Icma.az
close
up
RU
Qafqaz türkləri və ya soyuq vaqonların dəhşəti

Qafqaz türkləri və ya soyuq vaqonların dəhşəti

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın borcu var - dağların o üzündəki qardaşlara əl uzatmaq

XX əsrin ən ağrılı səhifələrindən biri Qafqaz türklərinin – xüsusilə də qaraçay-balkarların sürgün taleyidir. Bu xalqın yaralı yaddaşını poeziyada ən parlaq ifadə edənlərdən biri isə balkar şairi Kaysın Kuliyevdir.

O, II Dünya müharibəsi iştirakçısı olmuş və döyüşlərin birində ağır yaralanaraq ordudan tərxis edilmişdi. Ona görə də balkarları heç bir əsas və sübut olmadan Qazaxıstan və qismən Qırğızıstana sürgün edəndə Stalin ona sürgün olunmamaq imtiyazı versə də: “Xalqım hara, mən də ora”, demiş və sürgün həyatı yaşamışdır. Hətta qundaqda olan qızı da yolda tələf olmuşdur.

Onun misraları sadəcə söz deyil, tarixin qan yaddaşıdır. “Mart qarının qanlı göz yaşları”, “soyuq vaqonların dəhşəti” kimi ifadələrlə Kuliyev sürgün illərinin insanı sarsıdan mənzərəsini dünyaya çatdırırdı. O, yazırdı ki, balkar uşaqları əsrlər keçsə də, buz kimi vaqonların üfunətini və didərginliyin ağrısını unuda bilməyəcəklər.

“Vəsiyyət” poemasını şair balkarca yazsa da, internet kimi bir şəbəkədə onun orijinalını tapmaq mümkün olmadı. Məcburən rus dilinə tərcüməsini verirəm:

«Балкарским детям не забыть вовек

Холодные и смрадные вагоны

И мартовский — в слезах кровавый снег.»

Amma Kuliyevin şeirləri yalnız qara hüznlə dolu deyildi. Onun poeziyası eyni zamanda dağların əzəmətinə, doğma torpağın nəfəsinə, dilin müqəddəsliyinə bir nəğmə idi. “Vətən dili” haqqında yazdığı məşhur misralarda şair göstərirdi ki, millət, torpaq və dil – bir xalqın əbədi yaşamaq haqqının dayaqlarıdır.

Sürgün Kuliyevin qələmini sındıra bilmədi. Əksinə, poeziya onun üçün həm də müqavimət idi. O, özü demişdi: “Mənim şeirlərim – xalqımın dağlarda qalan səsidir.”

Rus dilində “Vətənə həsrət”:

«Язык, рожденный мудрецом-провидцем,

… оставшийся живым в борьбе смертельной…

… в горах балкарских люди умирали

и бредили на этом языке.»

Bu gün Kuliyevin poeziyası yalnız balkar xalqının deyil, bütün türk dünyasının yaddaşıdır. Onun misralarında bir millətin ağrısı, digər millətlərin də dərdidir. Çünki sürgünlə sınanmış hər bir xalq Kuliyevin şeirlərində öz iztirabının əks-sədasını eşidir.

***

Şimali Qafqaz türkləri – unudulmamalı qardaşlıq

Bizim qumuq, noqay, qaraçay, balkar qardaşlarımızın səsi Şimali Qafqaz dağlarından əsrlərdir ucalır. Onlar dastanları, sazları, özünəməxsus ləhcələri ilə türk dünyasının ayrılmaz parçasıdırlar. Amma bu gün həmin səs çox zaman yalnız toy şənliklərində, folklor tədbirlərində eşidilir. Çünki gündəlik həyatın, iqtisadi çətinliklərin, dilin sıxışdırılmasının, urbanizasiyanın güclü təzyiqi altındadırlar.

