Qalatasaray Adana Dəmirspor oyunu ilə bağlı aidiyyəti qurumlara müraciət olunub
Report.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin "Qalatasaray" klubu "Adana Dəmirspor"a qarşı Superliqanın XXIII turunun oyununda yaşananlarla bağlı aidiyyəti qurumlara müraciət ünvanlayıb.
"Report" xəbər verir ki, İstanbul təmsilçisi bu barədə rəsmi "X" hesabında paylaşım edib.
"Sarı-qırmızılar" matçdan əvvəl, görüş vaxtı və qarşılaşmadan sonra baş verən proseslərə aydınlıq gətirmək üçün müraciət etdiyini bildirib:
"Qalatasaray" İdman Klubu Türkiyə futbolunda ədalətin tərəfində olmağa və meydanda qalib gəlmək üçün var gücü ilə çalışmağa davam edəcək".
Qeyd edək ki, "Adana Dəmirspor" komandası ötən gün Superliqanın XXIII turunda "Qalatasaray"la oyunu yarımçıq tərk edib. Klub meydan sahiblərinin lehinə verilən penaltiyə görə bu addımı atıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 10 Fevral 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















