“Qalatasaray” italyan futboçunu İtaliya klubuna göndərir
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qalatasaray"a keçəndən bəri gözləntiləri doğrultmayan italyan futbolçu Nikolo Zaniolo klubdan getməyə hazırlaşır.
İdman.biz bildirir ki, bu barədə türk mətbuatı yazıb.
26 yaşlı sağ cinah yarımmüdafiəçisi bu mövsüm "Qalatasaray"ın heyətində 4 matçda meydana çıxıb və həmin matçlarda bir məhsuldar ötürmə edib.
Zaniolo icarə əsasında İtaliya çempionatına bu il uğurla başlamış “Udineze”yə keçəcək. O, artıq İtaliyada sağlamlıq müayinəsindən də keçib.
Jurnalist Fabrisio Romanonun bildirdiyinə görə, icarəyə verilməmişdən öncə Zaniolo “Qalatasaray”la müqaviləsini uzadacaq.
Zaniolo 2023-cü ildən “Qalatasaray”da olsa da, bu müddət ərzində artıq “Aston Villa” və “Fiorentina” kimi klublarda icarə əsasında oynamağa fürsət tapıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 01 Sentyabr 2025 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















