Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Qafqaz gündəliyi və doğrulan proqnozlar

Qafqaz gündəliyi və doğrulan proqnozlar

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Gürcüstan hökuməti 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar verib.

Mediada belə bir xəbər gedib: "Gürcüstan Avropa İttifaqına üzvlük prosesini dayandırıb".

Fikrimizcə, bu, yanlış interpretasiyadır; Gürcüstan Avropa İttifaqına üzvlük prosesini dayandırmayıb. Əksinə Avropa İttifaqına üzvlüyə əsaslı hazırlaşmaq üçün bu məsələni gündəmə gətirməməyi qərara alıb.

2028-ci ilə qədər Gürcüstan özü üçün vaxt götürüb. Həmin vaxtdan İttifaqa üzvlüklə bağlı öhdəliklər üzərində işləmək məqsədi ilə istifadə edəcək.

Gürcüstanda da, elə Azərbaycanda da bəzi şərhçilər deyirlər ki, rəsmi Tiflis Qərbdən üz döndərir. Əksinə, Qərb Gürcüstanın üzünü özündən Şərqə tərəf döndərir. Bunu Türkiyənin timsalında da görmüşük; Avropa İttifaqına üzvlük proseduru sanki tilovda yem kimi istifadə olunur. Məqsəd ölkəni tam olaraq Qərbin paytaxtlarına tabe etməkdir.

Rəsmi Tiflis tamamilə doğru yol tutub. Çünki Brüssel Gürcüstanı bu tezliklə, bü cür param-parça halda öz yanında görmək istəmir. Gürcülər də görür ki, Avropa İttifaqına qoşulmaları belə tezliklə və asanlıqla olmayacaq. Qərb dövlətləri, sadəcə, Gürcüstanın Qərbə bu canatımından ölkəyə təzyiq vasitəsi kimi istifadə edirlər. Ona görə də Gürcüstan hökuməti bunu gündəmə gətirməməyi və daha yaxşı hazırlaşmağı qərara aldı. Zamanı çatanda qəbul etməkdə özləri maraqlı olacaq deyə. Türkiyəni nəinki Avropa İttifaqına buraxdılar, hətta bir ara Türkiyə Suriyada Rusiya ilə uzlaşanda və Rusiyanı Ukrayna ilə uzlaşdırmağa çalışanda, eləcə də,İsveçin, Finlandiyanın üzvlüyünə qarşılıq Ankara öz şərtlərini irəli sürəndə həmin Qərb dairələrində: "Türkiyəni NATO üzvlüyündən çıxaraq, yoxsa çıxarmayaq?" deyə "siyasi pıçıldaşmalar" da olmuşdu. Amma indi Ankaraya dalbadal minnətçi göndərirlər: "Bizi Rusiyadan qoru" deyirlər. Amma onillərlə Türkiyəyə bu üzvlük məsələsi üzərindən amansız basqı edirdilər. O zaman Türkiyə dövlət xarakterini göstərməli oldu: "Türkiyə Avropa İttifaqına lazım deyilsə, Avropa İttifaqı Türkiyəyə dünəndən lazım deyil" dedi. Prezident Ərdoğan: "Dünya təkcə Avropa İttifaqından ibarət deyil" demişdi, yəqin xatırlayırsınız. Bu, Ankaranın geosiyasətində dönüş nöqtəsi oldu.

Gürcüstan da bunu görür və diktata boyun əymək istəmir.

Baş nazir İrakli Kobaxidze bunu aydın və açıq formada deyib. "24News.ge" saytının yazdığına görə,

baş nazir bildirib ki, Avropa İttifaqına üzvlük müzakirələrinin başlanması "ölkəni təhdid etmək üçün alət kimi istifadə olunur".

O deyib ki, əvvəllər "eyni şey namizədlik statusu məsələsində baş vermişdi".

Gürcüstan hökuməti Avropa İttifaqının qrantlarından da imtina edir. Avropa İttifaqı Gürcüstana pul verib, əvəzində "istədiyi musiqini" sifariş edirdi. Gürcüstan bunu da istəmir. Baş nazir deyib ki, Gürcüstanı öz ləyaqətindən imtinaya sövq edirlər: "Gürcüstandan islahatlar deyil, sadəcə olaraq, ləyaqətdən imtinanı nəzərdə tutan addımlar tələb olunur".

