Icma.az
close
up
RU
Menu

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 ci ildönümü ilə əlaqədar “Sən elə bir zirvəsən” adlı konsert proqramı keçirilir

Meyvə və tərəvəzlərdə olan gizli təhlükə...

Çoxları bizə inanmırdı Əşrəf Hakimi

Malları sərnişinlərə paylayıb gömrükdən keçirdi

Türkiyədə yaşayan azərbaycanlı aktrisadan eyvanda açıq saçıq FOTOSESSİYA

Qazaxıstanda paradı çəkən qadına dron xəbərdarlıq etdi: Pəncərədən uzaqlaşın

Sovet kosmik obyekti Yerə çırpılacaq: Azərbaycan üçün təhlükə varmı?

ABL: Neftçi yenidən Sabah la qarşılaşacaq

“Qərbi Azərbaycana Qayıdış” olimpiadasının rayon turu İsmayıllıda təşkil olunub

Zelenski Trampla müzakirələr apardı

Geyindiyi cırıq ağ köynəyi ilə gündəm oldu FOTO

İkinci Dünya Müharibəsi iştirakçılarına və əlillərinə 10 min dollar verilib

Ulu öndərin multikulturalizm və tolerantlıq ideologiyası

Makron: Aİ Suriyaya qarşı sanksiyaların “tədricən ləğvini” davam etdirəcək

“Walt Disney” şirkəti Əbu Dabidə əyləncə parkı tikəcək

İspaniyada restoranda qazlı su içən kişinin daxili orqanları yandı

Gürcüstan hakimiyyəti əleyhinə olan “MEGOBARI aktı” ABŞ Senatına təqdim edilib

“Oyunçularım paltardəyişmə otağında ağladı” Arteta

Tərtərdə “Əbədiyaşar dahi şəxsiyyət Heydər Əliyev” adlı konfrans keçirilib

“Sabah”ın baş məşqçisi: “Bizim kimi rəqib də hər oyuna qələbə üçün çıxır”

Qafqaz lideri Asiyanın “üçüncü möcüzəsi” ilə ən yüksək əməkdaşlıq qurur

Qafqaz lideri Asiyanın “üçüncü möcüzəsi” ilə ən yüksək əməkdaşlıq qurur

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Vyetnam rəhbərinin Bakıya səfəri məzmun zənginliyi ilə yadda qaldı

Bu, Avropanın nüfuzlu beyin mərkəzlərinin, tanınmış beynəlxalq ekspertlərin gəldiyi qənaətdir: bu gün Vyetnamda yaşananlar 50–60 il bundan əvvəl Yaponiyada, 30–40 il qabaq Çində baş verənlərə çox oxşayır. Yəni dünya Asiyada “üçüncü möcüzə”nin baş verməsinə şahidlik etməkdədir. Həmin möcüzənin yaranmasında Qərbin də danılmaz töhfəsinin olduğu mütləq qeyd olunmalıdır.

Hanoy Rusiya bu coğrafiyadan çıxandan sonra Vaşinqtonla əlaqələri sahmana salıb. Məlum müharibəyə görə Vyetnam xalqından üzr istəyən Ağ ev sahib olduğu dünyanın ən böyük istehlak bazarını Hanoyun üzünə açdı.

Nəticədə, ölkənin irili-xırdalı bir çox şəhərlərində Qərb texnologiyası əsasında müasir fabrik-zavodlar açılmağa başladı. Böyük şirkətlər səmərəli idarəçiliyə, imtiyazlı şərtlərə və ucuz işçi qüvvəsinə malik Vyetnama axışdılar. Buraya bir başqa amili də əlavə etmək olar: pandemiya və Rusiya–Ukrayna savaşı səbəbindən Çinə bəzi məhdudiyyətlər qoyulduqdan sonra Vyetnama üz tutan Qərb şirkətlərinin sayı xeyli artdı. Tam əminliklə deyə bilərik ki, dünya uzun müddət sosialist düşərgəsində olduğuna görə geridə qalmış bu ölkənin indi iti sürətli dirçəliş mərhələsinə şahidlik edir.

