Icma.az
close
up
RU
Qadınlarda artan AQRESSİYA “Onların “kişiləşmə”sinin səbəbi keyfiyyətsiz qidalardır”

Qadınlarda artan AQRESSİYA “Onların “kişiləşmə”sinin səbəbi keyfiyyətsiz qidalardır”

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi Masazır qəsəbəsindəki evlərdən birində arvad ərini bıçaqlayıb. Nəticədə kişi dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Qadın artıq hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
Nəzər alaq ki, son zamanlar qadınların kişilərə qarşı aqressiyası çoxalıb. Bu aqressiya bir çox hallarda ağır cinayətlərlə yekunlaşır.
Bəs, qadınların bu qədər aqressiv olmasının səbəbi nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova bildirdi ki, əvvəllər məişət cinayətlərində qurban daha çox qadın olardı:
 

MÖVZU İLƏ BAĞLI:
İnsanlar yaşlandıqca aqressivləşir, yoxsa “yeddisində nədirsə, yetmişində də odur”?


“Amma son zamanlar vəziyyət dəyişib. Baxırsan ki, bir çox kişilər fiziki zorakılığa məruz qalır. Hətta belə zorakılıq ölüm hadisəsinə qədər gedib çıxır. Son 24 saatda qadınların törətdiyi qatı cinayətlə bağlı 3 xəbər oxumuşam ki, onlardan biri də ölümlə nəticələnib.
Əvvəllər də qadınların kişilərə qarşı zorakılığnı eşidirdik. Bu da əsasən qısqanclıq zəminində baş verirdi. Lakin indiki halda qadınların etdiyi qəddar və zorakı hərəkətlərinin səbəbi bəlli deyil. Hər hadisənin bir səbəbi var. Yəni heç bir halda hadisələr eyni səbəbdən törədilmir”.
Müsahibimiz təəssüflə bildirib ki, qadınlar öz zərifliklərini sürətlə itirirlər:
“Daha şeirlərdə vəsf olunan qadın zərifliyinə rast gəlinmir. Sanki qadınlarda “kişiləşmə” gedir. Ola bilsin ki, bu da hormonal pozğunluqdur. Əgər biz tez-tez gənclərdə qadınlaşma faktlarından danışırıqsa və bunun da bir səbəbini süni qidalarda görürüksə, deməli həmin süni qidalar da qadınların fizionomiyasına, psixologiyasına mənfi təsir edir. Nəticədə qadınlar sürətlə kişiləşir. Onlar zərifliklərini itirir, daha kobud və qaba olurlar.
Bu gün küçədə ucadan danışan, kişi kimi hərəkət edən və hətta kişilərə əl-qol atan qadınları daha çox görürük. Eləcə də, idman stilində geyinən qadınlar çoxluq təşkil edir. Əvvəllər qadınla daha zərif və incə idi. İndiki qadınlar bütün mənada kobudlaşıb. Kişi kimi geyinir, kişi kimi danışır və hətta özlərini kişi kimi ifadə edirlər. Yəni qarşısındakına qarşı zorakı olurlar.

Bunlar ancaq və ancaq harmonal pozğunluğun əlamətidir. Bunun da mənbəyi, mənşəyi keyfiyyətsiz qidalardır. Qadınlarda qadınlıq hissi o qədər zəifləyib ki, çoxları ana olmaq belə istəmirlər. Unutmayaq ki, istənilən doğuş qadının fiziki və psixoloji sağlamlığına təminat yaradır. Uşaq dünyaya gətirməyən qadının həm fizionomiyası, həm psixologiyası pozulmuş olur. Belə qadınlar özlərini ifadə və idarə etməkdə çətinlik çəkirlər”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Dekabr 2024 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri