Qafar Abdullayevin həbs müddəti uzadıldı
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qaradağ rayon təsərrüfat şöbəsinin keçmiş baş məsləhətçisi Qafar Abdullayevin həbs müddəti uzadılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə Binəqədi rayon Məhkəməsində qərar qəbul edilib.
Qərara əsasən, Q. Abdullayev mayın 30-dək həbsdə qalacaq. Qaradağ rayon icra başçısının keçmiş müavini Nadir Muradov və Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovun həbs qətimkan tədbirinin uzadılmasına isə gələn həftə baxılacaq.
Qeyd edək ki, hər üç şəxs 2025-ci ilin noyabr ayında saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.
Baxış sayı:61
Bu xəbər 21 Fevral 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