Uşaqların ana dilində kitabı azdır, müəllim dərslik qıtlığından əziyyət çəkir, gənclər iş dalınca Moskvaya, Peterburqa üz tuturlar. Mədəniyyət isə çox vaxt muzey eksponatı kimi yaşamaq üçün deyil, nümayiş üçün göstərilir. Halbuki biz yaxşı bilirik: dil yaşasa, xalq yaşayar. İqtisadi dayağı olsa, mədəniyyət çiçəklənər.

Şimali Qafqaz türkləri – qumuqlar (təxminən 600 min nəfər), noqaylar (100–120 min nəfər), qaraçaylar (200 min nəfər), balkarlar (120 min nəfər) – əsrlərdir Qafqaz dağlarının qoynunda yaşayırlar.

UNESCO-nun “Yoxa çıxmaq təhlükəsində olan dillər” siyahısında noqay və balkar dilləri “həssas” statusundadır.

Bölgədə işsizlik 15–20% arasında dəyişir (RF orta göstəricisindən 2 dəfə çox). Bu səbəbdən gənclərin böyük qismi Moskva və digər şəhərlərə köçür.

Azərbaycan nə edə bilər?

Bizim üzərimizdə mənəvi bir borc var. Biz yalnız öz sərhədlərimizdə yaşayan türklərə yox, Qafqaz dağlarının qoynunda, Terek çayının sahilində, Elbrusun ətəyində yaşayan qardaşlarımıza da dayaq olmalıyıq. Azərbaycan o zaman daha güclü olacaq ki, özünü böyük türk ailəsinin mərkəzi kimi aparacaq.

Bu dəstək siyasətdən uzaq, insanlara yaxın olmalıdır. Bizim gücümüz mədəniyyətdədir, iqtisadiyyatda, maarifdədir.

Niyə qumuq, noqay, qaraçay və balkar dillərində Azərbaycanda çap olunmuş kitabların karvanı Şimali Qafqaza getməsin?

Niyə qumuq, noqay, qaraçay, balkar gəncləri üçün Bakıda yay məktəbləri təşkil olunmasın?

Niyə bizim bazarlarda “Dərbənd balı”, “Çerkessk pendiri” və ya “Balkar toxuculuğu” nümunələri satılmasın?

Niyə Şimali Qafqaz xalqları üçün Bakıda illik Türk xalqları folklor festivalı keçirilməsin?

Niyə birgə televiziya və radio layihələri olmasın?

Niyə Azərbaycan universitetlərində Şimali Qafqaz türkləri üçün təqaüd proqramları təşkil edilməsin?

Niyə müştərək elmi ekspedisiyalar və konfranslar keçirilməsin?

Niyə “Şimal–Cənub” nəqliyyat dəhlizi çərçivəsində yerli istehsalçıların məhsullarına Azərbaycan bazarına çıxış imkanı yaradılmasın?

Niyə Azərbaycan şirkətləri Dağıstan, Kabardin-Balkar və Qaraçay-Çərkəzdə kənd təsərrüfatı və turizm sahəsində layihələrə investisiya yatırmasın?

Azərbaycanın bu dəstəyi yalnız mədəni-mənəvi deyil, həm də geosiyasi xarakter daşıyaraq Rusiyanın “etnik kartı”na cavab olacaq. Moskva Azərbaycandakı etnik azlıqlardan istifadə etməyə çalışır (məsələn, Solovyovun çağırışları). Bakı isə əksinə, RF-dəki türk xalqlarının mədəni hüquqlarını qabardaraq tarazlıq yarada, Şimali Qafqaz türklərinin problemlərini Türk Dövlətləri Təşkilatı (TDT) gündəminə çıxararaq türk dünyasının “yumşaq güc”ünü artıra bilər.

Bunların hamısı mümkündür. Yetər ki, biz istək və iradə göstərək.

Azərbaycanın borcu var: dağların o üzündəki qardaşlara əl uzatmaq. Çünki biz bir millətik – yalnız sərhədlərimiz fərqlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://ayna.az
archiveBu xəbər 22 Avqust 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri