məqsədim olmadığından Tamara ilə ancaq sözlü mübahisə etdim. Əsəbiləşərək özümdən çıxdım, onu əlim ilə vurdum. Anam bizim aramızda dayandı.

Biz oradan uzaqlaşanda anamın əlində qan izi gördüm. Sol döş qəfəsimin altından və kürək nahiyəmdə xəsarət aldığımı bildim. 102 xidmətinə zəng edərək bıçaqlandığımı bildirdim”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tamara 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Tamaranın barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib. O, məhkəmə zalından həbsə alınıb. Onun cəzasının əvvəlinin 2024-cü ilin oktyabrın 2-dən hesablanması hökm edilib.

Hökmdən narazı qalan Tamara apellyasiya şikayəti verib. O, cəzasının şərti cəza ilə əvəz olunmasını xahiş edib. Onun şikayəti araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. Şikayət araşdırılması üçün hakim Müşfiq Məmmədovun icraatına verilib.

Apellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan ediliblər. Şikayət təmin olunmayıb./Teleqraf.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 Dekabr 2024 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see124

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see117

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see114

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see114

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see112

Bakının tıxaclı yolları SİYAHI

15 Aprel 2025 08:37see111

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri