Icma.az
close
up
RU
Qadınlarda artan aqressiya

Qadınlarda artan aqressiya

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Onların “kişiləşmə”sinin səbəbi keyfiyyətsiz qidalardır”

Xəbər verdiyimiz kimi Masazır qəsəbəsindəki evlərdən birində arvad ərini bıçaqlayıb. Nəticədə kişi dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Qadın artıq hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Nəzər alaq ki, son zamanlar qadınların kişilərə qarşı aqressiyası çoxalıb. Bu aqressiya bir çox hallarda ağır cinayətlərlə yekunlaşır.

Bəs, qadınların bu qədər aqressiv olmasının səbəbi nədir?

Mövzu ilə bağlı News24.az bizim.media-ya istinadən xəbər verir ki, danışan psixoloq Gülnar Orucova bildirdi ki, əvvəllər məişət cinayətlərində qurban daha çox qadın olardı:

 MÖVZU İLƏ BAĞLI:

İnsanlar yaşlandıqca aqressivləşir, yoxsa “yeddisində nədirsə, yetmişində də odur”?

“Amma son zamanlar vəziyyət dəyişib. Baxırsan ki, bir çox kişilər fiziki zorakılığa məruz qalır. Hətta belə zorakılıq ölüm hadisəsinə qədər gedib çıxır. Son 24 saatda qadınların törətdiyi qatı cinayətlə bağlı 3 xəbər oxumuşam ki, onlardan biri də ölümlə nəticələnib.

Əvvəllər də qadınların kişilərə qarşı zorakılığnı eşidirdik. Bu da əsasən qısqanclıq zəminində baş verirdi. Lakin indiki halda qadınların etdiyi qəddar və zorakı hərəkətlərinin səbəbi bəlli deyil. Hər hadisənin bir səbəbi var. Yəni heç bir halda hadisələr eyni səbəbdən törədilmir”.

Müsahibimiz təəssüflə bildirib ki, qadınlar öz zərifliklərini sürətlə itirirlər:
Daha şeirlərdə vəsf olunan qadın zərifliyinə rast gəlinmir. Sanki qadınlarda “kişiləşmə” gedir. Ola bilsin ki, bu da hormonal pozğunluqdur. Əgər biz tez-tez gənclərdə qadınlaşma faktlarından danışırıqsa və bunun da bir səbəbini süni qidalarda görürüksə, deməli həmin süni qidalar da qadınların fizionomiyasına, psixologiyasına mənfi təsir edir. Nəticədə qadınlar sürətlə kişiləşir. Onlar zərifliklərini itirir, daha kobud və qaba olurlar.

Bu gün küçədə ucadan danışan, kişi kimi hərəkət edən və hətta kişilərə əl-qol atan qadınları daha çox görürük. Eləcə də, idman stilində geyinən qadınlar çoxluq təşkil edir. Əvvəllər qadınla daha zərif və incə idi. İndiki qadınlar bütün mənada kobudlaşıb. Kişi kimi geyinir, kişi kimi danışır və hətta özlərini kişi kimi ifadə edirlər. Yəni qarşısındakına qarşı zorakı olurlar.

Bunlar ancaq hormonal pozğunluğun əlamətidir. Bunun da mənbəyi, mənşəyi keyfiyyətsiz qidalardır. Qadınlarda qadınlıq hissi o qədər zəifləyib ki, çoxları ana olmaq belə istəmirlər. Unutmayaq ki, istənilən doğuş qadının fiziki və psixoloji sağlamlığına təminat yaradır. Uşaq dünyaya gətirməyən qadının həm fizionomiyası, həm psixologiyası pozulmuş olur. Belə qadınlar özlərini ifadə və idarə etməkdə çətinlik çəkirlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 Dekabr 2024 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri