Qadınları cinsi istismara cəlb edən şəxsə 8 il HƏBS CƏZASI
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Şəki Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Vüsalə Əsədovanın (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs qadınları aldatma yolu ilə onların zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin zor tətbiq etmə hədəsi, hədə-qorxu və məcbur etmə vasitələrindən istifadə etməklə cinsi istismar məqsədilə cəlb edib. O, təkrarən, tamah niyyəti ilə iki və daha çox şəxs barəsində insan alveri, eləcə də insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər etmə cinayət əməllərini törətməkdə ittiham olunur.
İttihama görə, Vüsalə Əsədova 10 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini buraxılış məntəqəsindən keçərək Türkiyə Respublikasının İğdır şəhərinə gedib. Həmin şəhərdə yerləşən restoranların birində tanış olduğu zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) ilə birlikdə yaşadıqları evdə olarkən onu İğdır şəhərində restoranda işə düzəldəcəyini vəd etməklə aldadıb. Bundan sonra təsir imkanlarından və zərərçəkmiş şəxsin zəiflik vəziyyətindən sui-istifadə edərək onu cinsi istismar etmək qərarına gəlib.
Bu məqsədlə təqsirləndirilən şəxs əlaqələrindən istifadə edərək, S.S.-i məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, məcbur etmə yolu ilə onun ümumvətəndaş pasportunu götürərək saxlayıb. 2021-ci ilin oktyabr ayının ortalarından 30 dekabr 2021-ci il tarixədək olan müddət ərzində İğdır şəhərində yerləşən müxtəlif otellərdə kişi müştəriləri ilə görüşdürməklə, pul ödənişi müqabilində cinsi əlaqədə olmasını təşkil edərək zərərçəkmiş şəxsi cinsi istismara məruz qoyub və bununla da insan alveri cinayətini törədib.
İstintaqla müəyyən edilib ki, Vüsalə Əsədova analoji cinayət əməllərini sonrakı dövrlərdə də davam etdirib. Belə ki, o, 19 dekabr 2023-cü il tarixdə Bakı hava limanından Türkiyəyə gedən zərərçəkmiş M.M. (adı, soyadı şərtidir) ilə 2024-cü ilin may ayının əvvəllərində İğdır şəhərində tanış olub. Onu restoranda işə düzəldəcəyini vəd etməklə aldadaraq, zəiflik vəziyyətindən və təsir imkanlarından sui-istifadə edib, hədə-qorxu və məcbur etmə yolu ilə pasportunu götürərək saxlayıb. 2024-cü ilin may ayının əvvəllərindən 23 iyul 2024-cü il tarixədək İğdır şəhərində yaşadıqları evdə kişi müştəriləri ilə görüşdürərək pul qarşılığında cinsi əlaqədə olmasını təşkil etməklə, iki şəxs barəsində təkrarən insan alveri cinayəti törədib.
Bundan başqa, təqsirləndirilən şəxs 07 aprel 2024-cü il tarixdə Bakı hava limanından Türkiyənin İstanbul şəhərinə gedib və istintaqa məlum olmayan ünvanda yaşayan zərərçəkmiş F.F. (adı, soyadı şərtidir) ilə 2024-cü ilin iyul ayının ortalarında mobil telefon vasitəsilə əlaqə saxlayıb. Onu İğdır şəhərində restoranda işlə təmin edəcəyini vəd etməklə aldadıb, cinsi istismar məqsədilə cəlb edib. Zərərçəkmiş şəxs razılıq verdikdən sonra onu İğdır şəhərində kirayə tutduğu mənzilə yerləşdirib, pasportunu götürərək saxlayıb və 2024-cü ilin iyul ayının ortalarından avqust ayının əvvəllərinədək müxtəlif otellərdə kişi müştəriləri ilə görüşdürüb, pul müqabilində cinsi əlaqədə olmasını təşkil edib.
İttihama görə, Vüsalə Əsədova 06 avqust 2024-cü il tarixdə Türkiyəyə gedən zərərçəkmiş D.D. (adı, soyadı şərtidir) ilə də analoji üsullarla hərəkət edib. 08 avqust 2024-cü il tarixdə İğdır şəhərində yerləşən restoranların birində tanış olduğu zərərçəkmiş şəxsi obyektlərin birində işə düzəldəcəyini vəd edərək aldadıb, zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismara cəlb edib. Onu kirayə tutduğu mənzilə yerləşdirərək, hədə-qorxu və məcbur etmə yolu ilə pasportunu götürüb saxlayıb və 08 avqust 2024-cü il tarixdən 09 sentyabr 2024-cü il tarixədək müxtəlif otellərdə kişi müştəriləri ilə görüşdürərək cinsi istismar edib.
Məhkəmə istintaqı zamanı Vüsalə Əsədova ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib. O, ifadəsində deyib ki, 2021-ci ilin iyul və ya avqust aylarında Türkiyəyə gedərək orada ofisiant kimi işləyib. Onun sözlərinə görə, ittihamda adı çəkilən qadınları tanımır, onlarla heç bir münasibəti olmayıb, həmin şəxsləri görməyib və yaşadığı yerə aparmayıb. Təqsirləndirilən şəxs qeyd edib ki, saxlanıldıqdan dörd ay sonra zərərçəkmiş şəxslər ifadə veriblər və pasportlarının onun tərəfindən götürülməsi ilə bağlı iddialar əsassızdır. Vüsalə Əsədovanın fikrincə, pasportu əlində olmayan şəxslərin müxtəlif otellərə göndərilməsi mümkün deyil.
Baxış sayı:91
Bu xəbər 04 Fevral 2026 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