Cənub–Şərqi Asiyanın XX əsrdə başı bəlalar çəkmiş, XXI əsrdə isə renessans dövrünə qədəm qoymuş bu ölkəsi ilə Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri qurması hər iki tərəfə həm siyasi, həm də iqtisadi baxımdan böyük dividendlər vəd edir. Bu baxımdan, Vyetnam Sosialist Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfərini tarixi səfər, habelə iki ölkə liderinin imzaladıqları Strateji Tərəfdaşlığa dair Birgə Bəyanatı əməkdaşlığın prespektivinə hesablanmış tarixi sənəd adlandırmaq olar.

***

Birgə bəyanatı imzaladıqdan sonra mətbuata verdikləri açıqlamalarda iki ölkənin liderləri dövlətlərarası sənədin böyük əhəmiyyətə malik olmasını qeyd etdilər. Bu səfərin nəticələrinin hər iki tərəf üçün uğurlu olacağına, əldə edilmiş razılaşmaların konkret layihələrə çevriləcəyinə əminliyini bildirən Azərbaycan Prezidenti İlham Əliyev Birgə Bəyanatı xüsusi olaraq vurğuladı: “Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam–Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksək səviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır”.

Dövlət başçılarının mətbuata bəyanatlarında diqqəti çəkən məqamlardan biri də ikitərəfli münasibətlərin beynəlxalq platformalarda xarakterinə böyük önəm verilməsi oldu. Yaxın keçmişdə kifayət qədər təcrübəyə malik diplomatik münasibətlərin bu müstəvidə də uğurlu perspektivə söykənəcəyi şübhəsizdir. Dövlətimizin başçısı çıxışında bu tezisi ayrıca qeyd etdi: “Biz bu gün, eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardıq və burada da heç bir fikir ayrılığı yoxdur. Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında – beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır. Yəni bu gün bir çox istiqamətlər üzrə apardığımız müzakirələr əsnasında görürük ki, fikir ayrılığı yoxdur. Əksinə, biz demək olar ki, vahid mövqedən çıxış edirik. Baxışlarımızda da bir çox oxşarlıq var”.

BİRİNCİ ARAYIŞ

Vyetnam orta gücə malik bir dövlətdir. Əhalisi 100 milyon nəfəri ötmüş, ərazisi təxminən, Almaniya qədər olan bu ölkədə adambaşına düşən ÜDM baxımından Çindən, demək olar ki, üç dəfə kasıbdır. Ötən ilin sentyabr ayında ABŞ Prezidenti Co Baydenin Hanoya səfəri zamanı rəsmi Vaşinqton gözlənilmədən Vyetnamla münasibətlərin statusunu “hərtərəfli strateji tərəfdaşlığa” yüksəltdiyini elan etdi. Əslində, Vyetnamın xarici tərəfdaşlarının diqqətlə qurulmuş iyerarxiyasında, bu, ABŞ-ı Çinlə eyni səviyyəyə qaldırdı. Vaşinqtonun Hanoyla son razılaşması Çinin bölgədəki təsirini zəiflətmək üçün bu ölkəyə iqtisadi və yumşaq gücündən istifadə etmək nümunəsi sayıla bilər.

İlham Əliyev, həmçinin qeyd etdi ki, iki ölkənin müdafiə sənayesi istiqamətində də çox böyük perspektivlər var. Doğrudan da, hər iki ölkədə sənayenin bu treki kifayət dərəcədə inkişaf edib və burada səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq tərəflərə yalnız fayda gətirə bilər.

***

Azərbaycan liderinin çıxışında dediklərinə şərik olduğunu, onun təşəbbüs və ideyalarına tam dəstək veridiyini dilə gətirən cənab To Lam hazırkı səfərin diplomatik münasibətlər qurulduqdan sonra Vyetnam Kommunist Partiyası Baş katibinin Azərbaycana ilk səfəri olduğunu xatırlatdı: “Bu, Azərbaycanla bütün sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində Vyetnamın qətiyyətli olduğunu nümayiş etdirir. Bütün bunlar, öz növbəsində, ölkələrimiz arasında ənənəvi dostluğa və əməkdaşlıq potensialına cavab verir. Biz etimad, dostluq və səmimiyyət şəraitində cənab Prezidentlə uğurlu danışıqlar apardıq və yaxın zamanlarda iki ölkə arasında əlaqələrin strateji istiqamətlər üzrə inkişaf etdirilməsi barədə razılığa gəldik”.