Bunlar xarici təsirin şəffaflığı haqqında qanunun ləğvi, LGBT təbliğatına qarşı qanunun ləğvi, sanksiyaların tətbiqi və Gürcüstan iqtisadiyyatının çökməsi və sair tələblərdir.

Baş nazirin də açıqlamalarından görünür ki, Gürcüstan kimi bir cəmiyyətdən öz dəyərlərindən imtina tələb olunur. Ona görə də Gürcüstan həm Avropa İttifaqın bu şəkildə qoşulmaq istəmir. Həm də bu şəkildə olan Avropa İttifaqına indilik qoşulmaq istəmir. Üstəlik ABŞ-da Donald Trampın yeni prezidentlik dönəmi başladı-başlayacaq. Avropa İttifaqının özü də bilmir, bundan sonra Amerikanın Avropa siyasəti necə olacaq? Üstəlik Rusiyanın təhdidi artıq Ukraynanı da aşıb. Əvvəlki mərhələdə prezident Putin Ulraynaya hərbi təzyiq edirdi ki, Qərbin planlarında iştirakdan əl çəksin, indi artıq müharibə faktik qitələrarası savaşa döndüyündən, Putin Qərbə təzyiq edir ki, Ukrayna ilə bağlı planlarından əl çəksin.

Gürcüstan da kiçik ölkədir; top lüləsinin qarşısındadır. Rusiya ilə "dondurulmuş müharibə" vəziyyətindədir. Ehtiyatsız bir addım ölkəni istəmədiyi halda belə Rusiya-Qərb müharibəsinin içərisinə çəkə bilər. O zaman Gürcüstanın müstəqil dövlətçiliyi də təhlükəyə düşər. Gürcüstan indi aydın başa düşür ki, təhlükəsizlik məqsədi hər cür başqa məqsədlərdən önə keçib. İndi Avropa İttifaqına üzvlük deyil, bir dövlət kimi qalıb-qalmamaq masadadır. Budur, Putin Ukraynanın Odessa şəhərinə "İskander" raketi atan kimi, Moldovanın baş naziri Moskvaya reveranslar yağdırmaya başlayıb. Energetika nazirini "Qazprom"la danışıqlara göndrib.

Bəs deyirdiniz, Moldova, Avrointeqrasiya, Rusiyadan üz döndərmək-filan? Görürsünüz, siyasətdə qərarları reallıqlar diqtə edir. Gürcüstandakı kimi, Azərbaycanda da: "Rusiya ilə Qərb arasında seçim etməliyik, Avropaya inteqrasiya etməliyik" deyə səslər eşidilirdi. İndi də bu düşüncədə olanlar var. Əvvəllər də yazdığım kimi, elə siyasət yürütmək lazımdır ki, seçim qarşısında qalmayasan. Şimali Amerika, Qərbi və Mərkəzi Avropa dövlətləri, eləcə də, Şərqi Avropanın da Polşa kimi ölkəsi birləşib, Rusiyanı zəiflətmək və Avrasiya genişliyinə çıxmaq, Volqaboyunun qara torpaqlarına, Xəzərin şimal sahillərinə, Uralın, Sibirin, Uzaq Şərqin zəngin təbii resurslarına çıxış əldə eləmək üçün çalışıb-vuruşursa, Rusiyanın qonşuları, o cümlədən, Azərbaycan, Gürcüstan kimi ölkələr niyə bundan qıraqda qalsın?! Başqalarının müharibə yolu ilə çıxış əldə etməyə çalışdığı Avrasiya bazarlarına və resurslarına, məsələn, Azərbaycanın tarixən və təbii, dinc yolla çıxış imkanı varsa, bu imkanı əlinin arxası ilə itəlməli deyil ki. Bəli, MDB ölkələri, o cümlədən, Rusiya ilə ticarətdə idxalımız ixracımızdan çoxdur, bu, var. Ancaq özümüzdən asılıdır; iqtisadiyyat düzgün işləyib, bu mənfi trendi dəyişə bilər. Həm Azərbaycanın qeyri-neft iqtisadiyyatı indiki durumda Rusiya bazarına daha asanlıqla çıxa bilər, yoxsa Avropa bazarlarına?! Cavab sualın özündədir.

