Qalatasaray Osimhenin qisasını Napoli dən çox sərt alacaq
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Napoli"nin "Qalatasaray"ın müdafiəçisi Vilfrid Sinqo ilə maraqlandığı bildirilir. Onun müqaviləsindəki 60 milyon avroluq sərbəst qalma maddəsi diqqəti cəlb edir. "Napoli" Osimheni "Qalatasaray"a satarkən prosesi çox çətinləşdirmişdi.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Qalatasaray"ın yay transfer pəncərəsi dövründə "Monako"dan 30 milyon avroluq transfer haqqı ilə transfer etdiyi Vilfrid Sinqo son oyunları ilə Avropa klublarının diqqətini çəkməyə başlayıb. İtaliyadan Fil Dişi Sahili futbolçusu ilə bağlı təəccüblü transfer şayiəsi yayılıb.
İtaliya qəzeti olan "Il Mattino"nun məlumatına görə, "Napoli" "Qalatasaray"ın futbolçusu Vilfrid Sinqonun vəziyyətini yaxından izləyir. Məlumatda bildirilir ki, lazımi şərtlər yerinə yetirilərsə, İtaliya klubu transfer üçün rəsmi addımlar ata bilər.
Qeyd edilib ki, Sinqonun "Qalatasaray"la müqaviləsində ilk mövsüm üçün 60 milyon avroluq sərbəst qalma bəndi var. Müdafiəsini gücləndirmək istəyən "Napoli" bu məbləği ödəyə biləcək klublardan biri hesab olunur.
Zədədən sonra formasını yaxşılaşdıran 25 yaşlı futbolçu bu mövsüm "Qalatasaray"da 21 oyunda iştirak edib. Bu oyunlarda Sinqo 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 16 Mart 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