Vyetnam lideri To Lamın iki ölkə arasında ənənəvi dostluq və əməkdaşlıqdan danışarkən hələ Sovetlər dönəmində vyetnamlı gənclərin Azərbaycanın ali təhsil ocaqlarında təhsil aldıqlarını, eləcə də mədəniyyət və səhiyyə sahələrində geniş vüsət almış əlaqələri nəzərdə tutduğu şübhəsizdir. Rəsmi statistika deyir ki, Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı gənc təhsil alıb. İndi onların bir çoxu Vyetnamın dövlət orqanlarında məsul vəzifələrdə çalıışır.

“Biz siyasi, diplomatik, energetika, müdafiə, ticarət və digər sahələrdə yaxşı nəticələr əldə etmişik. Bu əsasla biz strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı artıq qəbul etdik. Bu isə ölkələrimizin münasibətlərinin tarixində yeni dövr, yeni səhifə açır. Əminəm ki, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq”.

Vyetnam KP MK-nın Baş katibi çıxışında Birgə bəyanatda əks olunan müddəaların icrası üçün beş məsələ təklif etdi. Baş katib birinci məsələnin partiya, dövlət, parlament və rayonlar kimi bütün səviyyələrdə əlaqələri və təmasları fəallaşdırmaq olduğunu bildirdi. İkincisi, hökumətlərarası komissiya vasitəsilə ticari-iqtisadi əməkdaşlığı fəallaşdırmağın vacibliyini önə çəkdi. O, üçüncüsü məsələ ilə bağlı bunları qeyd etdi: “Biz müdafiə və təhlükəsizlik sahələrində əlaqələri fəallaşdırmalıyıq, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə sahələrində münasibətlərimizi inkişaf etdirməliyik”. Dördüncü məsələnin mədəniyyət, idman və turizm, təhsil, xalqlararası təmaslar və regionlar sahələrində əməkdaşlığı genişləndirmək olduğunu vurğulayan To Lam, həmçinin bildirdi: “Beşincisi, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmalıyıq. BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Toplantısı kimi təşkilatlarda bir-birimizi dəstəkləməliyik”.

Qeyd etdiyimiz kimi, iki ölkənin beynəlxalq platformalarda bir-birinə daim dəstək verməsi sağlam və obyektiv zəminə malikdir. Burada missiyanın davamlı olmasında başçılarının oynadığı diplomatik rolları böyükdür.

İKİNCİ ARAYIŞ

Vyetnamın etnik, dini problemi yoxdur: vyetlər (vyetnamlılar-red.) əhalinin mütləq çoxluğunu təşkil edirlər. Ölkənin azsaylı çinli icması nəzərəçarpacaq rola malik deyil. Əksinə, Çinin cənub vilayətlərində vyetlərə yaxın icmalar yaşayırlar. Vyetnamın inkişafı onları da özlərinə cəlb edəcək. Digər etnik azlıqlar isə vyetlərə yaxın xalqlar sayılırlar. Eyni soydan gələn xalqlar Kambocada çoxluqda, Laosda isə azlıqdadırlar. Yəni, Vyetnamın inkişaf yolunda süni maneələr yaradılmasa, ətrafdakı yaxın mədəniyyətli iki ölkəni və çoxsaylı dini-etnik icmaları əhatə edəcək bir zolaq, vahid etno-coqrafi məkan yarana bilər. Başqa sözlə, Vyetnamın da Cənubi Koreya kimi inkişaf etməsi, Çinin həm Şimaldan, həm Cənubdan alternativ tarixə, mədəniyyətə, iqtisadiyyata malik, imperiyaya qarşı dura biləcək ölkələrlə əhatələnməsi Qərbin maraqları ilə üst-üstə düşür.

İkitərəfli münasibətlərə birbaşa aidiyyatı olan önəmli bir məqamı ayrıca qeyd etmək istərdik. Bu gün Qərbin üz tutduğu Vyetnamın inkişafında ötən əsrin 70–80–90-cı illərində Bakıda təhsil almış tələbələrin xidməti danılmazdır. O dövrdə Bakının küçələrində, tələbə yataqxanalarında tez-tez rastlaşdığımız kasıb geyimli, bəstəboy, çəlimsiz vyetnamlı oğlan və qızlar indi yüksək ixtisaslı mütəxəssislər kimi vətənlərinin dirçəlişində yaxından iştirak edirlər. Onlar müasir şirkət və müəssisələrdə rəhbər postlar tutur, diplomat, neft mühəndisi, həkim, ya da uğurlu sahibkar kimi tanınırlar. Yəni Vyetnamın inkişafında Azərbaycanın xidməti həm də bundan ibarətdir. İndi həmin məzunlar ölkəmizin xaricdəki lobbisinə çevirə bilər.

