Icma.az
close
up
RU
Qadınlar niyə infarkt olmur?

Qadınlar niyə infarkt olmur?

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Uzun illərdir cəmiyyətdə belə bir təsəvvür mövcuddur ki, qadınlarda infarkt olmur. 

“yeni Sabah” bildirir ki, bu fikir əslində tibdə öz təsdiqini tapmayıb. Tibbi araşdırmalar göstərir ki, qadınlarda da ürək tutması – yəni infarkt – baş verir, sadəcə onun gedişi və əlamətləri kişilərdən fərqli olur.

Əslində qadınlar da infarkt ola bilir, sadəcə kişilərlə müqayisədə onlarda risk bir qədər daha gec yaşlarda ortaya çıxır.  Dördpendirli pizza

Bunun isə müxtəlif səbəbləri var. Onlardan biri qadın hormonlarının qoruyucu roludur. Menopauzaya qədər qadın orqanizmində estrogen hormonu ürək-damar sistemini qoruyur: damarların elastikliyini saxlayır, xolesterin səviyyəsini nizamlayır, tromb yaranma riskini azaldır. Bu səbəbdən 40–50 yaşına qədər qadınlarda infarkt kişilərlə müqayisədə az rast gəlinir. Lakin menopauzadan sonra estrogen səviyyəsi kəskin azalır və bu müdafiə mexanizmi itir. Nəticədə qadınlarda ürək-damar xəstəliklərinin, o cümlədən infarktın riski sürətlə artır.

Eyni zamanda qadınlarda "yaxşı" xolesterin (HDL) səviyyəsi kişilərə nisbətən adətən daha yüksək olur, bu da damarları müəyyən qədər qoruyur. Bundan başqa qadınlarda siqaret çəkmə, spirtli içki istifadəsi və ağır stressli iş şəraiti kişilərə nisbətən azdır. 

Tibbi araşdırmalara görə, qadınlarda infarktın əlamətləri də fərqli olur. İnfarktın klassik əlaməti sinədə kəskin ağrı hesab olunur. Kişilərdə bu çox vaxt aydın şəkildə özünü göstərir. Qadınlarda isə simptomlar tez-tez fərqli və “gizli” olur. Onlarda daha çox bel, çənə, boğaz və ya mədə nahiyəsində ağrı, halsızlıq və gücsüzlük, nəfəs darlığı, ürəkbulanma, hətta qusma, soyuq tər, narahatlıq və həyəcan hissi ilə özünü göstərir. Məhz bu qeyri-adi əlamətlər səbəbindən qadınlarda infarkt çox vaxt vaxtında aşkarlanmır və gec diaqnoz qoyulur.

Statistikaya görə 40 yaşına qədər kişilər infarktı qadınlardan daha çox keçirirlər. 60 yaşdan sonra qadınlarda risk kəskin artır və hətta bəzi hallarda kişilərdən yüksək olur. Üstəlik, qadınlarda infarkt nəticəsində ölüm halları daha çox qeydə alınır. Bunun əsas səbəbi isə vaxtında tanınmaması və gecikmiş tibbi müdaxilədir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Sentyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri