Icma.az
close
up
RU
“Qaladan Qala Gədəbəy: Tarixi Abidələr Diyarı” sənədli filminin təqdimatı KEÇİRİLƏCƏK

“Qaladan Qala Gədəbəy: Tarixi Abidələr Diyarı” sənədli filminin təqdimatı KEÇİRİLƏCƏK

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci il iyunun 25-də Gədəbəy rayonunun Heydər Əliyev Mərkəzində “Sağlamlığın Qorunması” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə ərsəyə gəlmiş “Qaladan Qala – Gədəbəy: Tarixi Abidələr Diyarı” sənədli filminin təqdimatı baş tutacaq.

Layihə Azərbaycanın qədim yaşayış və mədəniyyət bölgələrindən biri olan Gədəbəydə yerləşən tarixi abidələr, qalalar, körpülər və maddi-mənəvi irs nümunələri barədə dolğun və vizual şəkildə ictimaiyyəti məlumatlandırmağı hədəfləyir. Film vasitəsilə həm bu bölgənin zəngin mədəni-tarixi irsi əks olunur, həm də Azərbaycanın ümumi mədəni yaddaşında Gədəbəyin oynadığı rol ön plana çıxarılır. Layihənin məqsədi mədəni irsin qorunmasını və onun gələcək nəsillərə ötürülməsini təşviq etməkdir.

Sənədli filmdə igidlik və qəhrəmanlıq ənənələrinin daş yaddaş kimi qorunduğu sıldırım qayalıqlarda ucalan qalalardan tutmuş, dastan və nağıllarda yaşadılan tarixi simalara qədər geniş bir mədəni mənzərə canlandırılır. Bununla yanaşı, film Gədəbəydə yaşayan malakan icmasının həyat tərzinə, onların bu torpaqda yerli əhali ilə birgə paylaşdığı çoxmədəniyyətli və tolerant dəyərlərə də xüsusi yer ayırır.

Təqdimat proqramı yalnız film nümayişi ilə yekunlaşmır. Tədbir çərçivəsində gənc rəssamların əsərlərindən ibarət rəsm sərgisi nümayiş etdiriləcək və musiqili-ədəbi kompozisiya ilə zənginləşdirilmiş bir proqram təqdim olunacaq. Beləliklə, layihə təkcə mədəni irsin təbliği yox, həm də yaradıcı gənclərin cəmiyyətə inteqrasiyası və onların yaradıcılıqlarına stimul verilməsi baxımından mühüm platforma rolunu oynayacaq.

Təşkilatçılar başda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Orxan Mürsəlov olmaqla, rayon rəhbərliyinə və çəkiliş prosesində yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildirirlər.

Gədəbəy rayonu, Heydər Əliyev Mərkəzində təqdimatının keçirilməsi nəzərdə tutulan filmin çəkilişləri “AS Production” tərəfindən ərsəyə gətirilib. Layihə rəhbəri: “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.e.d. Yazgül Abıyeva, redaktor: telejurnalist Səidə İbrahimli, rejissor və operator: Faiq Əliyev, videoqraf: Sadiq İsazadə, fotoqraf: Ramin Aslanovdur.

Bu tədbir Gədəbəydə tarixlə bu günün qovuşduğu nadir bir məkanda, mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi naminə atılmış əlamətdar bir addım olacaq. Media nümayəndələri, mədəniyyət sahəsinin təmsilçiləri və ictimaiyyət dəvətlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyun 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri