Qadınlar Super Liqasının yeni titul sponsoru müəyyənləşib
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə "Liv Bona Dea Hospital" arasında əldə olunmuş razılaşmaya əsasən, "Liv Bona Dea Hospital" Qadınlar Super Liqasının titul sponsoru olacaq. Sport24.az xəbər verir ki, 2026/2027-ci və 2027/2028-ci illər mövsümlərində çempionat "Liv Bona Dea Qadınlar Super Liqası" adı altında keçiriləcək.
Bu gün start götürən Azərbaycan Qadınlar Super Liqasının yeni mövsümündə yarışın adının və formatının dəyişdirilməsi ilə yanaşı, iştirakçı komandaların sayı da artırılaraq 12-yə çatdırılıb.
"Liv Bona Dea Hospital" Azərbaycanda fəaliyyət göstərən aparıcı özəl tibb müəssisələrindən biridir. Beynəlxalq səhiyyə sahəsində geniş təcrübəyə malik MLP Care qrupunun tərkibində fəaliyyət göstərən xəstəxana müasir tibbi texnologiyaları, peşəkar mütəxəssis heyəti və geniş xidmət spektri ilə seçilir.
MLP Care-in idman sağlamlığı sahəsindəki təcrübəsinə əsaslanan "Liv Bona Dea Hospital" idmançı sağlamlığına yönəlmiş xidmətlərin inkişafına töhfə verməyi və bu istiqamətdə davamlı əməkdaşlıqlar qurmağı hədəfləyir.
"Liv Bona Dea Hospital"ın Qadınlar Super Liqasının titul sponsoru olması Azərbaycanda qadın futbolunun inkişafına və populyarlaşdırılmasına, çempionatın daha geniş auditoriyaya çatdırılmasına, gənc qızların idmana təşviq edilməsinə, eləcə də qadın futboluna ictimai marağın və kommersiya tərəfdaşlıqlarının artırılmasına töhfə verəcək.
Bu əməkdaşlıq "Liv Bona Dea Hospital"ın Azərbaycan futbolunun, xüsusilə də qadın futbolunun uzunmüddətli inkişafına dəstəyinin mühüm göstəricisidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 17 Oktyabr 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















