“Qalatasaray” ailəsi kədərə boğuldu
Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin “Qalatasaray” klubu ötən gecə Çempionlar Liqasının VI turunda rəqib meydanda “Monako”ya məğlub olmaqla ağır zərbə aldı. Bundan sonra İstanbul təmsilçisinin “divlər liqası”nda mübarizəni davam etdirməsi möcüzə sayılacaq.
Metbuat.az xəbər verir ki, sarı-qırmızılıları həm də Uğurcan Çakırın zədələnməsi məyus edib. Fransada kritik qurtarışları ilə tərəfdarların alqışını qazanan təcrübəli qapıçının matçın 59-cu dəqiqəsində zədələnərək meydanı tərk etməsi Türkiyə təmsilçisi üçün ciddi itki sayılır.
Çakırın sağlamlıq durumu ilə bağlı yekun qərar İstanbulda keçiriləcək müayinələrdən sonra veriləcək. Ulduz qapıçının bir müddət yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.
Qeyd edək ki, Uğurcan Çakır “Monako” ilə qarşılaşmanın 47-ci dəqiqəsində qapısını rəqibin 11 metrlik cərimə zərbəsindən qoruya bilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 10 Dekabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