Hər il Azərbaycana Rusiyadan yüz milyonlarla ABŞ dolları dəyərində pul daxil olur. Hələ bu, rəsmi statistikadır. Rəsmiyyətdənkənar daha çoxdur. Bəs Avropadan, Amerikadan, lap elə qardaş Türkiyədən Azərbaycan ailələrinin büdcələrinə bu qədər pul gəlir? Xeyr. Əksinə Azərbaycandan bu ölkələrə pul axır. Son dövrlər məhkəmələrdə baxılan pul qaçaqçılığı cinayətləri də bunu göstərir. Hə, qrant qaçaqmalçılığı var (ya da vardı), o, başqa məsələ. Qərbdən Azərbaycan ailələrinə, icmalarına gələn pullar ölkəni içəridəm zəbt eləməyə xidmət edirdi. Azərbaycan bunun qarşısını çoxdan alıb.

Gürcüstan da vassala çevrilmək istəmədi, ona görə də xarici təsirin şəffaflığı haqqında qanun qəbul etdi. Bundan sonra Gürcüstana amansız pressinq başladı. Eyni zamanda cəmiyyətə deyirlər: "Mahiyyətini dəyiş, cinsini dəyiş, səni qəbul edək". O zaman Gürcüstan ailə dəyərlərinin qorunması haqqında qanun qəbul elədi. Bundan sonra Qərb Gürcüstanda inqilaba qərar verdi, ancaq buna nail ola bilmədi. Hətta Qərb ölkə prezidentini müxalifətə qoşdu, yenə mümkün olmadı. Çünki İrakli Kobaxidzenin də dediyi kimi, xalqı öz ləyaqətindən imtina etməyə məcbur qoyurdular. Obrazlı desək, gürcülərə: "Cinsini dəyiş, gəl" dedilər. Gürcülər isə haqlı olaraq bunu qəbul etmədi. Avropa İttifaqı da buna cavab olaraq, maliyyə dəstəyini kəsdi. İndi isə Gürcüstan heç özü də Qərbdən maliyyə istəmir. Çünki bu maliyyə dəstəyinin ardınca diqtə gəlir. Tiflis nə pul istəyir, nə də diqtəyə boyun əymək. Dəyərlərindən vaz keçmək istəmir. Doğru qərardır.

Çünki elə şeylər var, pulla almaq mümküm deyil. Azərbaycan bu qərarı çoxdan verib; Gürcüstan üçün də bu, bir nümunə olub. Gec-tez Ermənistan da Azərbaycan deyənə gələcək. Bu, proqnozdur.

Gürcüstan seçkiləri ərəfəsində inqilab gözləyənlərə yazmışdım ki, inqilab-filan olmayacaq, "Gürcü arzusu" qalib gələcək, müxalifət də bir müddət etiraz aksiyaları keçirəcək, ancaq hakimiyyəti dəyişə bilməyəcək.

Gürcüstanla bağlı bu, proqnozlarım tam doğruldu. Etiraz aksiyaları hər gün sönməkdədir; müxalifət nəinki inqilab eləyib hakimiyyəti dəyişdi, hətta heç parlamentin ilk iclasına, hökumətin formalaşmasına belə mane ola bilmədi. Müxalif liderlər də bu reallıqla barışıb: "Maksimum çalışacağıq ki, hökumətə diskomfort yaradaq" deyir. Yəni maksimum edə biləcəkləri budur. Müxalifətin prezidentinə çevrilmiş Salone Zurabişvilinin: "Ölkədə yeganə qanuni hakimiyyət mənəm" bəyanatı da tam bir çarəsizliyin ifadəsidir. Üstəlik xanım prezidentin səlahiyyət müddətinin bitməsinə cəmi 19 gün qalıb.

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Noyabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri