Icma.az
close
up
RU
QAFAM 100 ə yaxın gəncə təlim keçdi

QAFAM 100 ə yaxın gəncə təlim keçdi

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qafqaz Araşdırmalar Mərkəzi İctimai Birliyi (QAFAM) sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Media savadlılığının təşviqi” layihəsi çərçivəsində təlimlərini davam etdirib. 

Təşlkilatın yaydığı məlumata görə, həmin gün Şəmkir, Tovuz və Qazax rayonlarında ümumilikdə 100-ə yaxın gəncin iştirak etdiyi seminarlar baş tutub.

Təimlərdə Qafqaz Araşdırmalar Mərkəzi İctimai Birliyinin İdarə Heyətinin sədri Elçin Rüstəmov iştirakçılara layihə haqqında ətraflı məlumat verib. E.Rüstəmov bildirib ki, təşəbbüsün əsas məqsədi tələbələr, gənc jurnalistlər və bloqerlər arasında tənqidi düşüncə və media savadlılığı bacarıqlarını formalaşdırmaq, dezinformasiya ilə mübarizə vərdişlərini inkişaf etdirməkdir. Layihənin xüsusi hədəflərinə media məzmununun tənqidi təhlilinə dair biliklərin artırılması, rəqəmsal fakt-yoxlama alətlərindən istifadə bacarıqlarının qazandırılması, media etikası və obyektiv jurnalistika prinsiplərinin aşılanması, eləcə də gənclər arasında sosial məsuliyyət və düzgün informasiya mədəniyyətinin formalaşdırılması daxildir.

Daha sonra layihənin təlimçisi, Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli çıxış edərək rəqəmsal dövrdə sosial media və onlayn informasiya resurslarının sürətli artımının gənclər qarşısında həm məlumat bolluğu, həm də dezinformasiya və manipulyasiya riskləri yaratdığını vurğulayıb: “Xüsusilə gənclər və gənc media mənsubları çox vaxt mənbəyi dəqiqləşdirmə, faktları müqayisə etmə və arqumentləri tənqidi təhlil etmə bacarığına malik olmadıqda yanlış məlumatların təsiri altına düşürlər. Bu da ictimai debatlarda səthilik, media manipulyasiyasına açıqlıq və vətəndaş fəallığının zəifləməsi ilə nəticələnir. Bu baxımdan, tənqidi düşüncə və media savadlılığının artırılması yalnız təhsil məsələsi deyil, həm də ölkənin framed ölkənin informasiya təhlükəsizliyi və sosial davamlılığı baxımından həyati zərurətdir.”

Zaur İbrahimli gənclər üçün interaktiv təqdimatla çıxış edib. Təqdimat zamanı “İnformasiya bolluğu və informasiya gigiyenası”, “Tənqidi düşüncə nədir?”, “Saxta xəbər (Fake News) növləri”, “Manipulyasiya üsulları”, “Mənbənin etibarlılıq testi”, “Rəqəmsal fakt-yoxlama alətləri”, “Jurnalistikanın qızıl qaydaları” və “Rəqəmsal məkanda məsuliyyət” kimi mühüm mövzular ətrafında ətraflı məlumat verilib.

Yüksək fəallıqla keçən təlimlərin sonunda iştirakçılar mövzu ilə bağlı təlimçiyə çoxsaylı suallar ünvanlayıb, interaktiv müzakirələr aparılıb.

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://azpost.info
archiveBu xəbər 09 Oktyabr 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see778

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see742

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see737

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see534

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see527

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see496

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see392

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see380

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see368

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see355

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see338

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see331

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see287

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see279

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

07 Oktyabr 2026 17:20see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see244

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see244

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see240

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see240

Qızılın qiyməti avqustun əvvəlindən ilk dəfə 4 100 dollardan aşağı düşüb

07 Oktyabr 2026 17:35see226
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri