Icma.az
close
up
RU
Azərbaycanın sülh modelinə yüksək qiymət Zayed mükafatı

Azərbaycanın sülh modelinə yüksək qiymət Zayed mükafatı

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən elan edilən 2026-cı il üçün "Zayed İnsan Qardaşlığı Mükafatı"nın qalibləri arasında Azərbaycan Prezidenti İlham Əliyev də yer alır. Cənab Prezident bu mötəbər mükafata sülhpərvər və möhtəşəm sülh quruculuğu xidmətlərinə görə layiq görülüb. Dövlət başçısı Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyduğuna və "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına nail olduğuna görə bu ali mükafatla təltif olunub.

Bu gün Azərbaycan regionda sülhün, sabitliyin bərqərar olmasında mühüm rol oynayır. 44 günlük Vətən müharibəsi, bir günlük antiterror əməliyyatı ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaratdı, eyni zamanda, sülh təşəbbüsləri, sülh istiqamətində addımları, səyləri ilə bölgənin inkişafı, əməkdaşlığın qurulmasının memarı oldu. Bununla da müharibədə qalib dövlət olan Azərbaycan həm də sülhü qazandı.

Prezidentin qətiyyətli və prinsipial siyasəti nəticəsində Ermənistanı revanşizmə və regionu yeni qarşıdurmaya sürükləyən cəhdlərin də qarşısı alındı. Nəhayət, 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycanın bütün səyləri, təşəbbüsləri mühüm diplomatik nəticə ilə yekunlaşdı, məsələyə nöqtə qoyuldu, regionda sülh bərqərar oldu.

Bakı hazırda qeyd edilən istiqamətdə praktik addımlarını davam etdirir. BƏƏ-nin Şeyx Zayed Fondunun qərarı onu nümayiş etdirdi ki, Azərbaycan dünyada sülhyaradan, qlobal əməkdaşlığı, dialoqu təşviq edən dövlət kimi qəbul edilir.

Onu da qeyd edək ki, Şeyx Zayed Fondu BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilib. Fondun əsas missiyası humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqidir. "Zayed İnsan Qardaşlığı Mükafatı" dünyada sülh, həmrəylik və dinc-yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır.

Bu günlərdə Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib. Onlar 2026-cı il üzrə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını bildirərək, dövlət başçısını bu il fevralın 4-də Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasiminə dəvət ediblər. Qeyd ediblər ki, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvlərinin ötən il dünya üzrə bütün sülh modellərinin araşdırılmasından sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə olan digər bölgələrdə də tətbiqi üçün gözəl nümunə olması barədə qərar qəbul ediblər.

Dövlət başçısı öz növbəsində bildirib ki, sülh bütün regiona sabitlik və firavanlıq gətirəcək: "Son qanlı döyüşlərdən sülhə gedən yol iki il zaman apardı. Əziyyətə və qurbanlara baxmayaraq, biz sülhün birdəfəlik bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirdik və artıq bunun bəhrəsini görürük".

Prezident bildirib ki, cəmi beş ildir sülh şəraitində yaşayırıq, son aylar sülh artıq ticarət sahəsi də daxil olmaqla, praktik müstəviyə keçib. Dövlət başçısı bu xüsusda 2025-ci il avqustun 8-də Vaşinqton görüşündə sülh gündəliyi ilə bağlı əldə olunmuş razılaşmaların tarixi əhəmiyyətini vurğulayıb, ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirib.

Milli Məclisin deputatı Arzuxan Əlizadə "525"ə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi dövlət başçısının təkcə regionda deyil, qlobal miqyasda yürütdüyü çoxvektorlu və sülhə əsaslanan siyasətin təntənəsini və onun nəticələrini nümayiş etdirir.

O bildirib ki, bu, kifayət qədər nüfuzlu bir mükafatdır. "Zayed İnsan Qardaşlığı Mükafatı" Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub. BƏƏ-nin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini, dəyərlərini təşviq edir: "Prezidentin bu mükafata layiq görülməsi olduqca qürurvericidir. Xüsusilə qeyd olunur ki, mükafat Prezidentə Azərbaycan və Ermənistan arasında, bütövlükdə regionda dayanıqlı sülhə, sabitliyə nail olunması istiqamətində atdığı addımlara görə verilir. Məlumdur ki, 5 il bundan əvvəl böyük Zəfərlə başa çatmış İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdi, sülh sazişi layihəsini irəli sürdü. Bunun əsasında da 5 ildən bir qədər artıqdır ki, proses uğurla davam edir, təbii ki, Ermənistan tərəfinin qeyri-konstruktiv addımlarına görə bu proses uzanıb. Amma artıq ötən il avqustun 8-də Vaşinqtonda üçtərəfli razılaşma imzalandı, sülh sazişi layihəsi paraflandı, gözlənilir ki, bu ilin sonuna qədər yekun sülh sazişi də imzalansın. Bu sazişin imzalanmasında, Azərbaycanla Ermənistan arasında münaqişənin bitməsində, regionda nəhayət dayanıqlı sülhə nail olunmasında Prezident İlham Əliyevin xidmətləri əvəzolunmazdır. Bu kontekstdə də mükafat Azərbaycan Prezidentinə təqdim olunacaq".

Milli Məclisin deputatı Ceyhun Məmmədov "525"ə bildirib ki, Prezidentin bu mükafata layiq görülməsinin çox ciddi səbəbləri var. Dövlət başçısı sülh quruculuğu istiqamətində dünyanın diqqətini öz üzərinə çəkən liderdir: "Bu gün bölgəmizdə sürətlə sülh quruculuğu prosesi gedir. Bu prosesdə biz bir neçə vacib məqamı qeyd edə bilərik. Prezidentin vurğuladığı kimi, bölgəmizdə sülhün qurucusu, sülhə töhfə verən ölkə məhz Azərbaycandır. Yəni bu işlər Azərbaycanın rəhbərliyi ilə aparılır. Cənab Prezident bölgəmizə sülhün gəlməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirir və bunlardan biri dediyimiz istiqamətdə görülən işlərdir. Əlbəttə ki, bütün bunlar, yəni Prezidentin sülh prosesinə töhfələri nəzərə alınaraq dövlət başçısı belə bir mükafata layiq görüldü. Hesab edirəm ki, bu mükafat Prezidentə olan etimad, onun sülh təşəbbüslərinə, Azərbaycan və Ermənistan sülh prosesində gördüyü işə verilən qiymətdir. Bu, eyni zamanda ölkəmizin nüfuzunun, Prezidentə olan yüksək etimadın göstəricisidir. Bu mükafata dünya tərəfindən Prezidentin fəaliyyətinin qiymətləndirilməsi kimi baxmaq lazımdır".

Deputat əlavə edib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın atdığı addımları təqdir edir, dəstəkləyir: "Bu, olduqca vacid və önəmli mahiyyət daşıyan məsələdir. Mükafat ölkəmizin, Prezidentin qlobal miqyasda nüfuzunun artmasının göstəricisidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Yanvar 2026 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri