Icma.az
close
up
RU
Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 17 dekabr, AZƏRTAC

Dekabrın 17-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Hicran Hüseynova iclasda bir məsələnin - Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində , “Həmkarlar İttifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında” , “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında” “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirə ediləcəyini söyləyib.

Bildirilib ki, qanun layihəsi vətəndaşların əmək hüquqlarının təmin olunmasına xidmətlə yanaşı, əmək münasibətlərinin müasir və sosialyönümlü hüquqi tənzimlənməsini təmin etməyi, beynəlxalq əmək normalarına uyğunluğun gücləndirilməsini, habelə normativ-hüquqi aktların tələblərinə uyğunlaşdırmanın aparılmasını nəzərdə tutur. Layihəyə əsasən, ölkədə əmək münasibətlərinin gender bərabərliyi prinsipi əsasında qurulması və qadınların məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə mövcud qanunvericilikdə qadın əməyinin qadağan edildiyi 674 peşə, vəzifə və iş yerinin sayı azaldılaraq 204-ə endirilib.

Komitə sədri qeyd edib ki, qanun layihəsinə daxil edilən anlayışlardan biri də “ailə vəzifələri olan işçi” anlayışıdır və bu dəyişiklik ailə institutunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Qanun layihəsinin müzakirəsində komitənin sədr müavini Jalə Əliyeva, üzvləri Pərvin Kərimzadə, Könül Nurullayeva, Müşfiq Məmmədli, Sevinc Hüseynova, Günay Ağamalı, Səbinə Xasayeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova çıxış edərək sənədin sosial rifahın gücləndirilməsinə öz töhfəsini verəcəyini söyləyiblər, rəy və təkliflərini səsləndiriblər.

İclasda Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov çıxış edərək qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Sonda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see291

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see250

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see198

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see191

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see161

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see154

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri