Qalatasaray da Virgil van Dayk üçün geri sayım
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Yeni mövsümə iddialı hazırlaşan "Qalatasaray" heyətini dünya səviyyəli bir ulduzla gücləndirməyə hazırlaşır. Sarı-qırmızılılar bir müddətdir gündəmlərində olan "Liverpul"un kapitanı Virgil van Dayk üçün yenidən hərəkətə keçiblər.
Milli.Az xəbər verir ki, hollandiyalı ulduz müdafiəçi daha əvvəlki danışıqlarda Dünya Çempionatından sonrasını işarə etmişdi. Lakin "Qalatasaray" rəhbərliyi tələsir və turnir bitməmiş bu transferi bitirmək istəyir.
Van Daykın "hə" deməsi ilə "Qalatasaray" rəsmiləri dərhal "Liverpul" ilə rəsmi danışıqlara başlayacaq.
Klubun əsas məqsədi 2026-2027 mövsümündə müdafiənin mərkəzində Van Dayk - Davinson Sançes dueti yaratmaqdır. Bu transfer baş tutarsa, Abdülkerim Bardakçı da rotasiyada yer alacaq və komanda Çempionlar Liqası ərəfəsində müdafiə xəttində inanılmaz bir gücə sahib olacaq.
Xarici oyunçu limitinin çətinliklərinə baxmayaraq, "Qalatasaray" rəhbərliyi Van Daykın təcrübəsinin komandaya böyük töhfə verəcəyinə inanır. 34 yaşlı ulduzun heyətə qatılması komandanın müdafiə keyfiyyətini artıracaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 19 İyun 2026 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