Şübhə etmirik ki, Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın Vyetnamla uğurlu siyasi əməkdaşlığı məhz həmin məzunların sayəsində olub. Azərbaycan Prezidenti II Qarabağ savaşından sonrakı çıxışlarının birində qeyd edirdi ki, beynəlxalq səviyyədə ölkəmizə qarşı hücumların qarşısının alınmasında Qoşulmama Hərəkatına üzv dövlətlərin də rolu olub. Bu dövlətlərdən biri artıq strateji tərəfdaşımıza çevrilmiş Vyetnamdır.

Bəli, bu gün Avropanın enerji xəritəsini dəyişən Azərbaycan əməkdaşlıq coğrafiyasını genişləndirərək Asiya ölkələri ilə də əlaqələrin qurulmasına, inkişafına xüsusi önəm verir. Məhz bu prizmadan yanaşanda, Asiyanın “üçüncü möcüzə” ilə – Vyetnamla yollarını strateji magistralda birləşdirən Azərbaycanın özünün də yaxın gələcəkdə Cənubi Qafqazın liderindən bölgənin, eləcə də postsovet məkanının möcüzəsinə çevriləcəyini proqnozlaşdırmaq olar.

İmran BƏDİRXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 May 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 ci ildönümü ilə əlaqədar “Sən elə bir zirvəsən” adlı konsert proqramı keçirilir

07 May 2025 20:28see234

Meyvə və tərəvəzlərdə olan gizli təhlükə...

08 May 2025 21:07see148

Çoxları bizə inanmırdı Əşrəf Hakimi

08 May 2025 01:38see144

Malları sərnişinlərə paylayıb gömrükdən keçirdi

07 May 2025 17:28see135

Türkiyədə yaşayan azərbaycanlı aktrisadan eyvanda açıq saçıq FOTOSESSİYA

08 May 2025 02:02see132

Qazaxıstanda paradı çəkən qadına dron xəbərdarlıq etdi: Pəncərədən uzaqlaşın

08 May 2025 03:14see131

Sovet kosmik obyekti Yerə çırpılacaq: Azərbaycan üçün təhlükə varmı?

09 May 2025 02:13see129

ABL: Neftçi yenidən Sabah la qarşılaşacaq

08 May 2025 09:22see129

“Qərbi Azərbaycana Qayıdış” olimpiadasının rayon turu İsmayıllıda təşkil olunub

09 May 2025 02:46see127

Zelenski Trampla müzakirələr apardı

08 May 2025 23:30see125

Geyindiyi cırıq ağ köynəyi ilə gündəm oldu FOTO

09 May 2025 03:15see124

İkinci Dünya Müharibəsi iştirakçılarına və əlillərinə 10 min dollar verilib

08 May 2025 18:54see124

Ulu öndərin multikulturalizm və tolerantlıq ideologiyası

08 May 2025 09:20see120

Makron: Aİ Suriyaya qarşı sanksiyaların “tədricən ləğvini” davam etdirəcək

08 May 2025 08:10see120

“Walt Disney” şirkəti Əbu Dabidə əyləncə parkı tikəcək

08 May 2025 08:08see119

İspaniyada restoranda qazlı su içən kişinin daxili orqanları yandı

08 May 2025 03:24see114

Gürcüstan hakimiyyəti əleyhinə olan “MEGOBARI aktı” ABŞ Senatına təqdim edilib

07 May 2025 20:25see114

“Oyunçularım paltardəyişmə otağında ağladı” Arteta

08 May 2025 06:11see113

Tərtərdə “Əbədiyaşar dahi şəxsiyyət Heydər Əliyev” adlı konfrans keçirilib

07 May 2025 19:24see111

“Sabah”ın baş məşqçisi: “Bizim kimi rəqib də hər oyuna qələbə üçün çıxır”

09 May 2025 00:36see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri